in

Marina Abramoviç’in çox qəribə eksperimenti

1970-ci ildə serbiyalı rəssam Marina Abramoviç çox qəribə eksperiment həyata keçirdi. O, bir mərkəzdə hərəkət etmədən dayandı. Qarşısında isə müxtəlif əşyalar va idi. Çəkic, mismar, qayçılardan tutmuş müxtəlif rənglərə və hətta tapancaya qədər. Ziyarətçilərə hər şey icazə verilirdi. Onlar bu əşyaları götürüb Marinanın bədəninə istənilən şeyi edə bilərdilər.
Əvvəlcə ziyarətçilər utanırdılar. Ancaq Marinaya baxırdılar. Onu öpürdülər. Daha sonra isə soyundurdular. Bədənində rəsmlər çəkdilər və hətta cızıqlar etməyə başladılar. Bütün bunları ziyarətçilər gülərək edirdilər.
Bir ziyarətçi tapancanı götürəndə isə mühafizə xidməti eksperimenti dayandırmağa məcbur oldu.
Marinanın söylədikləri: “Əvvəlcə ziyarətçilər mənimlə oynamaq istəyirdilər. Daha sonra isə onlar aqressivləşirdilər. Bu, dəhşətli 6 saat idi. Onlar saçlarımı kəsir, mismarları bədənimə batırır, boynumu kəsirdilər. 6 saatlıq əzabdan sonra mən tamaşaçılara tərəf getməyə başladım. Onların çoxu otaqdan qaçdı. Çünki “oyuncaq” kimi baxdıqları insan artıq dirilmişdi. Güzgüyə baxanda isə saçlarım arasında ağarmış tükləri gördüm”.
“Mən sadəcə bir şeyi nümayiş etdirmək istəyirdim. Əgər insana imkan verilərsə, o, qəddar, vəhşi bir məxluqata çevrilməyə başlayar”

You May Also Like:  Bumerang nedir, nasıl geri gelir?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Linkoln’un oğlunun müəlliminə yazdığı məktub

Lev Tolstoy deyir..