in ,

Böyük Kanar (Qran Kanariya) səyahəti üçün 5 səbəb

Böyük Kanar (Qran Kanariya) səyahəti üçün 5 səbəb
İspanyanın Böyük Kanar adası ölçüsünə görə Kanar arxipelaqının ən böyük 2 adası olan Tenerife ve Fuerteventuradan sonra 3-cü olmağına baxmayaraq havasına görə daha ugurludur – burada hava +20 dərəcədən az olmur. Nəyə görə Atlantik okeanın bu adası ziyarət etmək lazımdır? Bu sualla bağlı 5 konkret cavab hazırlamışıq.

“Kiçik Saxara”da olmaq

Saxara səhrasını görmək üçün Afrikaya getmək lazım deyil. Böyük Kanar adasının özünün məhz Afrika səhrasından gətirilmiş qumlar olan səhrası var. Bu Böyük Kanar adasının cənubunda ən böyük kurort bölgəsində Mespalomas Dyunlarıdır (Las Dunas de Maspalomas).

Alış-veriş etmək

Böyük Kanar adası – imtiyazı vergi zonasıdır. Bu isə o deməkdirki burada hər şey Avropadan daha ucuzdur. Ən yaxşı alış-veriş mərkəzləri adanın paytaxtında Las Palmasda yerləşir. Özünüzlə böyük çamadan götürün!

Kanar mətbəxini dadmaq

Böyük Kanar adasında yerli əhalinin özünün meyvə sahələri və arıçılıq təssərrüfatları var. Onlardan bəziləri bu tərəvəzlərə acı bibər qataraq çox ləzzətli konservlər edirlər,bəziləri isə yalnız yerli sakinlərin xəbəri olan öz kiçik şəxsi restoranlarını işlədirlər. Yerli sakinlərin adətən harda toplaşdığına sadəcə nəzər yetirin və siz inanilmaz kulinariya kəşfləri edəcəksiniz.

Vulkan katerinə baxın

Böyük Kanar adası vulkanik mənşəlidir. Adanın ən qədim və böyük vulkanı Caldera de Bandama vulkanıdır. Onun kraterindəki cığırdan keçən zaman mağaralar, kraterdə yetişdirilən üzümlüklərin izlərini və köhnə dağılmış evlər görcəksiniz.

You May Also Like:  Japonya'da Çocuklar Okula Neden Hep Tek Başına Gidiyor?

Öz əyləncənizi tapmaq

Sualtı qayıqla Atlantik okeanının dərinliklərni kəşf etmək istəyirsiniz? Buyurun! Elder elmi-texniki müzeyində robotun böyük əllərində olmaq?Niyə də yox? 1650 metr uzunluğunda olan Kanar kartinq terrasda yarışmaq? Əlbəttə! Sizə yalnızca seçmək və zövq almaq qalır.

bigtriponline

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Lissabona səyahət etmək üçün 5 səbəb

Lissabona səyahət etmək üçün 5 səbəb

Hava limanında gömrük nəzarətindən necə keçməli

Hava limanında gömrük nəzarətindən necə keçməli