in

Nasosların növləri və iş prinsipləri

 Nasos–mexaniki hərəkət enerjisini ötürücü mühərriklər və ya əzələ enerjisi vasitəsillə (əl ilə işləyən nasoslarda) maye axının mexaniki enerjisinə çevirən və yaradilmış təzyiq hesabına bütün növ mayeləri, tərkibində bərk mexaniki qarışığı olan məhlulları, kolloid maddələri və ya mayeləşdirilmiş qazları bir yerdən başqa yerə nəql edilməsi və müəyyən hündürlüyə qldırılması üçün tətbiq edilən qurğudur. İşləmə prinsipinə görə nasosların müxtəlif növləri vardır.

  Hələ lap qədim zamanlardan suyun müəyən hündürlüyə qaldırılması və ya hər hansı bir məsafəyə nəql edilməsi əsas məsələlərdən biri olmuşdur. Su qaldıran çarx adlanan ən birinci belə qurğunu ilk dəfə misirlilər ixtira etmişdir. Su qaldıran maşın çarxdan və onun çevrəsi boyunca birləşdirilmiş bardaqlardan (qablardan) ibarətdir. Çarxın ən aşağı hissəsi suya buraxılır, onun öz oxu ətrafında firlanması zamanı qablar su ilə dolur, çarxın yuxarı nöqtəsində qablara dolan su xususi qəbulediciyə tökülərək öz axını ilə gedir. Qurğunun firlanması üçün heyvanlardan və güclü insanlardan istifadə olunurdu.

Qədim dövrün böyük alimi Arximed (eramızdan əvvəl 287…212 il), sonralar onun şərəfinə “Arximed vinti” adlandırılan su qaldirici vint qurğusu ixtira etmişdir. Bu qurğuda boru daxilində fırlanan vint ilə su qaldırılırdı, lakin o dördə vintlə boru arasındakı məsafənin düzgün nizamlanması mümkün olmadığı üçün, suyun bir hissəsi həmişə geri axıdılırdı. Beləliklə, vintin mailliyi ilə suyun verilməsi arasında asılılq yaranur. Vintin mailliyi artdıqca, məhsuldarlıq azalsa da, suyun daha böyük yüksəkliyə verilməsi mümkün olurdu. Vintə fırlanma hərəkəti verildikdə vintlər arasında qalan su kütləsi hər dəfə yeni götürülən suyun hesabına yuxarıya sıxılaraq hərəkət etdirilir. Vintin ixtirasından sonra o, qaldırıcı maşınlarda, preslərdə və böyük qüvvə tələb olunan başqa maşınlarda da bu günə kimi geniş tətbiq edilir. Bu günkü maşınqayırmanın inkişafını vintlərsiz təsəvvür etmək çətin olardı.

  İlk dəfə yanğın söndürmək üçün istifadə olunan porşenli nasos, qədim yunan mexaniki Ktesibiy tərəfindən hələ eramızdan əvvəl 1-ci əsrdə ixtira olunmuşdur. Bu nasosu həqiqətən ilk nasos adlandırmaq olar. VIII əsrin əvvəllərinə qədər bu tip nasoslar ağacdan hazırlandığı üçün çox nadir hallarda istifadə olunurdu. Metaldan hazırlandıqdan sonara daha geniş istifadə olunmağa başlanıldı. Porşenli nasoslar mayenin «sıxışdırılma» prinsipi ilə işləyir, belə ki, silindr daxilində irəli-geri hərəkət edən porşen vasitəsilə vurulan mayedə təzyiqin yaradılmasına əsaslanır.

  Sənayenin inkişaf etməsi ilə və buxar maşınlarının yaranmasından sonra, porşenli nasoslardan şaxta və mədənlərdən su çəkilməsində istifadə etməyə başlanıldı. Hazırda belə nasoslardan artezan və quyulardan suyun vurulmasında, sənayedə dozalayıcı (maye xam malının kimyəvi emalında) və yüksək təzyiq yaratmaq üçün tətbiq olunur. Porşenli nasoslar təyinatına, iş şəraitinə və vurulacaq mayenin xassələrinə görə müxtəlif konstruksiyada olur; porşenli və plunjerli – ikiplunjerli (sürgü qollu), üçplunjerli, beşplunjerli və s. olur.
Digər nasoslarla müqayisədə porşenli nasosların əsas etibarilə aşağıdakı üstünlükləri vardır: yüksək faydalı iş ımsalı, iş vaxtı yüksək təzyiq yaratmaq qabiliyyətinə, işçi və ehtiyyat hissələrinin uzunömürlü və etibarlı olması, klapanlarının (sorma və vurma) olması, sadə texniki qulluq, failəsiz işləmə qabiliyyəti və s.

