in

Lətifə: Ağlar yoxsa qaralar?

Gülümsəyin

Bir kişi gəlir çobanın yanına və soruşur:
– Çoban qardaş, qoyunlar təxminən nə qədər süd verir?
– Ağlar yoxsa qaralar?
– Ağlar.
– Ağlar hərəsi 10 litr
– Bəs qaralar?
– Onlar da hərəsi 10 litr.
– Bəs nə qədər yun almaq olar bunlardan?
– Ağlardan, yoxsa qaralardan?
– Ağlardan
– Ağlardan 10 kq
– Bəs qaralardan?
– Qaralardan 10 kq.
Kişi hirslənir:
– Ay çoban, bunlar ikisi də eyni şeydisə onda niyə ayırırsan, ağlar yoxsa qaralar?
– Ağlar mənimdir, ona görə.
– Bəs qaralar ?
– Qaralar da mənimdir.

You May Also Like:  Google Hakkında Bilinmeyenler ve İlginç Bilgiler

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Yəhudi məsəli

Dünyanın ən çox ərə gedən xanımı