in ,

Nahidə Babaşlı kimdir?

Nahidə Babaşlı Kimdir

Nahidə Babaşlı Gənc azərbaycanlı ifaçıdır. O, 22 Setyabr 1996-ci ildə Bakıda anadan olub.

Ali təhsilini Bakı Dövlət Universitetində fizika fakültəsində davam etdirmişdir. Elə bu zamanlar musiqiçi olmağı qərara almışdır. O universitet təhsili illərində dəfələrlə musiqi yazmağa cəhd etsə də alınmamışdır.

Nahidə Babaşlı öz haqqında bunları deyir:

“Bakı Dövlət Universitetinin fizika fakültəsini bitirmişəm. Musiqi ilə məşğulam, amma professional şəkildə yox. Amma gələcəkdə inkişaf etdirmək istəyirəm. Özümü biləndən mahnı oxuyuram, musiqi duyumum var. Gitara ifa edirəm. 

Birinci kursda Azərbaycan dili müəllimim Anar müəllim səsimin çox gözəl olduğunu dedi. Sonra məni akt zalının rəhbəri Bayram müəllimin yanına apardı ki, bu qızın istedadı var, onu səhnəyə çıxar, köməklik et. O da məni xora yazdı, amma köməyi olmadı (gülür). Bayram müəllim muğam oxuyanlara daha çox üstünlük verirdi. Mən də muğam oxumurdum. Bir ay sonra xordan çıxdım. Artıq ümidim qalmamışdı. Dedim, fikrimi dərslərimə verim. O da alınmadı. İstəmədiyim sahə ilə bağlı ixtisas üzrə təhsil alırdım. Sonra instagram səhifəsi açdım, orada mahnılar oxuyub paylaşmağa başladım. İlk vaxtlar üzümü göstərmirdim. Amma bir müddət sonra üzümün düşdüyü videolar çəkməyə, studiyada mahnılar yazmağa başladım. Bununla da hər şey başladı.”

O, Azərbaycanı beynəlxalq musiqi müsabiqələrində təmsil etməyi arzulayır. Babaşlı hazırda öz üzərində daha çox işləyir. Gənc ifaçı müxtəlif janrlarda və dillərdə oxuyur. O, özünə daha çox xarici kompozisiyaları yaxın bilir. Xarici dillərdə mahnı oxumağa həvəsi olan Nahidə “YouTube”da öz ifasının videoçarxını yerləşdirib. Səkkiz gün ərzində onun ifasını 1 920 581 nəfər dinləyib. Dinləyicilər onun səsi, ifası və özü barədə təriflər yağdırıblar. Babaşlının ifası Türkiyə KİV-lərində də yüksək qiymətləndirilib və türk sosial media istifadəçiləri onun haqqında müsbət ifadələr işlədiblər.

You May Also Like:  ¡Enhorabuena por dar voz a Carolina Larriera!Una película preciosa y conmoved... Ana de Armas

Nahidə Babaşlı Kimdeyir’də:

Nahidə Babaşlı – Ulduz [Dinle İzle İndir]

Nahidə Babaşlı – Ay Yüzlüm (Cover) [Dinle İzle İndir]

Nahidə Babaşlı – Saydım (Cover) [Dinle İzle İndir]

Nahidə Babaşlı – Anlasana (Cover) [Dinle İzle İndir]

Sosial Hesabları:

YouTube Kanalı: nahide_babashli

Instagram profili: nahide_babashli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Nahidə Babaşlı – Ay Yüzlüm (Cover) [Dinle İzle İndir]

Uzaya Giden İlk İnsan: Yuri Gagarin