in

“FEYSBUKUN VƏ HƏYATIN SİRLƏRİ” KİTABI 3-CÜ PARÇA: FEYSBUKUN GÜCÜNÜN SİRRİ

Yaşadığımız hazırki dövr, məlumat və informasiya dövrüdür. Açıq deyəcəm və bu deyəcəklərimə təəccüblənməyin; qəzetlər, jurnallar, televiziyalar, radiolar heç də müstəqil və azad deyillər, mütləq kimlərinsə kontrolu altındadırlar və onların yönləndirməsi ilə hərəkət edirlər. Başqa cür desək, informasiya vasitələrinin adı informasiya vasitəsi olsa da, onlar informasiya çatdırmaqdan, məlumat verməkdən daha çox, başqa məqsədə qulluq edirlər; müəyyən bir düşüncəni, hansısa bir ideologiyanı bizə qəbul etdirməyə, sırımağa çalışırlar. Bütün fəaliyyətləri, bütün yayınları ona yönəlib ki, öz fikir və ideologiyalarını bizim beynimizə yeridib, istədiklərini etsinlər. Bunu elə ustalıqla edirlər ki, çoxumuzun heç ruhu da incimir. Amma, yeganə bir şey, tək bir sahə var ki, onu kontrol altına almaları asan bir məsələ deyil; İNTERNET! Bu platforma, o qədər böyük və mürəkkəbdir ki, bu sahədə informasiyanın yayılma imkanı və sürəti elə güclüdür ki, onu əldə saxlamaq, tam kontrol etmək, çox çətin, hətta mümkünsüzdür. Adicə bunu deyək ki, misalçün istədiyin qədər sayt və ya bloq aça bilərsən və orda istədiyin qədər məlumat paylaşa bilərsən, yəni hər kəs bunu edə bilər, heç bir əngəl yoxdur. Bir sözlə, internet məkanında heç bir maneə, heç bir məhdudiyyət yoxdur. Beləliklə də, hansısa bir informasiyaya qarşı, hansısa bir fikrə qarşı öz fikrini irəli sürə bilmək, öz sözünü demək imkanına sahibsən. Lakin, di gəl ki, burda da, bir əmma var; bəzi imkanlardan, bəzi yollardan istifadə edərək, məsələn, müəyyən maddi vəsait, pul sərf edərək, daha güclü və daha təsirli informasiya axını yaratmaq mümkündür, hansı ki, bu imkana, heç də hər kəs sahib deyil. Belə xüsusi imkana sahib olanlara qarşı, ayrı-ayrı sadə adamların, tək və əliyalın şəkildə duruş gətirə bilməsi çox çətin məsələdir. Yəni, bir var, sən, tutalım, öz bloqunda bir fikir deyirsən və bunu uzaqbaşı dostların və tanışların görür, bir də var ki, hansısa internet qəzetində kimsə bir məqalə yazır və bunu minlərlə, on minlərlə adam görür. Razılaşın ki, bu ikisi arasında çox ciddi fərq var. Beləliklə, aydın məsələdir ki, böyük maddi, texnoloji və sair imkanlara sahib olan bir çox mərkəzlər, bir çox qurumlar, istədiyi fikir və siyasəti sadə adamlara diqtə etdirmək, onları öz düşüncələri istiqamətində yönləndirmək üçün mütləq ki, daha təsirli, daha kompakt olan hansısa virtual proyekt barədə düşünəcəkdilər. Elə bir virtual proyekt, elə bir virtual vasitə ki, yuxarıda da qeyd etdiyim kimi, bütün dünyaya, bütün millətlərə açıq olsun və hər kəsin marağını cəlb edə bilsin, hər kəsin ilgisini çəksin. Amma, bu, o qədər də rahat, asan başa gəlməyəcəkdi; bu virtual vasitə, mütləq ki, çoxyönlü, çoxfunksiyalı, universal olmalı idi. Bir sözlə, bu, elə bir şey olmalı idi ki, insanların internetə girmə səbəblərini özündə cəmləsin. Yəni, elə bir şey ki, internetə girmək üçün əgər tutaq ki, 10 səbəb varsa, onların hamsını, ya da ən azından çoxunu verə bilsin. İndi gəlin, görək, insanların internetə girmə səbəbləri hansılardır, istifadəçiləri netə cəlb edən əsas şeylər nələrdir?

