in

Ramazan ayı bütün günlərin duaları

Ramazan ayı bütün günlərin duaları

Ramazan ayı bütün günlərin duaları

Ramazan ayı boyunca bütün günlərin dualarını bir məqalədə topladıq.

Ramazan ayı gündəlik dualar

Allah bütün oruc tutanların oruclarını qəbul etsin.

1-ci günün duası

İlahi, mənim orucumu oruc tutanların orucundan, namazımı gecə-gündüz namaz qılanların namazından hesab et, məni qəflət yuxusundan oyat, bu ayda günahımı bağışla, ey Aləmlərin Allahı, məni əfv et, ey günahkarları Əfv edən Allah!

2-ci günün duası

İlahi, məni bu ayda Öz rizana yaxınlaşdır, qəzəbindən və intiqamından bu ayda məni uzaq et. Ey Rəhimlilərin Rəhimlisi, məni bu ayda Öz ayələrini oxumağa müvəffəq et!

3-cü günün duası

İlahi, bu ayda mənə güclü ağıl və ayıq-sayıqlıq ver, məni bu ayda pis şeylərdən və qafillikdən uzaq et, ey Səxavətlilərin Səxavətlisi, Öz səxavətin xatirinə bu ayda nazil etdiyin hər xeyirdən mənim də nəsibimi ayır!

4-cü günün duası

İlahi, bu ayda mənə Sənin (oruc tutmaq barədə) əmrini yerinə yetirməyə qüvvət ver, Səni zikr etməyin şirinliyini bu ayda mənə dadızdır, səxavətinə görə Sənə şükr etməyə məni ruhlandır, məni bu ayda Özün hifz etdiyin, (qadadan-bəladan) saxladığın kimi hifz et, ey Bəsirətlə nəzər edən Allah!

5-ci günün duası

İlahi, bu ayda məni günahlarının bağışlanmasını ist əyənlərdən qərar ver, Məni bu ayda Öz saleh və itaətkar bəndələrindən et, Məni bu ayda Özünə yaxınlaşdırdığın dostlarından et Mərhəmətin xatirinə, ey Mərhəmətlilərin Mərhəmətlisi!

6-cı günün duası

İlahi, bu ayda məni Sənə asiliyə məruz qoymaqla rüsvay etmə, Öz intiqam qamçınla məni vurma, Öz lütfün və köməyin sayəsində Sənin qəzəbini doğuracaq şeylərdən bu ayda məni uzaq et, ey Rəğbət bəsləyənlərin son dərəcə Rəğbətlisi!

7-ci günün duası

İlahi, bu ayın orucunu tutmaqda və namazını qılmaqda mənə kömək ol, məni bu ayın səhvlərindən və günahlarından uzaqlaşdır, bütün bu ayı Səni zikr etməyi mənə qismət et, Öz köməyin sayəsində, ey azanları doğru yola çıxaran Allah!

You May Also Like:  Ramazan bayramınız mübarək - Ramazan bayramı təbrik mesajları

8-ci günün duası

İlahi, bu ayda mənə yetimlərə münasibətdə mərhəmətli olmağı, çörək yedirtməyi, sülhpərvər olmağı, hörmətli adamlarla oturub-durmağı qismət elə, Öz qüdrətin sayəsində, ey Ümid edənlərin Pənahı!

9-cu günün duası

İlahi, bu ayda mənə Öz geniş mərhəmətindən pay ver, mənə bu ayda Öz açıqaşkar dəlil-sübutlarınla yol göstər, Səni razı salacaq bütün şeylərə doğru məni apar, Öz məhəbbətin xatirinə, ey arzusu olanların Pənahı!

10-cu günün duası

İlahi, bu ayda məni Öz həsənatlarının sayəsində Sənə təvəkkül edənlərdən, Sənin yanında bu ayda uğur qazananlardan, Məni bu ayda Özünə yaxınlarından qərar ver, öz gözəlliyinlə ey tələbkarların son Qayəsi!

11-ci günün duası

İlahi, bu ayda mənə Öz Köməyin sayəsində yaxşılıq etməyi sevdir, məndə bu ayda pisliyə və asiliyə ikrah doğur, qəzəbini və Cəhənnəm odunu bu ayda məndən uzaq et, ey yardım istəyənlərin Yardımçısı!

12-ci günün duası

İlahi, bu ayda məni Öz himayən sayəsində həya və iffətlə zinətləndir, itaət və razılıq libası ilə bu ayda məni geyindir, bu ayda mənim yükümü ədalət və insaflı et, qorxduğum hər şeydən bu ayda məni amanda saxla. Səni ismətinə And verirəm ey (Ürəklərində) Allah qorxusu olanların Himayəçisi!

13-cü günün duası

İlahi, bu ayda məni natəmizlik və iyrənc şeylərdən pak qərar ver, və alın yazısı ilə məni bu ayda olacaqlara səbirli et, və məni bu ayda əməlisaleh insanlarla dostluğa müvəffəq et, ey miskinlərin gözlərinin qarası Allah!

14-cü günün duası

İlahi, Öz İzzətin xatirinəbu ayda səhvlərimi mənəayıb tutma, məni bu ayda səhvlərdən və büdrəmələrdən qoru, bəla və dərdlərə düçar etmə, and verirəm izzətinə ey müsəlmanların İzzəti (Şərəfi)!

15-ci günün duası

İlahi, Mənə bu ayda ürəklərində (təqva) qorxusu olanların itaətini ruzi elə, qəlbimi bu ayda itaət edənlərə məxsus tövbə üçün geniş aç, Sən özün aman ver, ey ürəklərində (təqva) qorxusu olanların Aman verəni!

