in

İnanılmazİnanılmaz

Nikola Teslanın Tarixi və Kəşfləri



Nikola Tesla Serb əsilli Amerikalı ixtiraçı, fizik və elektrofizik mütəxəssisidir. 1856-cı ildə Xorvatiyadakı Smijlanda anadan olub. Qeyri adi bir yaddaşı vardır və 6 dil öyrənib.

1. Dünyadakı elmi və texnoloji quruluşu demək olar ki, tamamilə kökündən dəyişdirə biləcək bir çox “istifadə edilən və edilməyən” təcrübəyə/ixtiraya imza atmasına baxmayaraq dərs kitablarında nadir hallarda adı keçir.

Xüsusilə də “elektrikin naqilsiz daşına bilməsi” kimi bir ixtirası və bunu sübut etməsi onun nə qədər bənzəri olmayan bir ixtiraçı olduğunu açıqlayır.



2. Radionu Marconinin icad etdiyi düşünülür, X işıqlarını Rentgenin kəşf etdiyi, vakuum boru gücləndircisini də Forestin kəşf etdiyi bilinir. Bəs Tesla ?
Floresan Lampa, Neon işıqları, spidometr, avtomobillərdəki atəşləmə sistemi, radarın əsaslarını, elektron mikroskopu və mikrodalğalı sobanın da Nikola Tesla tərəfindən icad edildiyini bilənlərin sayı məhduddur.

Bundan başqa AC Axın Generatorları və Motorları, MRI, Lazer Texnologiyası, Robot Texnologiyası, Zəlzələ Cihazı da Nikola Teslanın nəzəriyyələri əsas alınaraq yaradılmış proyektlərdir.

3. Tesla, 1884-cü ildə ABŞ-a ilk dəfə gəldiyi zaman, Thomas Edison üçün çalışmağa başlayır. Edison lampanın patentini yeni alıb və elektrikin paylanması üçün bir sistemə ehtiyac duyur.
Edison o zaman telli lapmanı yeni icad etmişdi və elektrikin köçürülməsi mövzusunda bir sistem inkişaf etdirməyə çalışırdı. Tesladan bu mövzuda kömək istəmişdi və əgər sistemdəki problemi həll edə bilərsə ona böyük miqdarda pul verəcəyini demişdi. Tesla sistemdəki problemləri həll edərək Edisonu bəlkə də milyon dollarlıq bir xərcdən qurtarmış, lakin vəd edilən pulu heç bir zaman almamışdır.

4. Edison ölüm ayağında olduğu zaman Tesladan üzr istəmək üçün yanına çağırdıb, lakin Tesla vaxtımız boş sözlər dinləyərək keçirdəcəyimə, insanlıq adına lazımlı icadlar taparaq keçirərəm deyərək Edisonun son arzusunu etməmiş və yanına getməmişdir.
5. Nikola Tesla, ilk dəfə elektrikin bir mənbədən ətrafa yayılaraq naqilsiz və çox miqdarda çatdırıla biləcəyini söyləmişdir. Daha sonra isə etdiyi təcrübələrlə bunu sübut etmişdir.
Teslanın ən məşhur və sirli fotolarından biri olan bu fotoda O, əlində naqilsiz olaraq yanan bir lampanı tutan vəziyytdədir.

6. Teslanın xəyalı dünyaya ödənişsiz enerji vermək idi. 1900-cü ildə, investor J.P.Morgan ayırdığı 150 Min dollar ilə Tesla Naqilsiz Yayım Sistemi/Wardenclyffe adındakı qüllənin tikilməsinə Long Island, Nyu Yorkda başladı.
Bu yayım qülləsi, dünyanın telefon və teleqraf servislərini birləşdirəcəkdi. Eyni zamanda görüntlü məlumatları, birja məlumatlarını və hava haqqında məlumatı dünyaya çatdıracaqdı. Təəssüf ki, Morgan bunun dünyaya pulsuz enerji verəcəyini anladıqdan sonra bu işə investisiya etməyi saxladı.

Əgər dəstək o gün kəsilməsəydi, bu gün biz insanlar elektriki pulsuz bir şəkildə naqilsiz olaraq istifadə edə biləcəkdik. 