You May Also Like:  Top 50 Best Industrial Interior Design Ideas - Raw Decor Inspiration - Kitchen Decoration

Üst-üstə yığsaq, əsasən bunları görərik; məlumat almaq, xəbərləri izləmək, tanınmışları təqib etmək, alış-veriş etmək, hansısa fikri başqaları ilə paylaşmaq, özünü ifadə etmək, dostlar və tanışlar ilə ünsiyyət qurmaq, yeni insanlar tanımaq, video izləmək, musiqi dinləmək, oyun oynamaq, istirahət etmək, boş vaxt keçirmək, marağını təmin etmək…

İndi mən heç nə deməyəcəm, özünüz baxın, fikirləşin, görün; feysbuk, burda qeyd olunanlardan neçəsini özündə cəmləyə bilir, insanların internetə girmə səbəblərinin nə qədərini və təxmini neçə faizini verə bilir? Ən azından 70-80 faizini verirmi?…

Darıxmayın, bu barədə bir qədər sonra ətraflı danışacağıq. Feysbuka insanlar niyə girir, bizi bura bağlayan səbəblər nələrdir-hamsını tək-tək sizinlə aydınlaşdırmağa çalışacağam, ancaq hələki söhbətimizi davam etdirək; feysbuk əgər insanların internetə girmə səbəblərini özündə cəmləyə bilirsə, demək ki, bu layihənin tutması, bu işin alınması elə əvvəlcədən real məsələ idi, yəni feysbuk adıyla 2004-cü ildə yaranan bu şəbəkənin, insanların marağını cəlb etməsi, elə öncədən də çox böyük ehtimal idi! Hər şey aydındır; sadəcə, müəyyən vəsait, pul və bir az da menecerlik hesabına, zatən feysbuk məşhur olacaqdı, bunun olması heç də təsadüfi bir olay deyildi! Və beləliklə də, bəzi qlobal güc mərkəzləri, hansı ki, dünyadakı millətlərə, cəmiyyətlərə təsir etmək istəyirlər, onlar bu proyekti həyata keçirməkdə mütləq ki, maraqlı olacaqdılar, bu şansı qaçırmayacaqdılar…

You May Also Like:  Yakarış Lipa’nın bu yıl aldığı toplam beğeni sayısı 695 milyon! tebrikler aşkım... Yakarış Lipa Photos

 

 

 

(Davamı olacaq)

 

Feysbuku və həyatı açıqlayan və 100-dən çox anlayışın izahını verən kitabda həm məlumatlar, həm də tövsiyyələr verilir, davranış və qərarlarımızın altqatı açıqlanır. Bu kitabda hər kəs özünü tapacaq-sən, dostun; tanıdığın, tanımadığın insanlar…. Gələcəkdə səni gözləyən mənfi olayların qarşısını indidən almaq və doğru qərarlar vermək üçündür bu kitab!

Kitabı 40 faizədək endirimlə bu yerlərdən əldə edə bilərsiz; “Elmlər”də, metronun əsas çıxışı ilə üzbəüz olan bütün kitab-dəftər mağazalarından. “Nizami” metrosunun yaxınlığında-“Furqan” dini mağazasından. “Torqovı”da- “Ali Nino” mağazasından, “Nizami” muzeyinin kitabxanasından və Prezident kitabxanasından (“Kitab Evi” mağazası). “28 May”da: “Kitab Evim” mağazasından. Onlayn formada isə (bütün bölgələrə və ölkə xaricinə çatdırılma ilə) “alinino.az” və “kitabevim.az” saytından və feysbukda “Bakumoz Books” səhifəsindən sifariş edə bilərsiz. Astarada isə “Astara Book House” mağazasından ala bilərsiz.

Ali Nino Satış Linki

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

“FEYSBUKUN VƏ HƏYATIN SİRLƏRİ” KİTABI 2-Cİ PARÇA: FEYS ƏFSANƏSİ BAŞLANIR!

Azər Allahverdiyevin “Eynəkli qız” hekayəsi