You May Also Like:  Həyat yoldaşı üçün 8 mart təbrik mesajları

16-cı günün duası

İlahi, Öz Allahlığın xatirinə bu ayda məni əməlisaleh adamlarla rastlaşmağa müvəffəq et, və məni bu ayda şər adamlarla rastlaşmaqdan uzaq et, mənə bu ayda axirətdə Sənin rəhmətinləqərar evində sığınmaq ümidi ver, Allahlığın xatirinə ey Aləmlərin Allahı!

17-ci günün duası

İlahi, mənə bu ayda saleh əməllərə doğru yol göstər, ehtiyac və amallarımı yerinə yetir, ey etdik-ləri barədə izaha və suala ehtiyacı olmayan, ey Aləmlərin qəlblərində olanları bilən! Məhəmmədə (s) və onun pak ailəsinə xeyir və rəhmət bəxş elə!

18-ci günün duası

İlahi, məni bu ayda Öz səhərlərinin bərəkəti üçün oyat, qəlbimi Öz işıqlarının ziyası ilə ilə işıqlandır, bütün əzalarımı o əsər-əlamətini izləmək üçün tabe et. Səni öz nuruna and verirəm ey ariflərin qəlb-lərini İşıqlandıran Allah!

19-cu günün duası

İlahi, bu ayda mənim onun bərəkətindən nəsibimi bol et, mənim xeyir işlərinə yolumu asanlaşdır, və məni onun yaxşılıqlarını qəbul etmək-dən məhrum etmə, ey açıq-aşkar haqqa Hidayət Edən Allah!

20-ci günün duası

İlahi, bu ayda mənim üçün Cənnət bağlarının qapılarını aç, Cəhənnəm odunun qapılarını üzümə bağla, məni bu ayda Quran oxumağa müvəffəq et, ey möminlərin qəlblərinə Xatircəmlik Salan Allah!

21-ci günün duası

İlahi, bu ayda Sənin rizanı qazanmaq üçün mənə bir əlamət göstər, Şeytanın məni tovlaması üçün bir yol qoyma, Cənnəti mənim üçün mənzil və dinclik yeri qərar ver, ey Həqiqət axtaranların Ehtiyaclarını Ödəyən Allah!

22-ci günün duası

İlahi, bu ayda Öz fəzilətinin qapılarını üzümə aç, və mənə bu ayda Öz bərəkətlərini nazil et, və məni bu ayda o işlərə müvəffəq et ki, Sənin rizana səbəb olacaq, və məni bu ayda Öz cənnət bağlarının ən gözəl guşələrində sakin et, ey ehtiyac içində olanların dualarını müstəcab Edən Allah!

You May Also Like:  Novruz bayramı ən gözəl təbrik mesajları

23-cü günün duası

İlahi, bu ayda məni günahlardan yu (pak et), məni bu ayda eyiblərdən pak qərar ver, qəlbimi ürəklərdəki təqva qorxusu ilə imtahana çək, ey günahkarların büdrə-mələrini Bağışlayan Allah!

24-cü günün duası

İlahi, bu gün Səndən o şeyi diləyirəm ki, Səni razı salsın, Səni incidəcək şeylərdən Sənə pənah gətirirəm, Səndən bu gün məni Sənə itaət etməyə, Sənə asilik etməməyə müvəffəq etməyini diləyirəm, ey diləyənlərə səxavət Göstərən Allah!

25-ci günün duası

İlahi, bu ayda məni Sənin dostlarını sevən və düşmənlərinə düşmən olan, Peyğəmbərlərinin sonuncusunun yolu ilə gedən qərar ver, ey Peyğəmbərlərinin qəlblərini məsum Qılan Allah!

26-cı günün duası

İlahi, bu ayda mənim səyimi mükafata layiq, günahımı bu ayda bağışlanmış, əməlimi bu ayda məqbul, eybimi bu ayda üstü örtülmüş qərar ver, ey eşidənlərin ən yaxşı Eşidəni!

27-ci günün duası

İlahi, bu ayda mənə Qədr gecəsinin fəzilətini ruzi ver, işlərimi bu ayda çətinlikdən asanlığa apar, üzrlərimi qəbul et, günahları və günah yükünü üstümdən götür, ey Öz saleh bəndələrinə Mehriban olan Allah!

28-ci günün duası

İlahi, bu ayda nafilə əməllərdən mənim nəsibimi bol et, Qiyamət günü suallarına hazır olmaq üçün mənə lütf göstər, vəsilələr arasında Sənə yetişmək üçün vəsiləmi bu ayda yaxın et, ey israrlıların dualarını eşitməkdən məmnun olan Allah!

29-cu günün duası

İlahi, mənə bu ayda rəhmət bəxş elə, bu ayda mənə uğur və ismət müyəssər et, qəlbimi töhmət zülmətlərindən pak et, ey Öz mömin bəndələrinə Rəhm Edən Allah!

30-cu günün duası

İlahi, ağamız Məhəmməd (s) və onun pak Əhli-beytinə xatir, bu ayda mənim orucumu Özun və Peyğəmbərinin razı olduğu kimi mükafatlandırıb qəbul et. Həmd-səna aləmlərin Rəbbi olan Allaha məxsusdur!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Galaxy S21 ile Z Flip 3 benzer tasarımlarla gelecek

Novruz bayramı ən gözəl təbrik mesajları

Novruz bayramı ən gözəl təbrik mesajları