in

“Elm” haqqında maraqlı aforizmlər

“Elm” haqqında maraqlı aforizmlər

Açılan hər məktəb bir həbsxananın bağlanması deməkdir. (Viktor Hüqo)
Alim bank xəzinədarına oxşayır: onun əlində böyük xəzinələrin açarı var, amma bu xəzinələr onun deyil. (L.Berne)
Alim düzgün cavabları verən yox, düzgün sualları qoyandır. (Levi-Stross)

Alim üçün yaddan çıxarmağı bacarmaq yadda saxlamağı bacarmaqdan daha vacibdir. (Xudu Məmmədov)
ALİMLƏR`in qayğısı altında olan camaat, atasının qucağındakı uşaq kimidir. (Rabiə Abdul əl-Rəhman)
Alimlərin ruhu elm məbədində əbədi həyata qovuşur. (Əbu Turxan)
Ancaq elm bəşəriyyəti həqiqətə, ədalətə və xoşbəxtliyə apara bilər. (Emil Zolya)

Ancaq təxəyyülün oyatdıqlarını öyrənmək olar. (Başlyar)
Bağlı bir qapıya açar axtarsan,
Ancaq alimlərdə axtar, taparsan. (Nizami Gəncəvi)
Bir elm öyrənmək istədikdə sən
Çalış ki, hər şeyi kamil biləsən
Kamil bir palançı olsa da insan
Yaxşıdır yarımçıq papaqçılıqdan. (Nizami Gəncəvi)
Bir vaxt gələcəkdir ki, elm xəyalı qabaqlayacaq. (Jül Vern)
Bütöv elm kontekstinə salınmamış ayrıca bir ideya, nə qədər dərin olsa belə, hələ elmi bilik sayıla bilməz. (Əbu Turxan)
Bütün elmlərin bünövrəsi təhsillə qoyulur. (Əbu Turxan)

