in

Game of Thrones 7-ci sezon 6-cı bölümü vaxtından tez internetə düşdü

Game of Thrones 7-ci sezon 6-cı bölümü vaxtından tez internetə düşdü. Xaker hücumuna məruz qaldığı düşünülən Game of Thrones’un bundan əvvəlki bölümləri də vaxtından tez yayınlanmışdı.
Game of Thrones komandasının bu problemi aradan qaldırmaq üçün tədbir aldığı deyilir. Game of Thrones komandası bir neçə gün əvvəl problemə Hindistan mediasının səbəb olduğunu bildirmişdi. Amma yeni bölümün da vaxtından tez paylaşılması izləyicilərdə “həqiqətən də xaker hücumuna məruz qalmışlar” düşüncəsini yaradır.
Buna baxmayaraq, serial reytinqini itirmək yerinə daha da çox reytinq yığmaqdadır. Belə ki, hər növbəti bölümü əvvəlkindən daha çox reytinq yığaraq, serialı zirvədə saxlamağa davam edir. 7-ci sezon 5-ci bölüm 10.72 milyon izlənilmə ilə serialın ən çox izlənilən bölümü olmuşdur.
Hər bölümü daha da maraqlı olan serialın, sezon finalına iki bölüm qaldığını da qeyd edək. İnanırıq ki, komanda bu problemi həll edəcək və tarixin ən yaxşı serialının taxtını çalxalayan səbəbləri aradan qaldıracaqdır.

You May Also Like:  Dünyanın En Kuzeydeki Şehrinde Ölmek Neden Yasak?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Miley Cyrus – Party In The Usa

The Good Guy filmindən