Londonun məşhur gəzməli-görməli yerləri

126


London – Böyük Britaniyanın turizm marşrutlarının mərkəzidir, bütün dünyadan olan səyahətçilər buraya gəlməyə can atırlar. İnanılmaz dərəcədə zəngin əyləncə məkanlarının yerləşdiyi bu şəhərdə hər kəs ürəyincə olan məşğuliyyət tapa bilər.

Beləliklə,  hər bir turistin görməli olduğu Londonun ən məşhur gəzməli-görməli yerlərinin top beşliyini təqdim edirik:

London Qalası



 London Qalası – şəhərin və min illik tarixə malik ölkənin əsas rəmzlərindən biridir.  Qala çox sayda sehirli əfsanə və sirləri özündə saxlayır, axı o, kralların  evi, həbsxana, sikkəxana və hətta zoopark olmuşdur!

 

Necə getməli: ən yaxın metro stansiyaları Tauer Hill və London Bric

Giriş haqqı: 20 funtdan başlayır

Tauer körpüsü

Tauer körpüsü

Tauer körpüsü – dünya üzrə ən məşhur və tanınmış görməli yerlərdən biridir. Açılan körpü Tauer körpüsündən yuxarıda yerləşir və viktorian mühəndisliyinin nümunəsidir. Körpü, Temza çayında üzən gəmilərin keçməsi üçün gündə iki və ya üç dəfə açılır.  Körpünün qüllələrindən şəhərə möhtəşəm mənzərə açılır, ona görə də  mütləq tikililərin daxilinə ekskursiya sifariş edin.

Necə getməli: ən yaxın metro stansiyaları Tauer Hill və London Bric

Giriş haqqı: 20 funtdan başlayır

Londonun gözü (London Eye)

Temza çayının cənub sahilində yerləşən nəhəng fırlanan çarx –  Londonun gözü (London Eye) 135 metr hündürlükdən  möhtəşəm  mənzərə  təklif edir.   Bu, şəhərin mütləq ziyarət edilməli olan ən müasir gəzməli-görməli yerlərindən biridir!

  Japonya'da Çocuklar Okula Neden Hep Tek Başına Gidiyor?

Necə getməli: ən yaxın metro stansiyaları Westminster station, Embankment station

Giriş haqqı: 18 funtdan başlayır

Bukingem sarayı

Bukingem sarayı Əlahəzrət Kraliçanın rezidensiyasıdır. Saray  ziyarətçilər üçün ildə cəmi bir neçə həftə açıqdır: avqust və sentyabrda. Rezidensiyanın zallarında gəzərkən siz  özünüzü Kraliçanın əsl qonağı kimi hiss edə bilərsiniz.  Saray ailə sərvətləri və zərif mebellə,  eləcə də Rembrandt və Kanatello kimi məşhur ustaların rəsm əsərləri ilə bəzədilmiş 775 otaqdan ibarətdir.

Necə getməli: ən yaxın metro stansiyaları Victoria station, St. James Park station, Hyde Park Corner station

Giriş haqqı: 19 funtdan başlayır.

Trafalqar meydanı

Trafalqar meydanı Vestminstrin üç əsas küçəsinin kəsişdiyi Londonun mərkəzində yerləşir. Meydanın mərkəzində siz  böyük şir heykəlləri və fontanlarla əhatə olunmuş admiral Nelson sütununu görəcəksiniz. Trafalqar meydanında həmçinin  London Milli qalereyası  yerləşir, burada siz  heç bir ödəniş etmədən Van Qoq və Pablo Pikassonun əsərlərini görə bilərsiniz.

Necə getməli: ən yaxın metro stansiyası Charing Cross station

Giriş haqqı: ödənişsiz

bigtriponline