Bütün ölkələr üçün vahid universitet modeli ola bilməz. Hər bir universitet öz ölkəsinin ictimai həyatının üzvi hissəsi kimi formalaşmalıdır. (Rabindranat Taqor)
Cəmiyyət həmişə cavan qalır, elm isə qocalır. (Delbryuk)
Daş-qaş əvəzinə özünə bilik yığsan daha çox tanınarsan: ən qiymətli daşı salıb itirə bilərsən, ən sadə biliyi isə səndən heç kəs ala bilməz. (Əbül Fərəc)
Dünyanı istəyən elmə sarılsın, axirəti istəyən yenə elmə sarılsın. (Mühəmməd peyğəmbər (SƏS))
Dünyanın hər yerində həqiqi hökmdar olan elm vaxtaşırı öz paytaxtını dəyişmiş, gah Şərqdən Qərbə, gah da Qərbdən Şərqə köçmüşdür. (Cəlaləddin Əfqani)
Əgər alim Bilmirəm kəliməsi barədə qafil olarsa özünü həlak etmiş olar (Imam Məlik)
Əgər mən başqalarından daha uzaqları görə bilmişəmsə, onda bu, yalnız nəhənglərin çiyinlərində durduğuma görə mümkün olmuşdur. (İsaak Nyuton)
Elə adamlar axtarın ki, onlarla söhbət yaxşı kitaba bərabər olsun.
Elə kitablar da axtarın ki, mütaliəsi filosoflarla söhbətə dəysin. (Əbülhəsən Bəhmənyar)
Elm adamlarının qiymətini bilməyən, onlara layiq olduqları mükafatı verməyən ölkələr inkişaf edəcəklərinə ümid bəsləməsinlər. (Volter)
Elm bir müharibə meydanını xatırladır. Yaradıcı alimlər ön cəbhədə olur və əsl döyüş də burada gedir. Arxa cəbhədə olanların vəzifəsi öndəkiləri silah-sursat və azuqə ilə təmin etmək, tutulmuş ərazilərdə səliqə-sahman yaratmaqdır. (Əbu Turxan)
Elm bir nur, cəhl zülmətdir. (Şəbüstəri)
Elm bizim hissi təcrübəmizin xaotik müxtəlifliyinin hansı isə vahid təfəkkür sisteminə uyğunlaşdırılmasıdır. (Albert Eynşteyn)
Elm bütün nailiyyətlərinə görə xəyala borcludur. (Emerson)
Elm dünyanı öyrənməyə kömək edir, amma yaxşı yaşaya bilmək ayrı hikmətdir. (Jan de Labrüyer)
Elm əvvəlcədən yazılmış kitabdır. Və alimlər onu yazmağa deyil, oxumağa çalışmalıdırlar. (Əbu Turxan)
Elm hər dildə birdir. (Hüseyn Cavid)
Elm ideyalar dramıdır. (Albert Eynşteyn)
Elm inkişafın ön cəbhəsidir, mədəniyyət isə onun ictimai həyatda buraxdığı izdir. (Əbu Turxan)
Elm neçə əsrlər ərzində hamılıqla tikilən möhtəşəm bir məbəddir ki, onun hər bir daşını qoymaq bir çox alimlərə bütün ömrü müqabilində müyəssər olmuşdur. (Puankare)
Elm Təbiət kitabını oxuyur və öyrəndiklərini təbiətin öz üzərində sınaqdan keçirir. (Əbu Turxan)
Elm təşkilatlanmış bilikdir. (Herbert Spenser)
Elm yarandıqdan sonra hər şey zaman-zaman onun qiyafətinə bürünüb səliqə-sahman tapdı və günlərin birində o özünə də öz donluğundan paltar biçmək fikrinə düşdü: elm haqqında elm yarandı. (Tur Xander)
Elm yolu bumeranqı xatırladır, nə qədər uzağa getsə də, yenə ilkin əsaslara qayıdırsan. (Tur Xander)
Elmdə heç bir ideya ehkam deyil; hər bir adam ən məşhur alimin ən çox yayılmış ideyasını da istənilən vaxt yenidən yoxlamaq səlahiyyətinə malikdir. (Əbu Turxan)
Elmdə irəli gedib mənəviyyatda geridə qalan insan son nəticədə irəli yox, geriyə gedir. (Aristotel)
Elmə xilaskar kimi baxmaq robotdan mərhəmət diləmək kimi bir şeydir. (Tur Xander)
Elmi bələkdən qəbrədək öyrənmək lazımdır. (Sədi Şirazi)
Elmi biliklər üst-üstə yığılarkən bəzən ən qiymətliləri altda qalır, onları tapıb yenidən üzə çıxarmaq üçün hərdən bütün sistemi dağıdıb yenidən qurmaq lazım gəlir. (Əbu Turxan)
Elmi olub, ağlı olmayan adama elm əziyyət verər. (Nuşirəvan Adil Xosrov)
Elmi təfəkkürdə həmişə poeziya elementi olur. (Albert Eynşteyn)
Elmin cövhəri qızıl kimidir, köhnəldikcə təzələnir. (Əvhədi Marağayi)
Elmin dəyirmanına su tökənlər bəzən bu dəyirmanın kimin üçün üyütdüyünün fərqində olmurlar. (Əbu Turxan)
Elmin hüdudları üfüqü xatırladır: nə qədər çox yaxınlaşırsansa, o qədər çox uzağa çəkilir. (Pyer Büast)
Elmin mənəvi siması onun kimin əlində olmasından asılıdır. (Əbu Turxan)
Elmlər insan ruhunun gözünü təmizləyir və yenidən açır. Ruhun gözü min dənə adi gözdən önəmlidir, çünki ancaq onun köməyi ilə həqiqəti görmək mümkündür. (Platon)
