Yeni Təsirli Sözlər, Təsirli Statuslar
Mənim yalnızlığım insanlarla doludur. – Franz Kafka
Bir gün gələr, dünyanın bir yerində illərcə sənin xəbərin olmadan yaşamış birinə, bütün həyatını izah etmək istəyərsən.
Adının nə qədər gözəl olduğunu, ancaq sevdiyinin dilindən eşidəndə anlarsan.
Kasıb ailələrdə Ana həmişə tox olur, Ata isə həmişə unutqan…
Ağlamaq üçün gözdən yaş mı axmalı,
Dodaqlar gülərkən gözlər ağlamazmı? – Viktor Hüqo
Biri gözlərini səndən qaçırırsa, əmin ol ki, o gözlərdə sənə aid nəsə var… – Dostoyevski
Yüngül yaralar danışa bilər, amma dərin yaralar dilsizdir.
Lazım olduğu zaman ağlamaqdan çəkinmə. Çünki, göz yaşları söyləyə bilmədiklərini söyləmək üçündür yalnız.
Halbuki nə çox ağladım mən bir damla yaş tökmədən..
Getmə zamanı gəlmişsə “dayan” demənin; vaxt keçmişsə “dön” demənin; və eşq bitmişsə “yenidən” demənin heç bir mənası yoxdur.
Qəbul eləyirəm! Ən böyük səhvim, üzümə gülən hər kəsi özüm kimi bilmişəm. – Paulo Koelyo
Əsl dost sağlamlıq kimidir: dəyəri itirildikdən sonra bilinir. – Migel de Servantes
Düşdüyündə yanında olan deyil, qalxmaq üçün əlini uzadan dostdur. Unutma, pis gündə köməyi olmayanın yaxşı gündə hissəsi yoxdur. – Dostoyevski
Arxandan vurana hirslənmə, ona güvənib arxanı dönən sənsən. Arxandan danışana da incinmə, onu insan yerinə qoyan yenə sənsən. – Çarlz Bukovski
Həyatda ediləcək o qədər səhv var ki, eyni səhvi etməkdə israr etməyin mənası yoxdur… – Sartre
Torpaq bir gün yağışın qiymətini anlayacaq, lakin o gün yağış yağmayacaq. – N. Parra
Əgər həyatda həmişə xoşbəxt olsam, xəyalini quracaq nəyim qalar? – Dostoyevski
Hamımız itirdiyimiz, ya da əlimizin yetmədiyi hər şey üçün zamanı günahlandırırıq. Zamanın dili olsa, danışsa, hamımız utanarıq. – Lev Tolstoy
Uşaqkən hər şeyin sahibi olmaq üçün böyümək istəyərdik.. Böyüdük; İndi hər şeydən uzaq olmaq üçün həmişə uşaq qalmaq istəyirik.
Faciə pis insanların vəhşiliyi deyil, yaxşı insanların səssizliyidir. – Martin Lüter Kinq
İnsanlar sevilmək, əşyalar isə istifadə edilmək üçün yaradılıb.
Dünyadakı xaosun səbəbi; əşyaların sevilməsi, insanların isə istifadə edilməsidir. – Cəmil Meriç
Qorxuram dünyada elə bir zaman gələ, insanlar yaşaya insanlıq ölə. – Bəxtiyar Vahabzadə
Unutduqlarını xatırla, İtirdinsə, axtar, Darıxdınsa, get tap, İncitdinsə, üzr istə, İncidinsə, bağışla. Çünki həyat çox qısadır..