in

Yeni Statuslar 2020

Yeni Statuslar 2020

 

İnsan hər vaxt qəhrəman ola bilməz amma hər vaxt insan ola bilər.

Yalnız olduğunu ən çox “yalnız deyilsən” dediklərində hiss edərsən.

Əsl dost o kəsdir ki, əlindən tutub qəlbini hiss edəcək.

Bax, nə edirlərsə etsinlər, daim çox sevdiyin insanlar var ha, ən çox onların səni üzməsi necə də qəribədir.

Biri var məni ağladan.. Güldürənlərdən daha çox sevdiyim…

Bir insanın necə güldüyündən tərbiyəsini, nəyə güldüyündən ağıl səviyyəsini anlarsan.

Axmağa məsləhət vermək kora güzgü vermək kimi bir şeydir.

Olmadığın biri olaraq sevilməkdənsə, olduğun biri olaraq nifrət edilmək daha yaxşıdır.

Bir gün gələr, dünyanın bir yerində illərcə sənin xəbərin olmadan yaşamış birinə, bütün həyatını izah etmək istəyərsən.

Xoşbəxt o adamdır ki, özgənin günahlarını saymağa vaxt itirməyib, öz şəxsi qüsurlarını düzəltməklə məşğuldur.

Bəzən bitmək bilməyən dərdlər yağış olur üstünə yağır. Amma unutma ki, rəngarəng göy qurşağı da yağışdan sonra çıxır.

Sözləri boş yerə xərcləyə bilməyəcək qədər çox sevirəm.

Heç bir zaman çıxdığın qapını çırpma – geri dönmək istəyə bilərsən.

Əsl qəhrəmanlıq həyatda mübarizə aparıb qalib gəlməkdir.

İnsanın gözü nəyi görürsə, dəyəri də o qədərdir.

Yeni bir gerçəyə çatmaq üçün, köhnə yalandan uzaqlaşmaq lazımdır.

Həyatda ediləcək o qədər səhv var ki, eyni səhvi etməkdə israr etməyin mənası yoxdur…

You May Also Like:  "Atık" hakkında anlamlı sözler

İnsanlar eşq axtarmır, eqoist duyğularına kölə axtarır. Kölə tapır amma eşqi tapa bilmir.

İnsanlar səni səhv başa düşdükdə bunu dərd etmə. Eşitdikləri sənin səsindi, amma ağlından keçirdikləri öz düşüncələridir.

İnsanların ən çox qorxduğu şey yeni bir addım atmaq,yeni bir kəlmə söyləməkdir.

Könlünün dərdli olmasını istəmirsənsə, dərdli könülləri dərddən qurtar.

İnsanın təriflənəsi bir şeyi olmayanda öz bədbəxtliyi ilə öyünməyə başlayır.

Özünü tanımaq heç də hamıya sərf etmir.

Taleyiniz xarakterinizdədir.

Xəsis həmişə ehtiyac içində yaşayar.

“Pul hər şeydir” deyən adam pul üçün hər şeyə gedər.

Yüngül yaralar danışa bilər, amma dərin yaralar dilsizdir.

Ağlarsa anam ağlar,başqası yalan ağlar.

Qəzəb alovu ilk əvvəl sahibini yandırar.

Söz ağızdan çıxana qədər o sənin qulundur, ağızdan çıxdıqdan sonra isə sən onun qulusan.

Dost olmağa tələsməyin,amma dost olduzsa ,bu dostluğa xəyanət etməyin…

Gözəl bir gülü, gözəl bir gecəni, gözəl bir dostu hər kəs istər.

Əhəmiyyətli olan gülü tikanıyla, gecəni sirriylə, dostu bütün dərdiylə sevə bilməkdir.

Ağıllılar döyüşmədən qazanarlar, cahillər qazanmaq üçün döyüşərlər.

Əgər getdiyiniz yolda çətinlik və maneələr yoxdursa, bilin ki, o yol sizi heç yerə çatdırmaz.

Külək atəş üçün necədirsə, ayrılıq da eşq üçün elədir: Kiçik eşqləri söndürür, böyük eşqləri isə alovlandırır.

Məhəbbət odur ki odu sönməsin,
İnsan yaşadıqca üzü dönməsin.

You May Also Like:  "Rio Piedra kıyısında oturdum ve ağladım" Paulo Coelho -

Çox insan əslində başqasıdır. Düşüncələri başqa birinin düşüncəsi, həyatları mühitə uyğun, ehtirasları isə dırnaq içindədir.

Bədəni öldürənlərdən çox, ruhu öldürənlərdən qorxun.

Nə qəribə deyil mi? İnsanın həyatı sualla başlar və sualla bitər: “Adını nə qoydunuz?” “Mərhumu necə bilərdiniz?”.

Süleyman mülkünü axtarma ki, o, hardadır Mülk elə həmin mülkdür, bəs Süleyman hardadır?

İnsanlar daima pis oyuncaqların dalınca qaçan uşaq kimidir.

“Yaxşı ki”lərin “kaş ki”lərindən artıq olsun bu həyatda. Çünki, zamanı geri qaytarmaq üçün saatın əqrəbi ilə oynamaq fayda verməz.

Dünya hamıya çatacaq qədər böyükdür. Başqasının yerini tutmağa çalışmaqdansa, öz yerin haqqında fikirləş.

Günahsız insanların çoxunu öz günahlarından xəbəri olmayanlar cəzalandırır…

Bir yerdə kiçik insanların böyük kölgələri varsa, o yerdə günəş batır deməkdir.

Unutduqlarını xatırla, İtirdinsə, axtar, Darıxdınsa, get tap, İncitdinsə, üzr istə, İncidinsə, bağışla. Çünki həyat çox qısadır..

status sözləri status üçün mənalı sözlər status üçün sözlər statuslar statuslar 2020 derin menali statuslar statuslar yeni gozel statuslar yeni statuslar en yeni statuslar

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Yeni Təsirli Sözlər, Təsirli Statuslar

Yeni Status Sözləri 2020