in

Kiloqramın təsviri dəyişir

10 gün sonra elm tarixinin ən böyük dəyişikliklərindən birinə şahid olacağıq. Bir səs vermə ilə BS-dəki 7 əsas vahiddən 4-ünün təsviri dəyişəcək.

Kiloqram sözünü tez-tez işlədirik. Arıqlamaq istəyəndə, birşeylər almaq istədikdə və s. Bəs heç düşünmüsünüzmü:

Kiloqram dediyimiz bu anlayış necə yaranıb? Nəyə əsasən 1 kiloqram – 1 kiloqramdır?

Parisdə 1 binanın zirzəmisində 3 ayrı açarla açıla bilən bir seyfin içində iç içə keçmiş 3 şüşə qabın içində dünyanın tək gerçək kiloqramı saxlanılır. Fransızlar ona: “Le Grand K”  deyir. Yəni böyük K. Bütün kilolara hökm edən kilo.

 

90%-i platinium və %10-i iridiumdan ibarət olan “Le Grand K” 1889-cu ildə hazırlanmışdır. Onunla bərabər yaradılmış 40 kopiyası var. Sonra o kopiyaların da kopiyaları yaradılmış və bütün ölkələrə paylanmışdır. Məhz ölkəmizdəki kiloqram dəqiqliyi də ölkəmiz üçün göndərilən o kopiya ilə ölçülür.

Sual verə bilərsiniz: Bəs bu kopiyaların əslinə oxşarlığı necə yoxlanılır?

Bu kopiyalar qarşılaşdırılmaq üçün 40 ildə bir Parisə göndərilir. Bugünə kimi cəmi 3 qarşılaşdırılma olduğunu da qeyd edək. Nəticədə həm “Le Grand K”, həm də kopiya kiloqramların zamanla dəyişdiyi məlum olub. Hesablamalar nəticəsində  “Le Grand K”in 50 μg zəiflədiyi müəyyənləşib. Bu bir toz zərrəsinin kütləsi qədər kiçik bir zəifləmədir. Sıradan insanlar üçün bu azalma diqqətə alınacaq birşey deyil, amma elm və texnologiya sahəsi üçün bu böyük əhəmiyyət təşkil edir. Çox kiçik mikrosxemlərdə məhz bu qədər kiçik ölçü dəqiqlikləri böyük rol oynayır.

You May Also Like:  Omicron varyantı için yeni tedavi yöntemi keşfedildi

Tarix: 16 Noyabr 2018
Məhz bu tarixdə Fransada Versay qalasının yaxınlığında “Ağırlıqlar və Ölçülər Ümumi Konfransı” təşkil ediləcək. 57 ölkədən gedəcək təmsilçilər bu konfransda kiloqramın yeni təsvirinə qərar verəcəklər. Beləliklə, alimlər kiloqram kimi vacib vahidi şüşələrin içində saxlanılan və zaman dəyişən bir obyektə (“Le Grand K”) deyil, dəyişilməyən bir sabitə bərabər tutacaqlar.

Məqalənin əvvvəlində BS-dəki 7 əsas vahiddən 4-ünün təsvirinin dəyişəcəyini qeyd etmişdim. Bəs digər 3-ü hansıdır?
16 Noyabrda “kiloqram” ilə birlikdə, “Kelvin” , “Mol” və “Amper“in də təsviri dəyişəcək. Onlar da kiloqram kimi dəyişilməyən bir sabitə bərəbər tutulacaqlar.

Sual verə bilərsiniz: Geriyə qalan 3 sabitə (metr,saniyə,kandela) nə olacaq?

Onlar çoxdan dəyişilməyən sabitə bərabər tutulublar.

 

Ümid edirəm məqalə sizin üçün maraqlı olmuşdur. Yeniliklər üçün izləməyə davam edin.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Einstein’s general relativity confirmed near black hole

Scientists Just Showed It’s Possible to Split Water Into Hydrogen And Oxygen in Space