in ,

Şri-Lankaya səyahət etmək üçün 7 səbəb

Şri-Lanka Hind okeanında yerləşən, səyahət edilməli ən gözəl adalardandır.Sizi bu ölkə nə ilə təəccübləndirə biləcəyindən danışaq.

Hər zövgə uyğun istirahətSəyahət vaxtı Şri-Lankada həm çimərlikdə qaralmaq, həm çay plantasiyalarına getmək, qoruğda fillərlə əylənmək və müqəddəs yerləri ziyarət etmək mümkündür. Adada hər şey bir-birinə yaxın yerləşdiyi üçün çimərlik yoxsa gəzinti arasında seçim etməli olmayacaqsınız.

 

 

Əfsanavi çimərliklərŞri-Lankada cəngəllik yaxınlığında bir tərəfdən kokos palmaları digər tərəfdən isə firuzəyi rəngdə su ilə əhatə olunmuş çox sayda qızılı qumlu çimərliklər var.

 

Nadir sualtı dünyaHəmçinin Şri-Lankada bütün adaboyu dayving üçün Kalpitiya, Hikkaduwa и Weligama kimi çoxlu yerlər var. Burada akvalanqla dərinliklərə dalmaq və ya sadəcə  maska və nəfəslik kirayə götürmək olar.

 

Balıq tutmaqQeyd edək ki, Şri-Lankada balıq tutmaq yalnız turistlər arasında popular deyil. Burada siz müxtəlif növ balıqları tutmaqdan zövq ala bilərsiniz.

 

Göy balinaları görməkMirissa kurortunda dünyanın ən nəhəng məməlisini – göy balinanı izləyə bilərsiniz. Düz yanınızda nəhəng balınanın üzməyi kimi unudulmaz təəssüratı mütləq dadın.

 

Mədəniyyət və mənəvi məkanŞri-Lanka müsəlmanların, xristianların, hinduların və buddistlərin birgə yaşadıqları adadır. Burada çox sayda məscid, kilsə və müqəddəs yerlər var. Şri-Lankada ənənəvi Hindistan tibbi geniş yayılıb, burada siz kurslara yazılıb sağlamlığınızı yaxşılaşdıra bilərsiniz.

You May Also Like:  Keops Piramidi’nin Şaşırtıcı Sırrı: Elektromanyetik Enerji

 

Təbii mühitdə filləri görməkMilli Parkda safariyə gedən zaman siz yaxınlığınızda vəhşi fil sürüsünü, ov edən bəbirləri, gözəl tovuzquşlarnı və digər quşları görə bilərsiniz.

 

blogtriponline

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

İtaliyaya səfər etmək üçün 5 səbəb

Dünyanın ən gözəl şəhərlərinə heç görmədiyiniz bucaqdan baxın