in ,

İstirahətə özünlə nə götürməli deyilsiniz

Xaricdə istirahətə böyük deyil, yüngül çamadanla getmək daha xoş olacaqdır. Xüsusilə də, bir çox əşyaların səyahətdə tamamilə lazım olmayacağını nəzərə alsaq, bu daha məqbul görünür. Bizim siyahıda təqdim etdiyimiz əşyaları çantanızdan çıxarsanız, o, daha yüngül olacaqdır.

Qalın cildli kitab və jurnallar

Şübhəsiz ki, istirahət mütaliə üçün ən yaxşı vaxtdır. Yaxşı ədəbiyyat uçuş zamanı vaxtı qısaltmağa və ya çimərlikdə vaxtı faydalı keçirməyə kömək edəcəkdir, lakin bunun üçün ağır kitab götürməyə ehtiyac yoxdur.  Elektron oxuyucu çox sayda informasiyanı özündə ehtiva edir, çox az yer tutur. Üstünlüyün ona verilməsi daha yaxşı olardı.

Saçqurudan

Saçqurudan  çamadanda çox yer tutur və çox vaxt da istifadə edilmir.  Əgər siz oteldə qalırsınızsa, bu zaman saçqurudan sizin otağınızda olacaqdır. Əgər sizin bununla bağlı şübhələriniz varsa, bu zaman mehmanxananızın müştəri xidmətlərnə yazın və informasiyanı dəqiqləşdirin

Böyük qablaşdırmalarda gigiyena vasitələri

Böyük şüşələrdə şampun, skrab və duş gelini siz böyük ehtimalla 10 günlük məzuniyyət ərzində istifadə etməyəcəksiniz.  Qulluq üzrə bütün vasitələr çox vaxt otel nömrələrində olur, lakin siz hər hansı bir markaya üstünlük verirsinizsə, bu zaman siz onların səyahət üçün nəzərdə tutulan mini-formatlarını asanlıqla tapa bilərsiniz.

Hər əşyadan iki dəst

You May Also Like:  Leonardo DiCaprio: Greta Thunberg Zamanımızın Lideri

Dostunuzla və ya sevdiyiniz insanla bir otaqda yaşamalı olacaqsınız? Bu zaman iki dəst diş pastası, şampun və digər ilkin tələbat vasitələrini götürməyə nə ehtiyac var? Zəruri əşyaların siyahısını öz aranızda bölüşdürün və bu zaman yükünüzü əhəmiyyətli dərəcədə yüngülləşdirmiş olacaqsınız.

Bahalı zinət əşyaları

Əgər sizin məzuniyyətinizə çimərlik istirahəti, ekskursiyalar və restoranda axşam məclisləri daxildirsə, bu zaman bahalı zinət əşyalarını özünüzlə götürməyə ehtiyac yoxdur. Birincisi, onlar sizə çimərlikdə əsla lazım deyil, ikincisi, evdə onlar daha təhlükəsiz vəziyyətdə olacaqdır.

Çox sayda idman geyimi

Çox vaxt biz məzuniyyətə böyük ümidlər bəsləyirik:  düzgün qidalanmağa, çox hərəkət etməyə, otelin pulsuz trenajor zalında idmanla məşğul olmağa başlayacağıq. Lakin, gəlin həqiqətlə üzləşək:  hər gün trenajor zalına getmək və ya qaçışla məşğul olmaq istəməyəcəksiniz və  bunun üçün çətin ki, vaxtınız olsun. Məzuniyyət vaxtı daha çox yatmaq və mümkün qədər istirahət etmək istəyirsiniz

Çox sayda dərman

Sizə həqiqətən lazım ola biləcək dərmanları özünüzlə götürün. Standart dəst: bir ədəd qızdırmanı salan dərman, bir ədəd ağrıkəsici,  allergiyaya və mədə problemlərinə qarşı vasitə – bütün bunlar məzuniyyət vaxtı  həqiqətən də özünlə götürüləcək vasitələrdir.

Çox sayda paltar

Çamadanı toplamazdan əvvəl, hansı paltarın səyahətdə həqiqət sizə lazım olacağını düşünün. Gecə geyimləri, çox sayda ayaqqabı, onlarca çimərlik geyimi –  bütün bunlara ehtiyac yoxdur.  10 günlük məzuniyyətə gedirsinizsə, bu zaman həmin dövr üçün paltar götürün

You May Also Like:  Dünyanın ən gözəl 5 çimərliyi

Bir-birinə uyğun olmayan geyimlər

Əşyaların siyahısına 20 dəqiqə diqqət ayırın və onun elə tərtib edin ki, bütün geyimlər bir-biri ilə yaxşı uyğunlaşsın. Bu, sizə daha az paltar götürməyə, lakin bunun əvəzində hər gün təravətli və yeni bir şəkildə görünməyə imkan verəcəkdir.

bigtriponline

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Almaniyada dadına baxılmalı 5 yemək

Los-Ancelesə yola düşərkən, nələri bilmək lazımdır