in

Mark Tven deyir..

-Hər günə həyatının ən gözəl günü olması üçün şans ver.

-Həyatımda bir çox problem vardı və çoxu əsla var olmadı.
-Yağış duasına çıxmadan əvvəl meteorologiyanın qeydlərini qarışdırmaq hər vaxt faydalıdır.
-Bundan iyirmi il sonra etmədiyiniz şeylərdən ötəri, etdiklərinizdən daha çox peşman olacaqsınız. Dəmir alın və etibarlı limanlardan çıxın artıq…
-Küləkləri arxanıza alın, araşdırın, xəyal edin və kəşf edin.
-Dostluq qüvvətli bir bağdır. Pula ehtiyac olanda müraciət edilməzsə, ömür boyu sürər.
-Bankçılar, sizə hava tərtəmizkən zorla çətirini verən amma iki damla yağış düşdüyündə də çətiri zorla əlinizdən alan insanlardır.
-Cəsarət qorxunun yoxluğu deyil, qorxuya müqavimət göstərmək, qorxuya hökm etməkdir
-Hər zaman doğrunu söylə; nə dediyini xatırlamaq məcburiyyətində qalmazsan
-Təhsilin edə bilməyəcəyi heç bir şey yoxdur. Heç bir şey onun təsir sahəsinin xaricində qala bilməz. Pis əxlaqları yaxşıya çevirə bilər; pis qanunları yuyar və yerinə yenilərini qoyar; insanları mələklər səviyyəsinə çıxara bilər.
-Kitab oxumayan bir kimsənin, oxuma bilməyənə qarşı bir üstünlüyü yoxdur.
-İnsan 80 yaşında doğulub 18 yaşına qədər yavaş yavaş yaşasa daha xoşbəxt olardı.
-Xəyallarınızı itirdiyiniz an həyatınız sona çatdı deməkdir.
-Başımızı dərdə salan pis şeylərin qaynağında bilmədiyimiz şeylər deyil, başımıza əsla gəlməyəcəyindən əmin olduqlarımız vardır
-Cənnət ilə cəhənnəmlə əlaqədar irəli geri danışmaq istəməm çünki hər ikisində də dostlarım var.
-Həyatda ehtiyac olunanlar bilməməzlik və özünə inamdır və o zaman müvəffəqiyyət şübhəsizdir.
-İnsanoğlunun tək bir təsirli silahı vardır. Qəhqəhə…
-Sabah, geridə qalan həyatımızın ilk günüdür.
-Əxlaq mövzusunda ən əhəmiyyətli dərslər kitablardan deyil, yaşanan təcrübələrdən alınar.
-Məni yarı yolda buraxdığını sanıb, o yolda qaçarkən təngnəfəs qalanlar.. Yolun sonunda sizi gözləyirəm..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Hitler üç əsir tutur, İngilis, Fransız və bir də Yəhudi

Bob Dylan deyir..