in ,

Instagram ikili canlı yayın funksiyasını tanıtdı

İnstagramda dostlarınızla bərabər canlı yayın etmək üçün, yan yana olmaq məcburiyyətini aradan qaldırır. Belə ki, instagram iki ayrı cihazda tək bir canlı yayın etməyi təmin edəcək funksiyanı sınaqdan keçirdiyini bildirdi.

Funksiyaya sahib bir instagram istifadəçisisinizsə bir dostunuzu sizinlə canlı yayına dəvət etdikdə, canlı yayın ekranınız ikiyə ayrılacaqdır. Tək canlı yayında olduğu kimi izləyiciləriniz sizi izləyə biləcək və rəy yaza biləcəklər.

 

Yayın ərzində dostunuzu dəyişməyiniz mümkün olacaq.

Bu yeni funksiyanın maraqlı tərəflərindən biri isə yayın ərzində dostlarınızdan birini yayından çıxarıb, digərini ala biləcəksiniz. Bu funksiya sayəsində canlı yayında bir çox insan ilə reportaj edə bilər və hətta canlı yayında səhnələr yarada bilərsiniz. Duetlər, oyunlar kimi bir çox videolar yəqin ki, instagramda tez tez rastlaşacağımız videolardan olacaqdır.

İnstagramın verdiyi məlumata əsasən canlı yayına gələcək olan bu yenilik hal hazırda çox az istifadəçi tərəfindən sınaqdan keçirilir. Funksiyanı qarşıdakı bir neçə ay ərzində bütün dünyadakı istifadəçilərə açmış olacaq.

İnstagramın Noyabr ayında tanıtdığı Canlı Yayın, bir neçə ay əvvəl yadda saxlama funksiyası ilə diqqəti çəkmişdi. İnstagram, hekayələrə gətirdiyi boomerang, mention və filtrlər kimi hər yeni funksiya ilə istifadəçiləri daha aktiv olmağa dəvət edir. Yeni ikili canlı yayın funksiyası ilə bu aktivliyin daha da artacağını düşünə bilərik.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Facebook, kötü niyetli şirketleri reklam sisteminden atıyor

Game of Thrones yıldızlarının telefon numaraları sızdırıldı