in

Çiyələk mürəbbəsi resepti

Tərkibi:
1 kq çiyələk,
1 kq toz şəkər,
Yarım limon,
Su

Hazırlanması:
Ev şəraitində çiyələkdən ləzzətli və asan mürəbbə hazırlamaq üçünhazırlamaq üçün əvvəlcə çiyələkləri dərin bir qabda bol suya qoyun.
Suyunu bir neçə dəfə dəyişdirin ki, meyvələrin qumu təmizlənsin.
Çiyələkləri yuduqdan sonra aşsüzənə yığın suyu süzülsün.
Bundan sonra yuyulub suyu yaxşıca süzülən çiyələklərin saplağını qopardın.
Təmizlədiyiniz çiyələkləri bir qazana yığın və üzərinə 4 stəkan şəkər tozunu əlavə edib çiyələk mürəbbəsini bişirmək üçün hazırlayın.
Qazanın qapağını örtüb bir gün gözlədin.
Gözlətdikdən sonra çiyələyi yarım saat qaynadın və ocağı söndürənə yaxın limonu əlavə edin.
Bunun üçün əvvəlcə limonu təmiz-təmiz yuyun və rəndələyin .
Bişən ləzzətli mürəbbəni isti halda təmiz şüşə qablara doldurun.
Bundan sonra mürəbbə doldurduğunuz bankanın qapağını möhkəm olaraq hava keçməyəcək şəkildə bağlayın.
Bu zaman xüsusi ilə diqqət etmək lazımdır ki, bankanın ağznı bağlayacağımız qapaqlar quru olsun.

Nuş olsun!

You May Also Like:  Peynirin gizemli dünyası

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Krem-pendir naxışlı brauni resepti

Kivi mürəbbəsi resepti