Dörd hikmət
Insanlar dörd qisimdir:
1- Biri bilir və bilir ki, o doğrudan da bilir, o alimdir- ona tabe olun.
2-Biri bilir və bilmir ki, həqiqətən də bilir, o yatmış adamdır- onu oyadın.
3-Biri bilmir və bilir ki, o həqiqətən bilmir, o yol itirəndir – ona yol göstərin.
4-Biri bilmir və bilmir ki, o həqiqətən bilmir, o nadandır – ondan uzaqlaşın.
Dörd şey bədəni qüvvətləndirər:
ət yemək, ətriyyat iyləmək, çox çimmək, kətan paltar geymək.
Dörd şey səni dörd şeyə çatdırar:
səbr – istəyə, çalışmaq – mətləbə, pəhrizkarlıq – saflığa, qənaət – dövlətə.
Dörd adam dörd şeyi ilə tanınar:
yazar – yazısı, alim – cavabı, hikmət sahibi – işi, həlim adam – yumşaqlığı ilə.
Dörd şey gözəllik xəzinəsindəndir:
yoxsulluğunu, sədəqə verdiyini, dərdini, istəyini gizli saxlamaq.
Dörd şeydən qorxmayın – onlar dörd şey üçündür:
zökəm – cüzamdan, çiban – dəri xəstəliyindən, göz ağrısı – kor olmaqdan, bəlğəmli öskürək – iflicdən qoruyar.
Insanlar dörd sifətə malikdirlər:
Kəramətli – özü yeməz, xəlqə verər.
Səxavətli – özü də yeyər, xəlqə də verər.
Paxıl (xəsis) – özü yeyər, xəlqə verməz.
Ləim – nə özü yeyər, nə xəlqə verər.
Dörd nəfərlə dostluqdan çəkinin:
Axmaqla, yalançı ilə, paxılla, fitnəkarla.
Kişinin səadəti dörd şeydir:
Salihə əyalı ola, gözəl övladı ola, etibarlı dostu ola, öz vilayətində yaşaya.
Xoşbəxtlik əlaməti dörddür:
Keçən günahlara peşman olmaq,
Eyləyə bilmədiyi yaxşılıqlara təəssüflənmək,
Elm və ədəbdə özündəü yüksək olan adamlara baxmaq,
Var-dövlətdə özündən yoxsullara baxmaq.
Dörd şey ömrü artırar:
Bakirə qız ilə evlənmək, isti su ilə çimmək, sağ tərəfi üstə yatmaq, səhərlər alma yemək.
Dörd şey çox çətindir:
əsəbi halda günahkarı bağışlamaq,
az maldan səxavət göstərmək,
iffəti-isməti qorumaq,
qorxulu vəziyyətdə haqqı demək.
Dörd şeyin qədrini bil:
Cavanlığın, əmin-amanlığın, sağlamlığın, ölülərin.
Dörd şeyi yadda saxla:
ən böyük dövlət – əqildi
ən böyük yoxsulluq – axmaqlıqdı
ən böyük dəhşət – özünü bəyənməkdir
ən böyük ünsiyyət – gözəl rəftar, yaxşı xasiyyətdir.
Dörd şey dörd şeydən doymaz:
Yer – yağışdan, göz – baxmaqdan, yar – yardan, alim – elmdən.
Dörd şey insana şərəf gətirər:
Həqq işdə qəlbi qorumaq,
Süfrə başında boğazı qorumaq,
Başqasının evində gözlərini qorumaq,
Xalq arasında dilini qorumaq.
Dörd adamda dörd şey olmaz:
Yalançıda – mürüvvət, həsəd aparanda – rahatlıq, paxılda – səadət, yaramazda – ülviyyət.
Dörd şey dörd şeyi gətirər:
Sakit olmaq – rahatlıq, uzun danışmaq – rüsvayçılıq, səxavət – ucalıq, şükr etmək – bolluq.
Nəsrəddin Tusi (1201-1274) Marağa şəhərində yaşamış və fəaliyyət göstərmiş filosof, astronom, riyaziyyatçı