in

Berdnard Şounun məşhur deyimləri

 

Tənhalığa tab gətirmək və ondan zövq almaq böyük vergidir.

Səmimi olmaq elə də çətin olmamalıdır, xüsusilə əgər siz həm də səfehsinizsə.
İnsanları sizi asmaq istəyindən yayındırmaq üçün hərdən onları güldürmək lazımdır.
Ən yaxınına qarşı ən böyük günah – nifrət deyil, biganəlikdir, biganəlik qeyri-insanlığın ən yüksək zirvəsidir.
Qadınlar bizim onlara kiminlə xəyanət etməyə hazır olduğumuzu dərhal duyurlar, bəzən hətta bu, bizim ağlımıza gəlməmişdən əvvəl.
“Hələlik” sözünü 30 sözdən az kəlməylə ifadə eləməyə müvəffəq olan qadın dünyaya gəlməyib.
Darıxdırıcı qadınla yaşamaqdansa, qocasıyla yaşamaq daha asandır. Düzdür, bəzən onları boğub öldürürlər, amma nadir hallarda tərk edirlər.
Alkoqol – həyat adlanan şey üzərində əməliyyat aparmağa imkan yaradan anesteziyadır.
Bir şeyi bacaran kimsə iş görür, bacarmayanlar isə başqalarına dərs keçirlər.
Çalışın çox sevdiyiniz şeyi əldə edəsiniz, yoxsa əldə etdiyiniz şeyi sevməli olacaqsınız.
Qocalmaq darıxdırıcıdır, amma uzun yaşamaq üçün yeganə metoddur.
Dünya – işləmədən pul qazanmaq istəyən avaralardan və hər zaman işləməyə hazır olmalarına baxmayaraq, varlanmayan gicbəsərlərdən ibarətdir.
Rəqs – horizontal arzunun vertikal ifadəsidir.
Nifrət – kimlərəsə görə qorxuya düşən qorxağın intiqamıdır.
Biz özümüz xoşbəxtlik yaratmırıqsa, onu istəməyə haqqımız yoxdur.
İdeal kişi – ideal həyat yoldaşının olduğunu düşünən kişidir.
Tarixdən götürüləcək yeganə dərs odur ki, insanlar tarixdən heç vaxt dərs götürmürlər.
Qəzet – velosipeddən yıxılmaqla sivilizasiyanın çökməsi arasındakı fərqi görməyən yayım orqanıdır.
Demokratiya – sizin başınızın üzərindəki hava şarıdır, gözlərinizi zilləyib ona baxdığınız vaxt o birilər sizin ciblərinizi boşaldır.
Sizdə bir alma var, məndə də bir alma var, əgər biz almaları dəyişsək, hərəmizdə bir alma olacaq. Amma əgər sizdə bir
ideya, məndə də bir ideya varsa və biz onları dəyişdirsək, onda hərəmizdə iki ideya olacaq.
Sağlam düşüncə və əməksevərlik sizdəki istedad çatışmazlığını kompensasiya edəcək, onda siz dahilərin dahisi ola bilərsiniz, ancaq axmaqlıqla bütün həyatınızı məhv edə bilərsiniz.
Ad və titullar o şəxslər üçündür ki, onların ölkələri qarşısındakı xidmətləri şübhəsizdir, amma xalq üçün naməlumdur.
İnsan – kərpic kimidir, bişdikcə bərkiyir.
Reputasiya – maskadır, insan necə şalvar və pencək geyinir, eynilə onu da geyinir.
Heç nəyə inanmayan insan hər şeydən qorxur.
Təbiətin boşluqlara dözümü yoxdur, haradakı insanlar həqiqətləri bilmirlər, onlar o boşluğu mövhumatla doldururlar.
Ağıllı insan dünyaya uyğunlaşmağa çalışır, ağılsız isə dünyanı özünə uyğunlaşdırmağa çalışır. Ona görə də proqres hər zaman kütbeyinlərdən asılıdır.
Müasir cəmiyyətdə heç nəyə inanmayan varlı adamlar əxlaqdan məhrum yoxsul qadınlardan daha təhlükəlidirlər.
Biz göydə quş kimi uçmağı, suda balıq kimi üzməyi öyrəndik, indi bizim çatışmayan yeganə cəhətimiz var, yerdə insan kimi yaşamağı öyrənmək.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Oldos Haksli deyir..

Tomas Edison deyir..