7. Teslanın ən əsas proyekti Naqilsiz Enerji Çatdırılması idi. 20 ədəd lampanı naqil olmadan 25 mil uzaqlıqdan yandıra bildiyi qeydiyyatlarda vardır.
8. Tesla alternativ axın ilə bağlı bu sözləri demişdir:
“… Öz alternativ axım və yüksək tezlik ilə bağlı “tezlik yüksək olduğu müddətcə yüksək voltajlardakı alternativ axınlar dərinin üzərində, hər hansı bir yaralanmağa səbəb olmadan qalırlar. Amma bu həvəskarların bacara biləcəyi bir şey deyil. Sinir toxumalarına nüfuz edə biləcək milliamperlər öldürücü bir təsir yarada bilər ama dərinin üzərindəki amperlər qısa müddətlər üçün zərər verməz. Dərinin altına sıza biləcək düşük axınlar isə, istər alternativ, istər doğru axınlar olsun, ölümə yol aça bilər.”

9. Sənayenin fluoresanlı lampanı “icad etməsi”ndən 40 il qədər öncəsində Tesla öz laboratoriyasında fluoresan lampa istifadə edirdi.
10. Tesla və Ford
Ford ilk motorlu maşını ilə nümayiş edərkən yanına gedən Tesla bu qədər böyük bir motora gərək olmadığını söyləmiş lakin Ford özünü daha üstün gördüyü üçün Teslaya qulaq asmamışdır; bunu görən Tesla, atəşləmə sistemini icad etmiş və Forda bunu göstərmək məcburiyyətində qalmışdır.

Lakin hər zaman olduğu kimi şanssızlığı burda da özünü göstərmiş və Ford,ə  atəşləmə sistemini istifadə etmək üçün patentini özünə almışdır.

11. 1898-ci ildə, Madison Square Gardenda dünyaya ilk uzaqdan idarə edilən modelini göstərir. Yəni Teslaya uzaqdan idarə edilən təyyarələr, maşınlar və hətta televizorlar üçün də təəkkür edə bilərik.
Ənənəvi Elektrik Sərgisinin inkişaf etdiyi yer və əsasən Barnum-Bailey sirkinin çalışdığı böyük ərazinin ortasına böyük bir tank qoydu və su ilə doldurdu. Bu kiçik gölün üzərinə üzməsi üçün, 1 metr uzunluğunda olan anntena dirəyi olan bir qayıq qoydu. Qayığın içində bir radio qəbuledici vardı. Nikola Tesla, tamaşıçıların istəyi ilə irəli gedmə, sağa və yaxud sola dönmə, durma, geri getmə, işıqları yandırıb söndürmə kimi müxtəlif şeyləri uzaqdan radio ilə idarəetmə sayəsində etdi. Unutulmaz nümayiş bütün tamaşıçıları heyran qoyduğu kimi günlük qəzetlərin ön səhifələrində yer aldı.

Nikola Teslanı izləyən hər kəs Nikola Teslanın bunu beyin gücü ilə etdiyinə inanmışdı.

12. Amerikalılar müharibə zamanı Alman sualtı gəmilərini tapa bilmək üçün Edisondan kömək istəmiş və Teslanın təklifi olan “enerji dalğalarını istifadə edək” fikrinə Edisonun qarşı çıxması səbəbilə bu gün “radar” dediyimiz cihaz 25 il gec kəşf edilmişdir.
13. Nikola Tesla kosmosdakı həyatın varlığı ilə də yaxından maraqlanmışdır. Dünyada ilk dəfə olaraq 1899-cu ilin Mart ayında öz laboratoriyasından kosmosa səs dalğaları göndərmişdir.
Kosmosdan kosmik səs dalğalarının qeydini aparmışdır. Bunun haqqında məlumat verdikdə isə elm çevrəsindən maraq və dəstək görməməsinin səbəbi o illərdə kosmik radio dalğalarının elm aləmində yeri olmamasıdır.

Tesla, Marsdan və Veneradan radio siqnalları aldığını bildirmidşir. Bu gün onun əslində siqnalları uzaqlardakı ulduzlardan aldığını bilirik, lakin o zamanlar kosmok haqqında çox az şey bilinirdi. Mətbuat isə onun “biabırçı” iddiaları ilə əyənirdi.

14. Teslanın təbiətin fəalliyətini bizim görmədiyimiz bir bacarıqla görə bildiyi açıq-aşkar ortada idi.
Kilometrlərlə uzaqdan elektrik lampalarını yandıra bilməsi, zəlzələlər, ildırımlar kimi canlıları kökündən yox edə biləcək gücləri idarə edə bilməsi bunu açıq göstərir.

