in

Dahilərdən həyatı dəyişdirə biləcək sözlər!

1. Zənginlik yalnız bir dəfə hər bir insanın qapısını döyür, lakin insanlar tez-tez qonşu salonda oturur və heç bir tıqqıltı eşitmir. © Mark Tven

2. Ən böyük səhvimiz, çox tez təslim olmağımızdadır. Uğura gedən ən düzgün yol isə hər dəfə yenidən cəhd etməkdən keçir. © Tomas Edison
3. Şəxsən mən qaymaqlı çiyələyi sevirəm, balıq isə soxulcanı. Buna görə də balığa gedəndə nəyi sevdiyim haqda yox, balığın nə sevdiyi haqda düşünürəm. © Deyl Karnegi
4. Uğursuzluq – nələrisə yenidən, daha müdrik şəkildə başlamaq imkanıdır. © Henri Ford
5. Problem həll olunandırsa, ona görə narahatlıq keçirməyə dəyməz. Yox əgər problem həll olunmazdırsa, ona görə narahatlıq keçirmək mənasızdır. © Dalay Lama
6. Çox istedadlı olsanız da, var gücünüzü sərf etsəniz də bəzi nəticələr əldə etmək üçün vaxt lazımdır. © Uarren Buffett
7. Səhər oyananda nə edəcəyin haqda düşün. Axşam yatanda isə nə etdiyin haqda. © Pifaqor
8. Kasıb, yazıq, bədbəxt, uğursuz insanlar tez-tez “sabah” kəlməsini işlədir. © Robert Kiyosaki
9. Yaşlılar cavanlara həmişə qənaətcil olmağı tövsiyə edirlər. Bu, yaxşı məsləhət deyil. Pullarınızı özünüzə xərcləyin. © Henri Ford
10. Mən bunu istəyirəm. Deməli, bu olacaq. © Henri Ford
11. Mən məğlubiyyətə uğradım. Sadəcə işləməyən 10.000 yol tapdım. © Tomas Edison
12. Ağır iş – vaxtında etmədiyiniz yüngül işlərin cəmidir. © Con Maksvell
13. Əvvəllər deyirdim: “Hər şeyin bir gün dəyişəcəyinə ümid edirəm.” Sonra isə hər şeyi dəyişmənin bir yolu olduğunu anladım və özüm dəyişməli oldum. © Cim Ron
14. Bütün həyatım boyunca öyrəndiyim və həmişə əməl etdiyim dərs – hər zaman cəhd etmək, heç vaxt təslim olmamaqdır. © Riçard Brenson

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Shameless Dizisinin Türkçe Uyarlaması “Utanmazlar” Provalara Başladı

Uorren Baffetin qızıl qaydaları