in

FRİEDRİCH NİETZSCHE HAQQINDA 10 MARAQLI FAKT

Fridrix Nitşe (alm.Friedrich Nietzsche) öz düşüncəsiylə bütün dünyanı özünə heyran etmiş, ən çox oxunulan, lakin ən az başa düşülən filosoflardan biridir. Onun hər düşüncəsi özüylə birlikdə böyük müzakirə və mübahisə gətirir, insanları düşünməyə, bəzi məsələlər haqqında yenidən qərarlar verməyə və həyatı fərqli tərəflərdən kəşf etməyə sövq edir.

1. Filosofun ad günü olan 15 oktyabr 19-cu əsrin görkəmli Prussiya kralı IV Fridrix Vilhelmlə eyni günə təsadüf etmişdi. Valideynləri də məhz buna görə övladlarına kralın adını vermişdilər.

2. Nitşenin hər iki babası da din xadimi idi, atası da bu siyahıya daxildir. Nitşe tez-tez təkrarlamağı sevirdi: “Bir çox hallarda oğul atasının çılpaq sirrinə çevrilir.” Ailəsində bu qədər inanclı insan olmasına baxmayaraq, dahi filosof ateist idi və bunu açıq-aydın deməkdən və yazmaqdan heç vaxt çəkinmirdi.

3. Nitşe heç vaxt evlənməmişdi və uşaqları da yox idi. Həyatında müxtəlif qadınlar olsa da, adətən heç nə alınmırdı. Onun xüsusilə də Salome’a olan sevgisi dillər əzbəridir. Ona olan böyük sevgisi və etdiyi evlilik təklifinin rədd edilməsi qadınlarla bağlı fəlsəfəsinə də böyük təsir göstərmişdi. Lakin Nitşenin qadınlar haqqında çox düzgün formalaşdırdığı fikirləri də mövcud idi. O, çox haqlı olaraq düşünürdü ki, qadının xilası elə qadının özündən asılıdır və bu ancaq vərdiş edilmiş qadın obrazından əl çəkdiyi qalda mümkün ola bilər. Bütün bu dedikləri də, əslində feminizmin fərqli yanaşmasını bizə təqdim edir.

You May Also Like:  Sifonu Çekerken Kapağı Kapatın, İşte Nedeni!

4. Dünya bu dahi filosofu tanımaya bilərdi. Belə ki, Fransa müharibəsindən sonra Nitşe az qala öləcəkdi. 26 yaşında universitetdə oxuduğu zamanlarda yollandığı müharibədə o, sanitar idi. İş əsnasında xəstəliyə yoluxaraq, vəziyyəti ağırlaşmış və ölümlə üzbəüz qalmışdı. Ümumiyyətlə bu müharibədə iştirakı filosofa qalıcı fiziki və psixoloji travmalar vurur.

5. İndi Nitşenin adını hətta savadsız insanların da bilməsinə baxmayaraq, öz dövründə onun demək olar ki, tərəfdarı yox idi. Fikirləri indikindən qat-qat artıq mübahisələrə səbəb olurdu. Onun ideyaları mövcud dini, əxlaqi, sosioji və siyasi qaydaları böyük şübhə altına salırdı. Lakin, ölümündən sonra filosofun olduqca böyük tərəfdar kütləsi formalaşdı və indi də formalaşmağa davam edir.

6. Nitşenin müharibədə aldığı travmalardan və həyatındakı çətinliklərdən dolayı psixoloji problemləri olmuşdu. Nəticədə həyatının 11 ilini psixoloji xəstəxanada keçirir. Orada öz qəzəb və məyusluğunu ifadə edən bir çox qeydlər yazmışdı. Daha sonra bu qeydlər əsasında onun “Bacım və mən” əsəri dərc olunur.

7. Əsəblə bağlı xəstəliklər ucbatından ölüm onun qardaşını və atasını da aparmışdı. 1849-cu ildə atasının, 1 il sonra isə qardaşının bu cür faciəvi ölümü filosofun psixikasında dərin travmalar yaranmasının digər səbəbi kimi görülür.

8. Nitşenin təhsil aldığı müddətdə ən çox problemi olduğu fənn riyaziyyat idi. Nəzəriyyəçi olmağı qarşısına məqsəd qoyan filosofu müəllimlər dəfələrlə imtahandan məhz bu fənnə görə kəsə bilərdilər, lakin fəsləfi dairələrdəki nüfuzu və dərin düşüncələrinə görə ona mövzuda güzəştlər edilirdi. Bundan əlavə, bir neçə dili öyrənməyə cəhd etsə də, demək olar ki, heç biri uğurla nəticələnməyib. Müasir dillərlə bu problemi yaşasa da, Latın dilində mükəmməl danışmağı və yazmağı bacarırdı.

You May Also Like:  Ramazan Bayramı Təbrik Mesajları

9. Nitşe özü böyük filosof olsa da, təsirləndiyi insanlar da var idi. Bunlar arasında xüsusi qeyd edilməli filosof Şopenhauerdir. Xüsusilə onun yaradıcılığının ilk mərhələsində bu təsiri daha aydın hiss etmək mümkündür.

10. Nitşenin anarxistlərə qarşı olmasında baxmayaraq, demək olar ki, hər bir anarxist ondan təsirlənmişdir. Onun sistemə qarşı radikal və cəsarətli fikirləri təbii olaraq, anarxistləri laqeyd qoya bilmir. Ondan təsirləmiş anarxist və post-anarxistlər kimi Alber Kamyu, Emma Qoldman və s. göstərmək olar.

pahoo

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

ÖZÜNÜZƏ İNANMAQ ÜÇÜN İMTİNA ETMƏLİ OLDUĞUNUZ 6 VƏRDİŞ

Təbii Gözəllikləri İlə Dünya Xanımları