in ,

Kameruna səyahət

ÇOX ehtimal ki, piqmeylər kimi də tanınan bakalılar Kamerunun ilk sakinləri olub. 1500-cü illərdə buraya portuqallar gəlir. Bir neçə yüz ildən sonra isə islam dininə etiqad edən fulanilər tayfası Kamerunun şimalını zəbt edir. Bu gün Kamerun əhalisinin 40 faizi xristian, 20 faizi müsəlmandır, geridə qalan 40 faizi isə ənənəvi Afrika dinlərinə etiqad edir.

Kamerunun kənd ərazisində yaşayan camaat xüsusilə qonaqpərvərdir. Burada qonaqlar səmimi qarşılanıb evə dəvət edilir, qarşılarına su və yemək qoyulur. Ev yiyəsinin dəvətini qəbul etməmək təhqir, qəbul etmək isə hörmət əlaməti hesab olunur.

Söhbət ailə üzvləri ilə salamlaşmaqla və hal-əhval tutmaqla başlayır. Hətta ev yiyəsinin heyvanlarının vəziyyəti ilə də maraqlanmaq adətdir. «Qonağı qapının ağzından “sağ ol” deyib yola salmırlar. Adətən,  ev yiyəsi qonağı yolun yarısına kimi ötürür və yol boyunca söhbət edir. Sonra onunla xudahafizləşir və evinə qayıdır. Müsafir bu cür rəftar görməyəndə istənilməyən qonaq olduğunu düşünə bilər», — deyə kamerunlu Cosef nəql edir.

Sanaqa çayı üzərində tez-tez kanoelər görmək olar. Yelkənləri nədən oldu düzəldirlər

Süfrə başına toplaşan dostlar bəzən bir qabdan yemək yeyirlər, hətta elə olur ki, onlar xörəyi əllə yeyirlər. Bu adət Kamerunda birliyin rəmzidir. Bəzən bu adətdən dostluğu müəyyən səbəblər ucbatından sarsılan insanları barışdırmaq üçün istifadə edirlər. Bir yerdən yemək yemək bir növ «biz artıq barışmışıq» deməkdir.

You May Also Like:  Doğa Gerçekten Kaotik ve Fraktal mıdır?

Bu jurnalı dərc edən Yehovanın Şahidləri Kamerunda 300-dan çox yığıncaq təşkil edib və ölkədə təqribən 65 000 nəfərə Müqəddəs Kitabı öyrədirlər

Əksər piqmeylərin boyu 1,2—1,42 metrdir

  • Əhalisi: Orta hesabla 20 milyon
  • Paytaxtı: Yaunde
  • İqlimi: Şimalı isti və quru, sahilyanı ərazisi isə rütubətlidir
  • İxracat: Yağ, kakao, qəhvə, pambıq, ağac, alüminium
  • Əhalinin danışdığı dillər: İngilis və Fransız, eləcə Afrikanın təxminən 270 dil və dialekti

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cənnət nədir və hardadır?

Fyordlar, Norveç