You May Also Like:  COVID-19 Hastalarındaki Deri Döküntüleriyle İlgili Açıklama

 

  Təsnifatına görə pərli nasoslar (qanadlı) porşenli (pistonlu) nasosların bir növüdür. Bu tip nasoslar 19-cu əsrin ortalarında icad edilmişdir. Əsasən əl ilə işləyən bu tip nasoslar yanacaq və yağlarin, eləcə də, arezan və quyulardan suyun vurulmasında istifadə olunur. İrəli-geri hərəkət edən pəri(qanad) və iki cüt klapanları(qəbuledici və ötürücü) olan nasosun işçi hissələri çuqun korpusun içərisində yerləşmişdir. İş prinsipi belədir; saat əqrəbi istiqamətində işləyən zaman iki klapan açılır, əks istiqamətdə hərəkət zamanı həmin iki klapan bağlanır, digər ikisi açiılır, təzyiqlə dolan maye aşağıdan yuxarıya hərəkət edir və təkrar olunur. Klapanlar mayenin geri qayıtmasının qaşısını alır. Bu tip nasoslar həmçinin “Alveyera nasosları” kimi də tanınır.



Körük (silfon) nasosu quruluş etibarı ilə “qarmon” alətinini xatırladır, sıxılaraq suyu çəkib vurur. Nasosun konstruksiyası çox sadə və yalnız bir neçə hissədən ibarətdir. Adətən, belə nasoslar plastik (polietilen və ya polipropilen) materialdan hazırlanır. Əsas etibarı ilə çəlləklərdən, qablardan kimyəvi aktiv mayeləri (maye sabun, yuyucu materiallar və s.) vurmaq üçün istifadə olunur. Nasosun ucuz başa gəlməsi nadir və təhlükəli mayelərin vurulması zamanı birdəfəlik nasos kimi istifadə etməyə imkan verir.



  Yastı-rotorlu (və ya lövhəli) nasoslar özucoran nasoslar növünə aiddir, sorma qabiliyyəti çox yaxşıdır, müsbət cəhəti nasosun girişində əlavə təzyiq yaradılmadan onların işləməsidir. Nasosun işçi hissəsi uzununa radial oyuğu olan, süruşüb çixa bilən səthi lövhələr- potora ekssentrik formada və mərkəzdənqaçma qüvvəsi ilə statora sixilmış vəziyyətdə yerləşdirilmışdir. Belə ki, rotor ekssentrik formada yeləşib, onun fırlanması zamanı lövhələr (lövhələr sanki, porşen rolunu oynayır) mərkəzdənqaçma qüvvəsinin təsiri ilə gah rotora daxil olur, gah da ondan irəli çixiraq korpusun içəridən yuxarı hissəsinə sıxılır.

   Rotor fırlandıqda lövhələr onunla birgə fırlanaraq, eyni zamanda radial istiqamətdə irəli-geri hərəkət edir. Nasos işləyərkən, onun sorucu hissəsidə kəsifliyi azalma yaranır və vurulan kütlə lövhələrin arasına dolur, sonra sıxışdırılıb nəqledici hissəyə ötürülür. Bu tipli nasosların işləmə prinsipi nasosun işçi kameralarının həcmini lövhələr vasitəsilə sıxışdırıb mayeni təzyiq altında çıxarmaqdan ibarətdir. Bu tip nasosladan neftemalı sənayesində- neft, yağ, mazut, sürkü yağları, bitum, parafin və s.-, qida sənayesində- bal, şərbət, bəkməz, şokalad, ketçup, mayonez, qatılaşdırılmış süd, bitki yağları və s.-, məşətdə- kosmetika, gel, şampunlar, yapışqan, mastika, lak-boyalar, maye şüşə, maye sabun və s.-məhsulların nəql olunmasında istifadə olunur.



