in

“Fəlsəfə” haqqında maraqlı aforizmlər

Alim yaratdıqca özgələşir, filosof – özünü tanımış olur. (Əbu Turxan)
Alimin yaradıcılığı özünü istisna etmək, özündən uzaqlaşmaq, filosofun yaradıcılığı – özünü təsdiq etmək, özünə yaxınlaşmaq sayəsində mümkün olur. (Əbu Turxan)
Alimin yaradıcılığı universal zəkanın məhsuludur, filosofun yaradıcılığı isə onun öz məninin açılışıdır. (Əbu Turxan)

Alimlik səviyyəsi nə qədər yüksək olursa olsun, bədii-estetik təfəkkürlə birləşmədən filosofluq məqamına çatmaq mümkün deyil. (Əbu Turxan)
Atalar sözü – qədim fəlsəfənin sağ qalmış parçasıdır. (Aristotel)
Bir sufidən Diogenə tövsiyə: Həqiqi filosofun kənar təsirlərdən azad olmaq üçün çəlləyə girməyə ehtiyacı yoxdur. (Əbu Turxan)
Böyük fəlsəfə dünyası elm məbədinə yerləşsəydi, alimlər filosoflara yanlarında yer vermək üçün məmnuniyyətlə onun qanadlarını kəsərdilər. (Əbu Turxan)

Böyük filosoflarla tanış olmaq üçün keçmişə – tarixin dərinliyinə yox, ideya dünyasının dərinliklərinə baş vurmaq lazımdır. (Əbu Turxan)
Bütün böyük sənətkarlar həm də ona görə filosofdurlar ki, onların əsərlərində mahiyyətlərin də təhkiyəsi var. (Əbu Turxan)
Dünyanı dərk etmək üçün elm, dünyanı duymaq üçün poeziya var. Fəlsəfə isə duyğulu idrak və poetik səviyyəyə qalxmış elmdir. (Əbu Turxan)
Duyğuların həqiqi siması və əxlaqi-mənəvi yönü ancaq onların fəlsəfi şərhi sayəsində açılır. (Əbu Turxan)
Əbədi suallara adətən müvəqqəti cavablar verilir. (Leşek Kumor)
Əgər geniş kütlə fəlsəfi ideyaları mənimsəyə bilmirsə, filosoflar kütlənin içinə getməyi və publisistik üslubda yazmağı öyrənməlidirlər. (Tur Xander)

