in

Gilaslı tart resepti

Şokoladlı tart

Tərkibi:
Kərə yağı 150q
Un 1,5 stk.
Şəkər tozu 1/3 stk.
Yumurta 1 ədəd
Krem şanti (marketlərdə əldə etmək olar) 2 stk.

Hazırlanması:
Gilas 2 stk. Tart üçün xəmiri hazırlamaq üçün ilk öncə kərə yağı, şəkər tozu və yumurtanı birləşdirib, mikserin vasitəsi ilə bu qarışımı çalmağa başlayın. Qarışım krem halına gələnə kimi çalmağa davam edin. Alınan qarışıma un əlavə edib, əlinizlə xəmirinizi yoğurmağa başlayın. Alınan xəmiri 5-7 mm qalınlığında yayıb, tart üçün bişirmə formasına ehmalca yerləşdiririk. Xəmirin üzərində çəngəlin vasitəsi ilə deşiklər edirik. Sobanı 200 dərəcəyə qədər isidib, tart üçün xəmiri 25-30 dəqiqə ərzində bişiririk.
Bişmiş tart xəmiri soyuyandan sonra, üzərinə krem şantini boşaldırıq. Qeyd: krem şanti tapılmasında çətinlik olarsa, 30-33% yağlı qaymağı 1 stəkan şəkər pudrası ilə 8-10 dəqiqə çalıb, ev şəraitində bu kremi hazırlaya bilərsiniz. Gilası tumundan ehmalca ayırın. Səqiləqi şəkildə tumsuz gilasları kremli qatın üzərinə düzün. Gilaslı tartımız hazırdı!

Nuş olsun!

You May Also Like:  Pişirmeye gerek yok, fazlaca ucuz. 15 dakikada hazır olan Pryanik kek

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Çiyələkli kəsmikli keks resepti

Brauni resepti