   Dişli çarxlı nasoslar müasir texnikada geniş istifadə olunur. Belə nasosların üstün cəhəti konstruksiyasının sadə, yiğcam, hərəkət istiqaməti dəyişdirilə bilən, işləyərkən etibrlı və nisbətən yüksək effektliliyinin (FİƏ) olmasıdır. İstənilən özlülüklü və tərkibli mayelərin vurulmasında tətbq olunur. Dişli çarxlı nasoslarda dişlərin sayı artdıqca, onların işləməsinin müntəzəmliyi də artır, ancaq dişarası maye həcminin qapanması çətinləşir.Daxili ilişmə ilə işləyən dişli çarxlı nasoslara nisbətən, istehsalatda ən geniş yayılan xarici ilişməli dişli çarxlı nasoslardır. Çarx dişlərinin ilişmə növünə görə belə nasoslar xarici ilişmə ilə işləyən dişli çarxlı və daxili ilişmə ilə işləyən dişli çarxlı olurlar.

You May Also Like:  ... Yakarma Lipa Photos

   Xarici ilişməli dişli çarxlı nasoslar– yağlama xüsusiyyətinə malik qatı mayelərin çəkib vurmaq üçün təyin olunur, özucoran nasoslar növünə aiddir (adətən, 4-5 metrdən artıq olmayan). Daha ucuz başa gəlir. Aparıcı dişli çarx fırlanan zaman sorucu hissədə vakkum yaranır, nəticədə maye işçi kameraya daxil olaraq, dişlər arası boşluqları tam dolduraraq, hərəkətə gətirilən dişlı çarxın köməyilə sorucu hissədən vurucu hissəyə oradan isə aparıcı boru xəttinə ötürülür. Başqa sözlə, çarxların dişləri ilişmədən çıxanda maye daxil olur, ilişmədə işə maye vurulur, odur ki, mayenin geri axınının olmamasın və nəticənin keyfiyyətli olması üçün çarxların bir-biri ilə əlaqəsi kip şəkildə olmalıdır.

   Daxili ilişməli dişli çarxlı nasosların iş prinsipi, analoji olaraq, digər dişli çarxlı nasoslar kimdir. Kiçik həcmli olmasına baxmayaraq, istehsalı mürəkkəbdir. Belə nasoslarda çarxlar yastıqlarla səmtlənir. Daxili dişli çarx mühərrikin valının köməyilə fırlanaraq, dişlərin ilişməsilə xarici dişli çarxı da hərəkətə gətirir. Firlanma zamanı çarxların dişləri arasında boşalma zamanı yaranan vakkum hesabına, giriş hissədə mayelərin sorulması baş verir, içəriyə-dişlər arasına daxil olan maye çıxışa doğru yönəlir. Arada olan aypara şəkilli element sorma və vurmanın keyfiyyətinə xidmət edir. Çarxların dişlərinin ilişməsi yarandıqda isə dişlər arası sahədə həcm azalır maye çıxış hissəyə sıxılaraq, aparıcı boru xəttinə ötürülür.

  Dişli çarxlı nasoslar neftemalı sənayesində, qida sənayesində, məşətdə, kimya sənayesində bu və ya digər özlülüklü və tərkibli mayelərin vurulmasında tətbq olunur.



Aypara rotorlu yumrucuqlu nasoslar tərkib hissələri özlü, qatı məhsullardan ibarət olan mayelərin ehtiyatlı vurulması üçün nəzərdə tutulmuşdur. Müxtəlif formalı rotorların ( iki, üç “ləçəkli”) olan belə nasoslarla iri hissəcikli mayelərin (məsələn, tərkibi bütöv qozdan olan şokolad və s.) vurulması mümükünndür. Rotoların dövrlər sayını nəql olunan məhsulların tərkib və quruluşununun saxlanılması üçün 200…400 dövrdən artıq qaldirmq məsləhət görülmür.

   Nümunədə göstərilən üç “ləçəkli”rotorlu belə nasoslarlardan qida sənayesində qaymaq, smetan, mayonez və bu tipli məhsulların vurulmasında istifadə olunur, belə ki, başqa növ nasoslara bu məhsulların nəql olunması onların quruluşunu dəyışə bilər. Məsələn, mərkəzədnqaçma nasoslarla (çarxın dövrlər sayı 2900 dövr/dəqiqə olarsa) qaymaq vurularsa, quruluşunu dəyişərək çalınmış yağa çevrilir. Yumrucuqlu nasoslar (rotorlu və ya fırlanan) adətən, qida və kimya sənayesində tətbiq olunur.



