in

Cənnət nədir və hardadır?

Bəzilərinin fikrincə, Cənnət boş bir nağıldır. Digərləri isə düşünür ki, Cənnət yaxşı insanların əbədi, şad-xürrəm yaşadıqları, birgə sevindirici və səmərəli işlə məşğul olduqları uydurulmuş yer, yəni bir xülyadır.

MÜQƏDDƏS KİTABDA NƏ DEYİLİR?

«Cənnət» sözü altında bəşəriyyətin beşiyi olan Eden bağı nəzərdə tutulur (Yaradılış 2:7—15). Müqəddəs Kitabda deyilir ki, bu bağ real yer idi və orada ilk insan cütlüyü azar-bezardan uzaq, ölümün olmadığı bir həyat sürürdü (Yaradılış 1:27, 28). Amma onlar Allaha itaətsizlik etdiklərinə görə evləri olan cənnəti itirdilər. Bununla belə, bir çox Müqəddəs Kitab peyğəmbərliklərində insanların gələcəkdə bərpa olunmuş Cənnətdə yaşayacaqları deyilir.

BUNUN SİZƏ HANSI AİDİYYƏTİ VAR?

Bir məhəbbətli Yaradan kimi Allahın Öz sadiq xidmətçilərini gözəl cənnət həyatı ilə mükafatlandıracağına inanmaq məntiqli deyil? Üstəlik, Onun rəğbətini qazanmaq üçün insanlara nə etmək lazım olduğunu açıq şəkildə bildirməsini də Ondan gözləmək məgər ağlabatan deyil? Müqəddəs Kitabda deyilir ki, Allah barədə öyrənsəniz və Onun qanunlarına tabe olsanız, Onun rəğbətini qazanacaqsınız (Yəhya 17:3;1 Yəhya 5:3).

«Rəbb Allah… Edendə bir bağ saldı və düzəltdiyi insanı orada yerləşdirdi» (Yaradılış 2:8).

Cənnət haradadır?İNSANLAR NƏ DEYİR?

Bəziləri Cənnətin göydə, digərləri isə gələcəkdə yer üzündə bərpa ediləcəyinə inanırlar.

MÜQƏDDƏS KİTABDA NƏ DEYİLİR?

Adəmlə Həvvanın yaşadığı cənnət yer üzündə olub. Allah Yer kürəsini insanlar üçün daimi məskən yaratmışdı. Onun Kəlamında deyilir ki, bizim planet əbədiyyən mövcud olacaq (Məzmur 104:5). Orada həmçinin yazılıb: «Rəbb səmaya sahibdir, yeri bəşər övladlarına verdi» (Məzmur 115:16).

You May Also Like:  YASİN SURESİ (Resmi Mushaf : 36 / İniş Sırası : 41)

Buna görə də Allahın Kəlamında Cənnətin bərpa ediləcəyi barədə yazılan vəd bizi təəccübləndirməməlidir. Cənnətdə Allah bəşər övladlarına əbədi həyat bəxş edəcək. Sülh və əmin-amanlığın sonu olmayacaq. Ağrı və dərddən, əzab-əziyyətdən əsər-əlamət qalmayacaq. Onda insanlar təbiətin möcüzələrindən tam şəkildə zövq alacaqlar (Yeşaya 65:21—23).

«Allahın çadırı insanlarladır… Allah insanların gözlərindən bütün yaşları siləcək. Artıq nə ölüm, nə dərd, nə fəryad, nə də ağrı olacaq» (Vəhy 21:3, 4).

Cənnətdə kimlər yaşayacaq?İNSANLAR NƏ DEYİR?

Bir çox dinlər öyrədir ki, Cənnətdə mömin insanlar yaşayacaqlar. Lakin «mömin» sözü çox vaxt çaşqınlıq yaradır. Bəzilərinin fikrincə, dini şərtləri, ayinləri yerinə yetirmək və əzbərlənmiş dualar etmək kifayətdir.

MÜQƏDDƏS KİTABDA NƏ DEYİLİR?

Allahın Kəlamı öyrədir ki, Cənnətdə «salehlər» yaşayacaq. Bəs Allahın gözündə salehlər kimlərdir? Bu, Xudavəndin iradəsinə məhəl qoymadan sadəcə öz dini ayinlərini icra edən insanlar deyil. Müqəddəs Kitabda deyilir: «Rəbb Öz sözünə itaət edilməsindən xoşu gəldiyi qədər yandırma qurbanı və başqa qurbanlardan xoşu gələrmi? Bax itaət etmək qurbandan… daha yaxşıdır» (1 Şamuel 15:22). Sadə sözlərlə desək, «salehlər» o kəslərdir ki, Allahın Öz Kəlamında buyurduğu əmrlərə itaət edir.

SİZ NƏ EDƏ BİLƏRSİNİZ?

Külli-İxtiyar Allahın əmrlərini icra etmək dini ayinləri yerinə yetirmək demək deyil. Sizin gündəlik davranışınız Allahı ya razı sala, ya da Onu məyus edə bilər. Müqəddəs Kitabı diqqətlə araşdırmaqla siz Allahı necə razı salmağı öyrənə bilərsiniz. Onu razı salmaq çətin deyil. Müqəddəs Yazılarda qeyd olunur ki, «Onun əmrləri… ağır deyil» (1 Yəhya 5:3). Allaha itaətkar olsanız, O, mütləq sizə Cənnətdə əbədi həyat bəxş edəcək.

You May Also Like:  MUTAFFİFİN SURESİ (Resmi Mushaf : 83 / İniş Sırası : 86)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Dünyanın ən gözəl şəhərlərinə heç görmədiyiniz bucaqdan baxın

Kameruna səyahət