Elmsiz praktikaya aludə olan adam gəmini sükansız və kompassız idarə etmək istəyən kapitana bənzər; o, hara üzdüyünü özü də bilməz. (Leonardo da Vinçi)
Əsərləri olmayan alim meyvə gətirməyən ağaca bənzəyir. (Sədi Şirazi)
Əvvəllər elmin sərhədləri olan yer indi onun mərkəzidir. (Qeorq Kristof Lixtenberq)
Fakt təsvir məqamında olan hadisədir. (Dante Aligyeri)
Fitri ağıl hər hansı bir təhsili əvəz edə bilər, amma heç bir təhsil fitri ağlı əvəz edə bilməz. (Artur Şopenhauer)
Heç bir millət qılınc və tüfənglə qabağa getməyibdir. Ancaq elmin gücünə tərəqqi etmək mümkündür. (Nəriman Nərimanov)
Hər bir dəqiq elm təxminlərə söykənir. (Rassel)
Hər hansı bir elmin açarı sual işarəsidir. (Onore de Balzak)
Hər millətin tərəqqisi və fəaliyyətinin başlıca amili elm və əxlaqdır. (Abdulla Şaiq)
İndi artıq isbat olunmuşşeylər əvvəlcə ancaq təxəyyüldə mövcud olmuşdu. (Bleyk)
İnsan qılıncının kəskinliyi ilə qəhrəman ola bilməz, ağlın kəskin olması lazımdır. (Məmməd Səid Ordubadi)
İnsanın bildiyi və öyrəndiyi şeylər bilmədiyinin müqabilində heç dərəcəsindədir. (M. T. Sidqi)
İnsanlar təhsil üçün yox, təhsil insanlar üçündür və o, insanların konkret ehtiyaclarına uyğunlaşdırılmalıdır. (Əbu Turxan)
İnsanlar uzun müddət misi qızıla çevirmək arzusunda olublar. İndi elm misi elə şeylərə çevirir ki, qızıl ona həsəd aparır. (Tur Xander)
Kim ki, elm öyrənib tətbiq etmir, yeri əkib becərən, amma məhsulundan istifadə etməyən adama bənzəyir. (Nəvai)
Ləzzətlə yemədiyin yemək usandırıcı olduğu kimi, ehtirasla məşğul olmadığın elm də hafizəni korlayır: o, udduğunu mənimsəmək iqtidarında olmur. (Leonardo da Vinçi)
Müasir insan elmin qanadlarında elə uzaqlara uçmuşdur ki, özündən ayrı düşmüşdür. (Tur Xander)
Müdrik şəxs vəzifəli adamlara möhtac olmaya bilər. Amma vəzifəli şəxslər müdrik adama möhtacdırlar. (Mirzə Şəfi Vazeh)
Nadanlar elmə həqarətlə baxır, savadsızlar ona heyran olur, müdriklər isə ondan bəhrələnirlər. (Frensis Bekon)
Nəzəriyyə elmin ruhu, təcrübə – bədənidir. Nəzəriyyəsiz fikir dənizində və faktın meşəsində asanlıqla azmaq olar. (D.İ. Mendeleyev)
Niyyət elm ilə əməl arasında bir vasitədir. (Nəsirəddin Tusi)
Nursuz göz kimidir elmsiz ürək,
Nadan insanlıqdan uzaqdır gerçək. (Əvhədi Marağayi)
Nursuz göz kimidir elmsiz ürək. (Əvhədi Marağayi)
Oxuduğuna əməl etməyən alim məşəl gəzdirən kora bənzər. (Sədi Şirazi)
Problemin düzgün qoyuluşu onun həllinin yarısıdır. (Əbu Turxan)
Qüvvət elmdədir, başqa cür heç kəs
Heç kəsə üstünlük eyləyə bilməz. (Nizami Gəncəvi)
Qüvvət elmdədir, başqa cür heç kəs,
Heç kəsə üstünlük eyləyə bilməz.
Hər uca rütbədən biliniz, fəqət,
Alimin rütbəsi ucadır əlbət. (Nizami Gəncəvi)
Riyaziyyat insan ruhunun divanəliyidir. (Uaythed)
Ruhun sirləri təbiət elmlərinin metodları ilə açılmalıdır. (Husserl)
Sən ancaq öyrənməklə ucalarsan. (Əvhədi Marağayi)
Şərafətli elm heç bir millətin malı deyil, kim ona yiyələnsə, onundur. (Cəlaləddin Əfqani)
Təbiət özü ahəng və gözəllik prinsipləri ilə qurulubsa, onu öyrənən elm də bu prinsiplərə sadiq qalmalıdır. (Əbu Turxan)
Tələbələrinə elm arzusu aşılamayan bir müəllim soyuq dəmiri döyən dəmirçi kimidir. (Horas Mann)
Tənliklərin gözəlliyi onların eksperimentə uyğun gəlməsindən daha önəmlidir. (Dirak)
Tərbiyə – nəfslə, təhsil – biliklə bağlıdır. İnsan yetkinləşdikcə bu iki proses bir-birini tamamlayır. (Viktor Hüqo)
Tərbiyə də ancaq elmin gücü ilə olur. (Nəriman Nərimanov)
Təsadüfi kəşfləri yalnız hazırlığı olan insanlar edir. (Blez Paskal)
Xəyal qanadlarında uçan elm möcüzələr yaratmağa qadirdir. (Faradey)
Yaxşı kitab çox qiymətli xəzinədir. (Həsən bəy Zərdabi )

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

“Fəlsəfə” haqqında maraqlı aforizmlər

“Fəlsəfə” haqqında maraqlı aforizmlər

“Din” haqqında aforizmlər

“Din” haqqında aforizmlər