Teslanın tapdığı şeyləri silaha çevirəcək bir ölkənin digər ölkələrdən üstün olacağı bariz olaraq ortadadır. Bu gün ABŞ, Teslanın fikirləri ilə zəlzələ generatoru hazırlayıb. HAARP (High Frequencey Active Auroral Research Program/Yüksək Tezlikli Aktiv Auroral Araşdırma Proqramı) olaraq bildirilən proyektin əhatəsində edilən təcrübələrin, 17 avqust 1999-cü ildə Türkiyədə baş verən zəlzələ kimi dünya üzərində baş verən dağıdıcı zəlzələlərin yaranmasına səbəb olduğu dedi-qoduları ətrafda dolaşmışdı. Zəlzələ şahidlərinin işıq parlamaları görmələri də buna səbəb olan fikirlərdən idi.

15. Tesla, dünyanın ilk hidroelektrik stansiyasını Niaqara şəlalələrində gerçəkləşdirmişdir.
Niaqaradakı Heykəli
16. Tesla, Marconinin icad edildiyi bilinən radionun icadından 10 il öncə radio qanunlarını göstərmişdi.
Əslində (Teslanın öldüyü il olan) 1943-cü ildə ali məhkəmə Teslanın daha öncəki açıqlamaları səbəbilə Marconinin patentlərinin etibarsız olduğuna qərar vermişdi. Lakin hələ də bir çox qaynaq istinad olaraq radionun icadı ilə bağlı Teslanın adını çəkmir. (Həmçinin Marconinin radiosu səsi çatdırmırdı, sadəcə siqnalı çatdırırdı, lakin Tesla illər öncə səs çatdırılmasını da göstərmişdi.)

17. Teslanın uğurları qarşılığında əldə etdiyi mükafat nə idi deyirsiniz ? Edison Medalı! Edison tərəfindən mütəmadi olaraq tənqd edilən birinə bundan daha bir pis medal ola bilməzdi.
18. Elektriklə bağlı etdiyi saysız təcrübələri və kəşfləri vardır. 7 Yanvar 1943-cü ildə özünə aid paten aldığı 700 ixtira ilə ən çox patent sahibi olan şəxs kimi dünya tarixinə keçmişdir.
19. Modern dünyanı icadə edən insan, milyarder ola biləcəyi halda demək olar ki, heç nəsiz 86 yaşında 7 Yanvar 1943-cü ildə New Yorker otelində ölmüş vəziyyətdə tapıldı.
Teslanın ölümü haqqında bir çox şübhələr hələ də qalmaqdadır. Bəzi məlumatlara görə ABŞ hökuməti özü bu ölümü gerçəkləşdirmişdir. Tesla öldükdən dərhal sonra onun bütün məlumat və sənədlərinə ABŞ hökuməti tərəfindən əl qoyuldu. Tesladan geriyə qalanlar üzərində çalışmağa davam edildiyi və inkişaf etdirilən texnologiyalar olduğu söhbətləri hər zaman dolanır.

Həyatını itirdiyi New Yorker oteli
O otağa Nikola Tesla adı verildi.
20. Elm adamların bu gün də onun qeydlərini sətir-sətir araşdırmağa davam edir. Teslanın zamanında dediyi fikirlərin bir çoxu bu günün məşhur elm insanları tərəfindən təsdiq edilir.
21. ELektron altı yükləri olan parçacıqların varlığını ortaya qoyan təcrübələrdən bəhs etmişdi, 1977-ci ildə elm adamları onu nəhayət ki, kəşf etdi: Kvarklar!
Həmçinin Nobel mükafatını rədd etmiş tək elm (fizik) adamıdır.
Prestij adlı 2006-cı il istehsalı olan filmdə Nikola Tesla, David Bowie tərəfindən canlandırılmışdır.
“Nifrətiniz elektrikə döndürülə bilsəydi, bütün dünyanı aydınladardı.”
Elektrikli maşınların inkişaf etdiyi günümüzdə bir elektrikli maşın markası: Tesla
“Buraxın doğruları gələcək söyləsin və hər kəsi əsərlərinə və uğurlarına görə dəyərləndirsin. Bu gün onların olsun; ancaq uğrunda çox çalışdığım gələcək, mənimdir.”
Hər Şey Üçün Təşəkkürlər Tesla

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Nina Dobrev Resimleri

Selena Gomez Kim ?