in ,

Tərbiyə haqqında Məhəmməd peyğəmbərin kəlamları

Tərbiyə haqqında Məhəmməd peyğəmbərin kəlamları

1. Cəbrayıl mənə dedi ki, Ya Məhəmməd istədiyin kimi yaşa əvvəl-axır öləcəksən, dilədiyini, istədiyini sev, bil ki, axırda ondan ayrılacaqsan. İstədiyini elə, axırda gordüyün islərin əvəzini görəcəksən. Bil ki, inanan adamın ucalığı gecələr qalxıb ibadətlə məsğul olmasındadır, üstünlüyü isə, öz ehdiyacını insanlara bildirməkdən çəkinməsindədir.

2. Kiçiyimizin halına acımayan, böyüyümüzü saymayan, ona yaxşılıq etməyən, pislikdən əl çəkməyən, bizlərdən deyildir.

3. Qonşularla yaxşı dolanmağı sizə tövsiyyə edirəm.

4. Qonşunun qonşuya pislik etməsi haramdır.

5. Bir yerdəki sizə töhmət edəcəklər, o yerə getməkdən çəkinin.

6. Bir-birinizə hədiyyə verin, bir-birinizi sevin.

7. Hər ikisindən icazə almamış iki adamın arasında oturmaq olmaz.

8. Müsəlmanın müsalman qardaşı qarşısında acıqlı, hirsli duruşu onun qanını tökmüş kimidir.

9. Allahın sevgisi, əsəbləşdiyi vaxt həlim olan adama vacibdir.

10. Hər şeyin bir zəkatı var, evin zəkatı isə ziyafət süfrəsidir.

11. Ey insanlar həqiqətən də, Allah pakdır təmiz şeyi təmiz adama qismət edər.

12. Qonağa hörmət edəndə, qeyri-səmimiliyə yol verməyi qadağan edirəm.

13. Lənət olsun pula-paraya qul olanlara.

14. Bir mömini kafir deyə təhqir edən, o mominə qəsd edənə bənzər.

15. Hər bir ümmətin həddindən artıq çox sevdiyi bir şey vardır, mənim ümmətimin də sevdiyi şey pul-paradır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

15700 serialıq serial – Guiding Light

15700 serialıq serial – Guiding Light

Stress və onun öhdəsindən gəlmə üsulları

Stress və onun öhdəsindən gəlmə üsulları