in

Dil haqqında aforizmlər

Dil haqqında aforizmlər

Birinə elə bir söz söylə ki, ya yaşat, ya da öldür; amma əsla yaralı buraxma. (Şəms Təbrizi)
Bütün böyük sənətkarlar əslində həmişə eyni sualları qoyurlar; lakin hərə öz dövrünün dilində. (Əbu Turxan)
Danış ki, səni görüm. (Sokrat)

Dil fikri o zaman daha yaxşı ifadə edə bilir ki, onu öz ahənginə uyğunlaşdıra bilir. (Əbu Turxan)
Dil insanı dəyərləndirmək üçün vasitədir. (Mühəmməd peyğəmbər (SƏS))
Dil keçmiş nəsillərin düşüncəsinə biçilmiş libasdır. O, indiki nəslə dar da gələ bilər, gen də. (Əbu Turxan)
Dil mədəniyyətlə birgə boy atır. (А.N.Tolstoy)

Dil nə qədər böyük meydan aça bilsə, fikir də özünü o qədər azad hiss edər. (Əbu Turxan)
Dil o zaman inkişaf edir ki, çağdaş düşüncə mövcud dil qəlibinə sığmır. (Əbu Turxan)
Dil xalqın ruhunun təzahürüdür; dil onun ruhu, ruh isə onun dilidir. (Humboldt)
Hansı dildə deyil, nə barədə oxuyub-yazmaq önəmlidir. (Əbu Turxan)
Hər bir xalq öz dili ilə yaranır. Ancaq xalqın dilini yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə qaldırmaq xalqın qabaqcıl adamlarının, elm, bilik xadimlərinin fəaliyyəti nəticəsində mümkün olur. (Heydər Əliyev)
Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. (Heydər Əliyev)

İnsan dünyası üç təməl üzərində qərar tutur: söz, zəka və əməl. (Əbu Turxan)
Kim özgə dili ilə tanış deyilsə, öz dili haqqında da heç nə bilmir. (İohann Volfqanq Göte)
Nəqli cümlə yer hadisələrini, əqli cümlə göy hadisələrini ifadə edir. (Əbu Turxan)
Öz ana dilini bilməyənlər şikəst adamlardır! (Heydər Əliyev)
Poeziya qafiyəyə, ahəngə, ritmə salınmış sözlərdən daha çox, sözlərlə ifadə olunmuş ritm və ya ahəngdir. Hətta belə demək mümkündürsə, sözlərlə çəkilmiş tablo və ya sözlərlə ritmlənmiş musiqidir. (Əbu Turxan)
Şifahi nitq dönməzdir, – bu onun qismətidir. (Rolan Bart)
Yaxşı danışmağı yaxşı yazan müəllifləri oxumaqla öyrənmək olar. (Volter)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cəmiyyət haqqında aforizmlər

Tesla’nın Elon Musk’a 2 Milyar Dolar Kazandırdı