in

Cəmiyyət haqqında aforizmlər



Cəmiyyət haqqında aforizmlər

Ağac bar verəndə başını aşağı əyər. Amma hələ bar verənə qədər boy atmasına imkan vermək lazımdır. (Əbu Turxan)
Allah gözəldir, yaratdıqları gözəldir, nəticədə də hə­yat gözəldir. Yaxşı, bəs çətinlik hesab etdiyimiz işlər nə­dir? Bütün çətinliklər həqiqətdə insanın özünə aiddir. (Rövşən Abdullaoğlu)
Bəşər dünyasının piramidası tərsinə dayanmışdır: azlıq çoxluğun çiynində deyil, çoxluq azlığın çiynində gedir. (Əbu Turxan)

Bir tam halında fəaliyyət göstərə bilməyən ictimai sistemin ayrı-ayrı daxili qurumları nə qədər cəhd göstərsə də, cəmiyyətin inersiyasından xilas ola bilmir. (Tur Xander)
Bütün üzvləri eyni cür düşünən cəmiyyət inkişaf edə bilməz. (Əbu Turxan)
Cəmiyyət məntiqin universallığı sayəsində mümkün olmuşdur. (Tur Xander)
Əgər bütün insanlar eyni məntiqlə düşünməsəydilər, nə cəmiyyət, nə dövlət, nə də sivilizasiya olardı. (Tur Xander)



Eşşək başına yaraşmayır qızıl tac,
Eşşək üçün yaranmışdır palan, noxta və ağac.
Bir eşşəyin noxtası gər ola mirvarıdan,
Baxan deyər nə rəzildir bu heyvan. (Xaqani)
Fərdi mahiyyət ailə məhəbbətində, ictimai mahiyyət vətən sevgisində üzə çıxır. (Əbu Turxan)
Hətta sübutsuz dedi-qodu da özündən sonra dərin izlər buraxır. (Aleksandr Puşkin)
İctimai həyatda üzə çıxan ancaq zahiri mədəniyyətdir. (Əbu Turxan)
İctimai ovqat yaxşı olmayan yerdə fərdlərin ovqatı ancaq süni vasitələrlə yüksələ bilər. (Əbu Turxan)
İntiqam hissi ilə yaşayanların yaraları həmişə təzədir. (Bencamin Franklin)

Kim əgər kömürçü yanından keçsə,
Qayıtmaz üst-başı batmadan hisə.
Ətirçi yanından keçərsə əgər,
Üstündən – başından tökülər ənbər. (Əbülqasım Firdovsi)
Kim səndən qorxursa, qıl ondan həzər
Olsan da yüz elə şəxsə bərabər. (Sədi Şirazi)
Nəzakətlilik qədər ucuz başa gəlib yüksək dəyərləndirilən heç bir şey yoxdur. (Migel de Servantes)
Ocaqdan ancaq işıq saçılmır. Yanğının iztirabları da alovla birlikdə çıxıb səpələnir. (Əbu Turxan)
Şərqin idealı – insanın kamilləşməsi,
Qərbin idealı – cəmiyyətin təkmilləşdirilməsidir. (Əbu Turxan)
Şərqlilər dağın arxasında nə olduğunu görə bilirlər, lakin gözlərinin önündə nə olduğunu görmürlər. (Əmin ər-Reyhani)
Yüksəklərdə uçmalısan ki, yerdə gəzənlərin sənə atdıqları daşa tuş gəlməyəsən. (Rövşən Abdullaoğlu)
Zahiri günəş Şərqdə çıxır; əvəzində Qərbdə özünüdərkin daxili günəşi çıxır və daha yüksək səviyyədə şüalanır. (Georq Vilhelm Fridrix Hegel)

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cahillik haqqında aforizmlər