Əlbəttə, fəlsəfə ağlın qüdrəti,
Bir də ürəklərin saf məhəbbəti! (Səməd Vurğun)
Elm insanı dünya ilə vəhdətdən ayırır, fəlsəfə itirilmiş vəhdəti bərpa edir. (Əbu Turxan)
Elm insanın barışmalı olduğu reallığı, fəlsəfə insanın yüksəlməli olduğu idealı ifadə edir. (Əbu Turxan)
Elm klassikləri keçmişdə qalmışdır, fəlsəfə klassikləri isə bizim müasirlərimizdir. (Əbu Turxan)
Elm soyuq ağlın, tarix ilıq xatirələrin, fəlsəfə yanar zəkanın məhsuludur. (Əbu Turxan)
Elmdə biliklər Mənin müdaxiləsindən qorunur, fəlsəfədə isə Mən özü bilik mənbəyinə çevrilir. (Əbu Turxan)
Fəlsəfə – insanın dünyalaşması, dünyanın insaniləşməsidir. (Əbu Turxan)
Fəlsəfə – ruhun özünüdərkidir. (Əbu Turxan)
Fəlsəfə dünyadan ayrılmış insanın dünya ilə təmasıdır. Dünyadan ayrıla bilməyənlərin fəlsəfəsi yoxdur. (Əbu Turxan)
Fəlsəfə dünyaya yol göstərə bilməz. O bunu etmək istədikdə gerçəklikdə proses artıq başa çatmış olur. (Georq Vilhelm Fridrix Hegel)
Fəlsəfə düşüncənin zirvəsi olduğuna görə qadın və kişi düşüncəsinə bölünmür. (Əbu Turxan)
Fəlsəfə düşünən duyğu və qanad açan düşüncədir. (Əbu Turxan)
Fəlsəfə əqlin gücü ilə sonsuzluğu ehtiva etmək cəhdidir. (Əbu Turxan)
Fəlsəfə heyrətdən başlayır. (Platon)
Fəlsəfə ilə xeyirxahlıq bir-biri ilə ayrılmaz surətdə bağlıdır. (Kiçik Seneka)
Fəlsəfə insansızlaşmış dünya ilə insan dünyasının əlaqəsini öyrənmək ehtiyacından yaranmışdır. (Əbu Turxan)
Fəlsəfə kimin üçünsə dünya ilə görüş, kimin üçün isə dünya ilə mübarizədir. (Əbu Turxan)
Fəlsəfə mücərrədliyin elə yüksək səviyyəsində fikir yürüdür ki, burada canlı həyatın ürək çırpıntıları eşidilməz olur. (Əbu Turxan)
Fəlsəfə öz dövrünün sinxron tərcüməçisi olmalıdır. (Haydegger)
Fəlsəfə qütbləri ortaq məxrəcə gətirmək sənətidir. (Əbu Turxan)
Fəlsəfə ruhun əql məqamında açılışıdır. (Əbu Turxan)
Fəlsəfə ümumbəşəri ruhun milli ifadəsidir. (Əbu Turxan)
Fəlsəfə uzağa getmək istəyəndə elm qatarına əyləşir. (Əbu Turxan)
Fəlsəfədən ayrılıb çox uzaqlara gedən elm özünü dərk etmək üçün gec-tez yenə fəlsəfənin bətninə qayıtmağa möhtacdır. (Əbu Turxan)
Fəlsəfənin əli göylərdə, ayağı yerdə olmalıdır. (Əbu Turxan)
Fəlsəfənin məqsədi dünyanın ahəngini duymaq, dərk etmək və bu ümumi ahəngdən doğan həqiqət ziyası ilə hadisələr dünyasını işıqlandırmaqdan ibarətdir. (Əbu Turxan)
Fəlsəfi düşüncə Mənin xalis mənəvi tərəf kimi yetişməsi, təmizlənməsi və bütün dünyaya sığınacaq hazırlaması ilə başlanır. (Əbu Turxan)
Fəlsəfi düşüncəni elm və sənətdən fərqləndirən daha bir cəhət fikrin ətaləti və ləngəridir. (Əbu Turxan)
Fəlsəfi təfəkkür qadın və ya kişi düşüncəsinin fövqündədir. (Əbu Turxan)
Fəlsəfi təlimlərin dəyəri filosofların dəyəri qədərdir. İnsan nə qədər kamil olsa, onun fəlsəfəsində həqiqət də bir o qədər çox olar. (Alber Kamyu)
Fəlsəfi vəcd ona görə uzun sürə bilir ki, o, idrakla birləşir. Soyuq ağlın sərinliyi ilham qığılcımını tez alışıb tez sönməyə qoymur. (Əbu Turxan)
Fikirləşmək faydalı hərəkət doğurur, ağlı aydınlaşdırır və nəfsi təmizləyir. (Əmin ər-Reyhani)
Fikirləşmək filosofun duasıdır. (Əmin ər-Reyhani)
Filosoflar heç də həmişə fəlsəfi yaradıcılıq məqamında olmurlar. Lakin bircə dəfə də bu məqama yüksəlmiş adam ömrü boyu filosof adlandırılmağa layiqdir. (Əbu Turxan)
Filosofların nəzərində aləm üçdür: əqllər aləmi, nəfslər aləmi və cisimlər aləmi. (Ş.Y. Sührəvərdi)
Filosofluq həyatdan sərf-nəzər edir, müdriklik həyatla iç-içədir. (Əbu Turxan)
Filosofun ruhu onun düşüncələrindədir, şairin ruhu – ürəyində!… (Cübran)
Gözəllik duyğusu ənənəvi olaraq şairlər tərəfindən, mənəvi-əxlaqi duyğu – ruhanilər, həqiqət duyğusu – alimlər tərəfindən təcəssüm olunmuşdur. Bu üçünün eyniyyətindən çıxış edənlərə isə filosof deyilmişdir. (Əbu Turxan)
Həqiqi fəlsəfi fikir heç vaxt tarixə çevrilmir, o həmişə müasir qalır. (Əbu Turxan)
Həqiqi jurnalist fəlsəfi fikirlə kütləvi şüur arasında vasitəçi kimi çıxış etməyi bacarmalıdır. (Tur Xander)
Həyat onun qəlbini oxumağı bacaran müğənni tapa bilməyəndə, onun dərrakəsi ilə danışan filosof yaradır. (Cübran)
İnsan yaddan çıxan yerdə fəlsəfədən danışmaq sadəlövhlükdür. (Əbu Turxan)
Keçmiş nəsillər bizim üçün sualların hazır həllini deyil, özünü qoyub gediblər. (Kiçik Seneka)
Millətin fəlsəfi fikri onun hər bir üzvünün fəlsəfi fikrindən toplanmayaraq, milləti təmsil etməyə mənəvi səlahiyyəti olan, milli ruhun daşıyıcısı olan tək-tək şəxsiyyətlərin fəlsəfi konsepsiyalarından ibarət olur. (Əbu Turxan)
Milli ruh özünü milli fəlsəfi fikirdə tanıyır. (Əbu Turxan)
Müxtəlif xalqların atalar sözləri eyni bir hikmət toxumunun müxtəlif torpaqlarda cücərməsidir. (Əbu Turxan)
Pis adamdan yaxşı alim bəlkə də çıxar, amma yaxşı filosof çıxmaz. (Əbu Turxan)
Qədim fəlsəfələr bu gün də elmin yoluna çıraq tutmaqda davam edir. (Əbu Turxan)
Tarix nasiranə, elm soyuqqanlı, fəlsəfə poetikdir. (Əbu Turxan)
Tarix olanı, elm mümkün olanı, fəlsəfə olmalı olanı öyrənir. (Əbu Turxan)
Təxəyyül! Bunsuz nə şair, nə filosof, nə aqil insan, nə düşünən varlıq, nə də sadəcə insan olmaq mümkün deyil. (Deni Didro)
Xalqı fəlsəfəsiz qoymaq məbədi kahinsiz qoymaq kimi bir şeydir. (Alber Kamyu)
Yaxşı filosof düşündüklərini öncə öz həyatında yaşayır. (Əbu Turxan)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

7000 Yıllık Adamın Deniz Kabukları ve Dişlerden Oluşan Kıyafeti Vardı

“Elm” haqqında maraqlı aforizmlər