Belə… Feybukun yaranması barədə bu qədər.
İndi isə keçək bu sosial şəbəkənin anlamına və yaranma məqsədinə;
Feysbuk hansı məqsədlə yaranıb və hansı məzhəbə qulluq edir?
Feysbukun hansı məqsədə hesablanması, hansı məzhəbə qulluq etməsi barədə fərqli fikirlər var. Qısa müddət ərzində sadə bir saytdan, böyük bir sosial şəbəkəyə çevrilməsini sırf təsadüfi, adi bir hadisə olaraq görənlər də var, hansısa qlobal güc mərkəzinin siyasi-ideoloji bir proyekti olduğunu düşünənlər də. Birinci fikirdə olanların, yəni hər şeyi sadəcə təsadüfün nəticəsi hesab edənlərin yanaşmasını düşünürəm ki, çox da xırdalamağa ehtiyac yoxdur, fikir aydındır; bir sayt açılır və o, peşəkarlıqla idarə olunaraq, dövrümüzdəki müasir texnoloji imkanlardan istifadə edilərək və bir də təbii ki, lazımı pullar sırf olunaraq, etap-etap gəlib belə nəhəng bir layihəyə çevrilir. Məsələn 2010-cu ildə nəşr olunan və feysbukdan bəhs edən “Təsadüfən milyarder” (The Accidental Billionaires”) kitabında hekayə belə anladılır; universitet tələbəsi olan bir internet həvəskarı (Mark Zukerberq) təsadüfən, sırf maraqçün bir sayt yaradır və sonra işlər elə gətirir ki, bu maraq, bu həvəs sonda böyük bir virtual şəbəkəyə, nəhəng bir proyektə çevrilir…
Feysbukun yaranması ilə bağlı digər, ikinci versiyaya görə isə indiki informasiya əsrində, hər işin artıq internetlə görüldüyü bir vaxtda, böyük beynəlxalq güclər, əl-qolunu sallayıb bir kənarda durmayacaqdılar. Onlar öz siyasətlərini, fikirlərini başqa ölkələrə, başqa millətlərə yeritmək üçün mütləq elə bir virtual sistem quracaqdılar ki, o şəbəkə, dünyada hər kəs üçün cəlbedici və açıq olsun… Beləliklə, texnika və menecerlik işlərini yaxşı bilən bir nəfəri və ya bir neçə nəfəri bu iş üçün tutub onlara lazımı imkanları yaradaraq öz plan və məqsədlərini reallaşdırmağa çalışacaqdılar…
Məsələn, ilginc bir fakt: işin daha başında, Zukerberq və dostlarının bu layihəsi hələ heç populyar deyilkən, ortada sadəcə bir fikir varkən, anidən biriləri tərəfindən onlara nə az nə çox, 500 min dollar yatırım edilir! Bu isə gələcəyi hələ üfüqdə görünməyən bir layihə üçün kifayət qədər risqli hesab oluna bilərdi(Düzdür, bunu belə də yozmaq olar ki, gözüaçıq hansısa yatırımcı, ayıqbaşlı hansısa iş adamı, başqalarının görə bilmədiyi fürsəti öncədən hesablaya bilərdi, hansı ki, bu işdə böyük qazanc var). Nəticə etibarilə, bu və buna bənzər bir çox məqamları, ən azından ilginc, qəribə məqamlar hesab etmək olar…
Amma istəyirsiz, gəlin, bu məsələni bir az açaq və aydınlaşdıraq: böyük mərkəzlər, qlobal güclər, “feysbuk proyektini” niyə və necə istifadə edə bilərdi, bu layihə ilə nələri etmək olardı, feysbukun gücü nə qədərdir?…
(Davamı olacaq)
Feysbuku və həyatı açıqlayan və 100-dən çox anlayışın izahını verən kitabda həm məlumatlar, həm də tövsiyyələr verilir, davranış və qərarlarımızın altqatı açıqlanır. Bu kitabda hər kəs özünü tapacaq-sən, dostun; tanıdığın, tanımadığın insanlar…. Gələcəkdə səni gözləyən mənfi olayların qarşısını indidən almaq və doğru qərarlar vermək üçündür bu kitab!
Kitabı 40 faizədək endirimlə bu yerlərdən əldə edə bilərsiz; “Elmlər”də, metronun əsas çıxışı ilə üzbəüz olan bütün kitab-dəftər mağazalarından. “Nizami” metrosunun yaxınlığında-“Furqan” dini mağazasından. “Torqovı”da- “Ali Nino” mağazasından, “Nizami” muzeyinin kitabxanasından və Prezident kitabxanasından (“Kitab Evi” mağazası). “28 May”da: “Kitab Evim” mağazasından. Onlayn formada isə (bütün bölgələrə və ölkə xaricinə çatdırılma ilə) “alinino.az” və “kitabevim.az” saytından və feysbukda “Bakumoz Books” səhifəsindən sifariş edə bilərsiz. Astarada isə “Astara Book House” mağazasından ala bilərsiz.