in

K və KM tipli mərkəzdənqaçma nasosları



K tipli çıxıntılı (konsollu) nasoslar stasionar şəraitdə рН = 6…9, tərkibində bərk mexaniki qarışıqların ölçüsü ≤ 0,2 mm və həcmi konsentrasiyası 1,5%-ə qədər olan içməli-təmiz və texniki suların (dəniz suları istisna olmaqla) vurulmasında və eləcə də, soyutma, istilik, suvarma, irriqasiya, bataqlıqların qurudulması və su təchizatı sistemlərində digər məhlulların vurulmasında istifadə olunur. Bu tip nasoslarla vurulan məhlulların temperaturu 0-:-85°C arasında ola bilər. Bu nasoslar partlayış və yanğın təhlükəsi olan mayeləri vurmaq üçün tətbiq edilə bilməz.

K tipli nasoslar bir-birinə mufta ilə birləşmiş elektrik mühərrikindən və mərkəzdən qaçma, bir pilləli nasosdan ibarətdir. Nasosa suyun gətirilməsi nasosun oxu boyunca üfiqi, ötürülməsi isə tangensial şəkildə həyata keçirilir.

Sərti işarələri:

K 80-50-200a tipli nasos, haradakı;



  • K- çıxıntısı ( konsollu) olan nasos;
  • 80 – girişin diametri, mm :
  • 50 – çıxışın diametri, mm;
  • a – isci çarxın yonulmasinin göstəricisi;
  • 200 – işçi çarxın nominal diametri mm;

Texniki xarakteristikalari

Nasosun markası Məhsuldarlığı, m3/saat Basqı, m muhərrikin gücü, kvt
nasos K 50-32-125 (a) 10 – 12,5 16 – 20 1,5 – 2,2
nasos 1K 50-32-125 12,5 20 1,5 – 3
nasos K 65-50-125 (a) 23 – 25 16 – 20 3
nasos K 65-50-160 (a) 20 – 25 25 – 32 4,0 – 5,5
nasos 1K 65-50-160 25 32 4,0 – 5,5
nasos K 80-50-200 (a) 45 – 50 40 – 50 11 – 15
nasos 1K 80-50-200 50 50 7,5 – 22
nasos K 80-65-160 (a) 45 – 50 28 – 32 7,5
nasos 1K 80-65-160 50 32 7,5 – 15
nasos K 100-65-200 (a) 90 – 100 40 – 50 18,5 – 30
nasos K 100-80-160 (a) 90 – 100 26 – 32 11 – 15
nasos K 150-125-315 (a) 180 – 200 26 – 32 22 – 30
nasos K 200-150-315 (a) 400 40 – 50 75 – 90
nasos K 200-150-400 (a) 400 40 – 50 75 – 90
nasos 1K 8/18 (a) 8 18 1,5
nasos 1K 20/30 (a, b, m) 20 30 2,2 – 5,5
nasos K 160/30 (a, b) 140 – 160 22 – 30 18,5 – 30
nasos K 290/30 (a) 290 – 250 30 – 24 37 – 30

 

meliorator.az

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Artezan quyuları üçün nəzərdə tutulmuş ETsV (ЭЦВ) tipli nasoslarin təyinatı

13 Reasons Why: Season 2 Trailer