Qrildə qızardılmış kolbasa və sosiska olmadan alman mətbəxinə təsəvvür etmək çətindir. Burada onların çox sayda növləri satılır: kolbasaları qızardır, qaynadır, müxtəlif yeməklərə əlavə edirlər. Ən populyar variant – almanca Currywurst adlandırılan karrı kolbasalarıdır.
Karri kolbasaları üzərinə karrı souslu ketçup tökülən qızardılmış və dilimlənmiş sardelkalardır. Onların yanında adətən kartof-fri porsiyası verilir. Bu yemək o qədər çox sevilir ki, hətta Belində karı kolbasaları muzeyi fəaliyyət göstərir.
Eintopf – ənənəvi alman yeməyidir, o, yaxşıca (möhkəmcə) nahar etmək istəyənlər üçün ideal uyğundur. Türk dilinə tərcümədə Eintopf “bir qazan” deməkdir. Yemək sobada bişirilən qatı yağlı şorbadır.
Eintopf inqrediyentləri aşpazın zövq və fantaziyasından asılıdır, çox vaxt onun tərkibinə paxlalılar, ət, tərəvəzlər və hərdən hətta pivə daxildir!
Kartof salatı – alman mətbəxinin vizit kartıdır. O ən müxtəlif inqrediyentlərin əlavə edilməsi ilə qaynadılmış kartofdan hazırlanır, salata xüsusi dadı isə alman ədviyyatları və göyərti verir. Kartof salatını daha çox ət və ya sosiskaya qarnir qismində verilir.
Yazda qulançardan hazırlanmış yeməklər Almaniyada ən populyar yeməklərdir. Restoranlar bu bitkidən getdikcə daha çox yeni yeməklərin hazırlanmasında bir-biri ilə rəqabət aparırlar. Qulançar şorba-pürelərin və qarnirlərə əlavələrin hazırlaması üçün istifadə edilir.
Ən populyar yemək – kartof, kərə yağı və ya yumurtalı sousla qaynadılmış qulançardır.
Rote Grütze almancadan “qırmızı sıyıq” kimi tərcümə edilə bilər. Bu yemək desertdir və öz görünüşünə görə həqiqətən də parlaq sıyığa bənzəyir, dadına görə isə riçalı xatırladır.
Pote qryutse nişastanın əlavə edilməsi ilə təzə giləmeyvələrdən hazırlanır, onu masaya süd, çırpılmış qaymaq və ya vanil sousu ilə birlikdə verirlər. Bütün inqrediyentlər qarışdırılmalı və desert çay qaşığı ilə yeyilməlidir.
Almaniyada dadlı yemək yeyə bilmək üçün uzun müddət axtarmalı olmursan: burada hər addımda və hər bir bölgədə kafe, restoran və köşklər mövcuddur, bəzən isə hətta hər şəhər xüsusi (qeyri-adi) bir yemək təklif edir.