Bu gözəl və sirli çimərlik haqqında bügunə qədər çox az insanın məlumatı var. Playa del Amor çimərliyi Meksikada, tənha Marieta adasının yaxınlığında yerləşir. Ada min il əvvəl vulkan püskürməsi nəticəsində yaranmışdır. Buraya səyahət edən hər kəs təbiətin bu möcüzəsini əbədi xatırlayacaq.
Avstraliyada bütün dünyada məşhur olan Uaytheven çimərliyi yerləşir. Buranın bu qədər məşhur olmasına səbəb ağappaq qumudur. Qum sanki qardır, ayaqlarınzın altinda xüsusi xırıltılı səs çıxarır. Bu xüsusiyyəti onun 100 % silsium dioksiddən ibarət olan tərkibinədən irəli gəlir.
Dünyaya karnavalı ilə məşhur olan şəhərdə istirahət üçün yaban yerləri nəzərə almasaq rəsmi olaraq 24 çimərlik var. Çimərlik sahəsinin uzunluğu təxminən 80 km bərabərdir. İpanema çimərliyi Rio de Janeyronun cənubundakı varlı rayonun ərazisində yerləşdiyi üçün onların içərisində ən füsunkar və dəbdəbəli hesab olunur.
Baham adalarında çox sayda gözəl yerlər var. Lakin Liman adası xüsusilə məşhurdur – burada bütün dünyada tanınan çəhrayı çimərlik yerləşir. Quma bu qeyri-adi rəngi verən əzilmiş mərcanlardır.
Yunan adası olan Zakinfdə planetimizin ən gözəl çimərliklərindən biri yerləşir. Bura həqiqətən də hər tərəfdən uca qayalarla əhatə olunmuş çox sakit və rahat yerdir. Çimərlik Zakinf şəhərindən təxminənən 37 km məsafədə yerləşir. Bu möcuzəvi yerə istirahət edənləri mütəmadi olaraq daşıyan gəmilər və qayıqlar vasitəsi ilə getmək olar.