in

Qurban Bayramı Təbrik Mesajları

Qurban Bayramı Təbrik Mesajları

Qurban Bayramı Təbrik Mesajları

Qurban bayramında Allah üçün heyvanlar qurban edilir və onlardan əldə edilən ət kasıblara, ət almağa gücü çatmayan insanlara paylanılır. Bu sayədə həm maddi imkanı olmayanlar ət yemə fürsəti əldə edir həm də insanlar arasında əlaqə möhkəmlənib qüvvətlənir. Əgər sevdiklərinizlə məsafəniz uzagdırsa onları təbrik etmək üçün mesajlar sizin köməyinizə çatacaq. Sizlər üçün bu müqəddəs bayramda sevdiklərinizi xatırlamaq və onların bu gününü təbrik etmək üçün Qurban Bayramı Təbrik Mesajlarını bir araya gətirdik.
Qurban Bayramınız Mübarək!
2020 Qurban Bayramı Təbrik Mesajları 
 
Qurban Bayramınız mübarək, ürəyiniz ümidli, ümidləriniz atlı, sevdanız qanadlı, sevinciniz qatlı, yeməyiniz şirin, məkanınız taxtlı, ömrünüz bəxtli olsun.
Həmişə bir arada, sevgi dolu və dinc neçə belə bayramlar keçirmək arzusu ilə, Qurban Bayramınız Mübarək olsun. Allah bütün inananlara dinc və bərəkətli bayramlar nəsib etsin.
Bu bayramıda görməyi bizə nəsib edən Rəbbimə şükürlər olsun. Bütün Müsəlman aləminin Qurban Bayramını təbrik edirəm. Daha neçə-neçə bayramlar görmək duası ilə. Bayramınız Mübarək…
Etdiyiniz duaların, kəsdiyiniz qurbanların Tanrı dərgahında qəbul olunması arzusu ilə sizə səmimi təbriklərimi yetirirəm. Qoy bu nurlu bayram ailələrinizə xoşbəxtlik, süfrələrinizə xeyir-bərəkət gətirsin. Qurban Bayramınız Mübarək olsun!
Ürəklər vardır sevgini yaşatmaq üçün, insanlar vardır dostluğu paylaşmaq üçün və bayramlar vardır sevgi ilə qucaqlaşmaq üçün. Bayramınız mübarək olsun.
Kəsdiyiniz qurbanlar qəbul olsun. Xoş niyyətlə başladığımız hər gün sevdikləriniz həmişə sizinlə olsun Qurban Bayramınız Mübarək Olsun.
Bu gün əllərinizi həmişəkindən daha çox açın. Əlinizə mələklər gül qoysun və ürəyiniz coşsun. Qurban Bayramınız xeyirlərə vəsilə olsun.
Vəsilə olaq qardaşlığa və barışa. Çataq birlikdə neçə belə bayramlara. Mübarək Qurban Bayramınızı səmimi qəlbdən təbrik edirəm.
Gözəllik, birlik, bərabərlik dolu, daha gözəl və xoşbəxt bir Qurban Bayramı diləyirəm. Böyüklərimizin əllərindən kiçiklərin gözlərindən öpürəm. Qurban Bayramınız Mübarək.
Gözəllik, birlik, bərabərlik dolu, hər vaxt əvvəlki bayramdan daha gözəl və xoşbəxt bir Qurban Bayramı diləyirik.
Qardaşlığın olduğu, sevgilərin birləşdiyi, bəlkə durğun, bəlkə yorğun, yenə də xoşbəxt, yenə də ümidli, yenə də sevgi dolu neçə belə Qurban bayramlarına.
Bu dəyərli Qurban Bayramında, kainatın yaradıcısı və aləmlərin Rəbbi bütün dualarınızı qəbul etsin.
Bu müqəddəs gecənin gözəl üzü ürəyinə toxunsun, kabuslar səndən uzaqda mələklər baş ucunda olsun, günəş elə bir gecəyə doğsun ki, duaların qəbul və Qurban Bayramınız mübarək olsun!
Bu mübarək bayramda ürəklərinizdə sülh, gözlərinizdə ümid, ətrafınızda sevgi olsun. Qurban Bayramınız Mübarək Olsun.
Bütün ürəklər sevinc dolsun, ümidlər gerçək olsun, ağrılar unudulsun, dualarınız qəbul və Qurban Bayramınız mübarək olsun.
Əllərimi qaldırıb dua edirəm. Bir bayram daha həmişə bərabərik. Könüllərin bir olduğu bu gün Rəbbimiz bizləri sevdiklərimizdən və doğru yoldan ayırmasın.
Rəbbimin sevdiyi, sevdirdiyi, sevindirdiyi və razı olduğu qullardan olmaq ümidi ilə Qurban Bayramınız mübarək olsun.
Yalnız bir evdə deyil, hər evdə bayram olması ümidi ilə, xoşbəxt, əmin-amanlıq, sülh dolu bir bayram keçirməyiniz arzusuyla. Qurban Bayramınız Mübarək.
Xeyir qapılarının sonuna qədər açıq, qəza və bəlaların uzaq olduğu Qurban Bayramız Mübarək Olsun.
Bərəkətiylə gələn Qurban Bayramı sənə və sevdiklərinə bol bol dinclik, xoşbəxtlik və dirlik gətirsin. Bütün gözəlliklər evinə dolsun. Qurban Bayramınız Mübarək olsun…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Albert Einstein Sözləri

Sauna’nın Faydaları Ve Riskleri Nelerdir?