in

Napoleon Bonapart’ın nizamnamədən kənar addımı



Bir dəfə Fransa imperatoru Napoleon Bonapart (1769-1821) keşikçiləri yoxlarkən, postda yatmış gözətçini aşkar edir. Müharibə dövrünün nizamnaməsinə görə keşikçi məhkəməyə verilməli və güllələnməli idi. Lakin Napoleon gözlənilməz qərar qəbul edir: yatmış gözətçinin yerə düşmüş tüfəngini qaldırıb çiyninə qoyur və onun əvəzinə keşik çəkməyə başlayır. Bir müddətdən sonra növbəni dəyişdirməyə gəlmiş serjant görür ki, keşikçi yatıb, imperator isə postda dayanıb…

İdarəetmə psixologiyası üzrə mütəxəssis Norman Koulend bu hadisəni belə şərh edir:
“Kim cəsarət edib deyə bilər ki, Napaleon səhv edib? O başa düşürdü ki, yatmış gözətçini güllələtmək əvəzinə onun yerinə keşik çəkmiş “kiçik kapralın” bu hərəkəti haqqında xəbər ildırım sürətilə bütün qoşun hissələrinə yayılacaq. Bu cür başçı ilə döyüşə gedən əsgər öz həyatını ona qurban vermək üçün bir an belə tərəddüd edərdimi? Bir çox hallarda alicənab hərəkət işin müvəffəqiyyətini həll edir və ağıllı rəhbər bundan istifadə etməyi bacarmalıdır.”



Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Ziqmund Freyd deyir

Bayes teoremi