  Çarxlı nasoslar (impel-laylı, yüngül, elastik rotorlu) yastı rotorlu nasosların müxtəlif növlərindən biridir. Nasosun işçi orqanı nasosun korpusunun (gövdəsinin) mərkəzinə ekssentrik formada yerləşdirilmiş elastik və yüngül (rezin və ya plastikdən) rotordan ibarətdir. İşçi çarxın fırlanması hesabına pərlər arasında həcm dəyişirərək, yaranan vakkum hesabına giriş hissədə sorma yaranır və daxil olan maye çıxışa ötürülür. Tətbiqi; sellüloz-kağız və kimya sənayesində-mürəkkəb, yapışqan və müxtəlif boyaq maddələrinin: kosmetik məhsullardan- maye sabun, gel, şampun və kremlərin: qida sənayesində-süd, kefir, bitki yağları, ketçup, sous, konsrvləşdirilmiş ərzaq, xardal, sirkə, mayonez, qliserin, maye ədviyyat, tomat, spirt, şərab. pivə, sərinləşdirici işkilər və s. məhsulların vurulmasında istifadə olunur.

You May Also Like:  Según diferentes fuentes, nuestra chica podría estar en “negociaciones iniciale... Ana de Armas

   Üstünlükləri;-5 metrə qədər özü sora bilir; müxtəlif özlülüklü məhlulların vurulması mümkündür; kamerara boşluqlarının olmaması; vurma istiqaməti dəyişmək mümükündür; məhsuldarlığn dövrlər sayından asılılığı, sadə konstruksiyalı olması və s. Qüsurları;-detalların tez siradan çıxması; mürəkkəb və baha qulluq;



  Mərkəzdənqaçma nasosları dedikdə, tələb olunan basqı və təzyiqin köməyilə mərkəzdən qaçma qüvvəsinin hesabina işçi çarxın pərlərinə daxil olan mayeni nəql edən qurğu başa düşülür. Əsas işçi orqqanı, val üzərinə yerləşdirilmiş və korpusun daxilində firlanan işçi çarxdır. Çarx bir-birindən müəyyən məsafədə yerləşən arxa və qabaq disklərdən ibarətdir. Pərlər arasındakı mexanizm işçi çarxın iş prinsipini tamamlayır.

  Mərkəzdənqaçma nasosların iş prinsipinin əsas mahiyyəti işçi çarxın fırlanmasl ilə nasosun işləməsi zamanı onun korpusunda yaranan mərkəzdənqaçma qüvvəsidir. İşçi çarx şpon şəkili birləşmə ilə nasosun valı üzərinə yerləşdirilir.Nasosun valı isə muftanın köməyiə elektrik mühərrikinə birləşdirilir. Elektrik mühərrikinin köməyilə nasos fırlanır, işçi çarxın pərlərinə daxil olan maye nasosun korpusunda mərkəzdənqaçma qüvvəsi əmələ gətirir, korpus daxilində vakkum və təzyiq yaranır. Nəticədə, maye sorucu boru vasitəsilə sorucu qola, oradan nasosa daxil olur. Bu zaman yaranan təzyiqlər fərqinin hesabına maye işçi çarxdan spiral kameraya, oradan vurucu qola birləşən təzyiq borusunun köməyi ilə təzyiq hovuzuna nəql olunur. Çarxın diametri və dövrlər sayı nə qədər böyük olarsa, mərkəzdənqaçma qüvvəsi bir o qədər böyük olacaqdır.

    Mərkəzdən qaçma nasoslarının ən çox yayılmış tipi bilavasitə mühərriklə birləşmiş və spiral kamerası olan üfiqi vallı nasoslardır ki, onların fadalı iş əmsalı yüksəkdir. Şaquli vallı nasoslar mayelərin dərin quyulardan çıxarılmasında tətbiq olunur.

  Mərkəzdənqaçma nasoslarından müxtəlif sahələrdə- suvarmada, kimya sənayesində, dənizdə, neft məhsullarının vurulmasımda, su təchizatında, kanalizasiyada və s. tətbiq olunur. Mərkəzdənqaçma nasosların üstünlüyü fasiləsiz su təminatı, avtomatik idarəetmə, qurğunun sadə konstruksiyalı olması, sökülmə və yığılmasının sadəliyi, sorma yüksəkliyinin yüksək olması, yüksək faydalı iş əmsaı və möhkəmliyidir. Çatışmayan çəhəti isə gərginlikdən asılı olaraq qeyri-stanbil suyun vurulması, quraşdırılmasında özəl şərtlərin olması və s.



   NEMO® vintli nasoslar sənayenin bütün sahələrində geniş istifadə olunur. Belə ki, əczasçılıq, kosmetika, kimya və neft sənayesində, eləcədə kommunl-məişət sahələrində tətbiq olunur.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Su Sərfinin hesablanması

Mərkəzdənqaçma nasosları