Mərkəzdən qaçma ikitərəfli girisi olan D tipli nasoslar və bu əsasda olan digər elektrik nasoslu aqreqatlar su və özlülüyü suya yaxın və 36 sSt-dən çox olmayan və tərkibində ≤ 0,06%-ə, ölçüləri ≤ 0,2 mm və bərkliyi ≤ 650 kqQ/mm2 olan bərk hissəcikləri, temperaturu 1-:-85°C olan mayeləri vurmaq üçün təyin olunmuşdur.
Iki tərəfli girişi olan D tipli nasoslar yüksək faydalı iş əmsalına və sorma qabiliyyətinə malik olmaqla, eyni zamanda vakkum nasos və borunun diametrinə müvafiq çıxış hissədə əks klapan və bağlayici ilə təchiz olunmuşdur. Bu tip mərkəzdən qaçma nasosları, ufüqi, birpilləli olmaqla iki tərəfli yarımspiral səkilində suyu işçi çarxa gətirmə və spiral səkilində suyu ötürmə xüsusiyyətlərinə malikdirlər. Sorma və təzyiq boruları korpusun aşağı hissəsində yeləşir ki, bu da su borularını və mühərriki sökmədən rotorun işçi hissələrini dəyişərkən nasosun sökülməsi zamanı heç bir mane yaratmır. Nasosun rotoru muftanın köməyi ilə elektrik mühərrikilə birgə fırlanır. Rotorun dayaqlarına ikitərəfli radial podşipniklər xidmət edir.İşçi təkər ikitərəfli girişə malikdir ki, bu da ox boyunca qüvvələr nisbətini tarazlaşdırır.
Bu tipli nasoslar şəhər, sənaye və kənd təsərrüfatı sahələrinin su təchizatı və suvarma sistemlərində istifadə edilir. Belə nasoslar partlayış və yanğın təhlükəsi olan mayeləri vurmaq üçün tətbiq edilə bilməz.
Sərti işarələri:
D 2500-62a-2 tipli nasos,haradakı;
- D- iki tərəflifli girisi olan nasos;
- 2500 – məhsuldarlığı, m3/saat;
- 62 – basqı, m;
- a – isci çarxın yonulmasinin göstəricisi;
- 2 – Modernləsmə nomrəsi;
Texniki xarakteristikalari
Nasosun markası | Məhsuldarlığı, m3/saat | Basqı, m | Muhərrikin gücü, kvt |
---|---|---|---|
nasos D160-112 (a, b) | 70-160 | 25 – 112 | 15 – 90 |
nasos D 200-36 (a, b) | 180 – 200 | 25 – 36 | 22 – 45 |
nasos D 320-50 (a, b) | 300 – 320 | 30 – 50 | 45 – 75 |
nasos 1D200-90 (a, b) | 100 – 200 | 22,5 – 90 | 15 – 90 |
nasos 1D 250-125 (a) | 125 – 250 | 30 – 125 | 132 – 160 |
nasos 1D 315-50 (a,b) | 230 – 315 | 36 – 50 | 45 – 75 |
nasos 1D 315-71 (a) | 150 – 315 | 18 – 71 | 90 – 110 |
nasos 1D 500-63 (a, b) | 400 – 500 | 44 – 63 | 90 – 160 |
nasos 1D 630-90 (a, b) | 420 – 630 | 25 – 90 | 55 – 315 |
nasos 1D 630-125 (a, b) | 500 – 630 | 82 – 125 | 250 – 400 |
nasos1D 800-56 (a, b) | 700 – 800 | 40 – 56 | 110 – 200 |
nasos 1D 1250-63 (a, b) | 710 – 1250 | 20 – 63 | 55 – 315 |
nasos 1D 1250-125 (a, b) | 1030 – 1250 | 87 – 125 | 400 – 630 |
nasos 1D 1600-90 (a, b) | 870 – 1600 | 30 – 90 | 110 – 630 |
nasos 2D 2000-21 (a, b) | 1250 – 2000 | 10 – 21 | 55 – 160 |
nasos D 630-90 (a, b) | 365 – 630 | 30 – 90 | 55 – 250 |
nasos D 2000-21 (a, b) | 1400 – 2000 | 9 – 21 | 55 – 160 |
nasos D 2000-100 (a, b) | 1800 – 2000 | 80 – 100 | 630 – 800 |
nasos D 2500-62 (a) | 1900 – 2500 | 29 – 62 | 250 – 630 |
nasos D 3200-33 (a, b) | 2300 – 3200 | 13 – 33 | 110 – 400 |
nasos D 3200-75 (a) | 2300 – 3200 | 35 – 75 | 400 – 1000 |
nasos D 4000-95 (a) | 3000 – 4000 | 45 – 95 | 630 – 1600 |
nasos D 6300-27 (a, b) | 4350 – 6300 | 14 – 32 | 200 – 630 |
nasos D 6300-80 (a, b) | 4000 – 6300 | 38 – 80 | 630 – 2000 |
meliorator.az