in

Bilik haqqında aforizmlər



Bilik haqqında aforizmlər

Adamlar öz ixtisaslarına aid mövzuda ehtiyatla danışır. Bilmədikləri mövzularda isə daha ürəkli olurlar və onlara elə gəlir ki, bu – fəlsəfədir. (Əbu Turxan)
Ağıl-kamal verdi sənə yaradan,
Çalışıb hər sirri öyrən hər zaman. (Əvhədi Marağayi)
Anlamadığın şeyə sahib ola bilməzsən. (İohann Volfqanq Göte)

Başqasından alınan biliyin ancaq özünü istifadə etmək olar; toxumluğa yaramaz. Cücərə bilməsi üçün biliklər hər dəfə yenidən kəşf olunmalıdır. (Əbu Turxan)
Bildiklərinə əməl etməyən adam əlində çıraq gəzdirən kora bənzər. (Sədi Şirazi)
Bildiyin şeydən qorxma, bilmədiklərindən qorx. (Əbu Turxan)
Bildiyini bilənin arxasınca gedin,
Bildiyini bilməyəni oyandırın,
Bilmədiyini bilənə öyrədin,
Bilmədiyini bilməyəndən qaçın. (Konfutsi)



Bilik alimlərin ümumi sərvətidir. (İbn Xəldun)
Bilik ancaq o zaman həqiqi bilikdir ki, hafizə yox, düşüncə gücünə əldə edilmişdir. (Lev Tolstoy)
Bilik düz tətbiq olunanda xeyir, səhv tətbiq olunanda ziyan verir. (Sokrat)
Bilik gücdür. (Frensis Bekon)
Bilik iradənin quludur. (Əbu Turxan)
Bilik məqsəd deyil, alətdir. (Lev Tolstoy)

Bilik o vaxt bilikdir ki, o hafizə gücünə deyil, ağıl gücünə qazanılmışdır. (Lev Tolstoy)
Bilik öyrənməyi ar bilən hər kəs
Dünyada mərifət qazana bilməz. (Nizami Gəncəvi)
Biliyə üç yol aparır: ən asanı – təqlid, ən çətini – təcrübə, ən şərəflisi – düşüncədir. (Konfutsi)
Biliyin ağası olmaq üçün zəhmətin köləsi olmaq lazımdır. (Onore de Balzak)
Biliyin iç üzü biliklər sisteminə daxil olanda məlum olur. (Əbu Turxan)
Bilmədiklərimi onsuz da bilmirəm, bildiklərimə də şübhə ilə yanaşıram. (Sekst Empirik)
Bir elm öyrənmək istədikdə sən
Çalış ki, hər şeyi kamil biləsən
Kamil bir palançı olsa da insan
Yaxşıdır yarımçıq papaqçılıqdan. (Nizami Gəncəvi)
Bir neçə prinsipi bilmək yüzlərlə faktı bilməməyi əvəz edə bilir. (Helvetsi)
Bir şeyi dərk etmək – sadəcə onun özünü deyil, həm də bu şeydə təcəlli edən Mütləqi görməkdir. (Mənsur Həllac)
Bir şeyi olmadığı yerdə axtarmaq onu axtarmamaq deməkdir. (Cəlaləddin Rumi)
Bir var əkəndən sonra alaqları təmizləyəsən, bir də var elə əkəsən ki, ümumiyyətlə alaq çıxmaya. (Əbu Turxan)
Biz çiçək əkirik, amma içərisində alaq otları da bitir. Ən çətini alaqlarsız əkə bilməkdir. (Əbu Turxan)
Biz işığı görmürük, işıq qaranlığın bətnindəkiləri görməkdə bizə yardımçı olur. (Əbu Turxan)
Bunların (yəni, canlı varlıqların) hərəsi də ona görə belə kamil yaradılmışdır ki, bütün ağıllı adamları heyran qoysun və onlar öz yaradıcılarının hikmət və qüdrətinə əhsən desinlər (Nəsirəddin Tusi)
Bütün dünya bədəndir; bilik candır. (Cəlaləddin Rumi)
Bütün hissələri mənimsəyib bütövdən xəbərsiz qalmaq mümkündür. (Əbu Turxan)
Bütün insanların mənşəyi eynidir; onları ancaq bilik fərqləndirir. (Balasaqunlu Yusif)
Cahilliyin üç növü var: heç nə bilməmək, hamının bildiyi şeyi pis bilmək, lazım olmayan şeyi bilmək. (Düklo)
Çox pulu olan, lakin ondan istifadə etməyi bacarmayan adamlar olduğu kimi, çox biliyi olan, lakin onu düzgün yönəldə bilməyənlər də var. (Əbu Turxan)
Çox şey öyrənə bilməyin sirri – əvvəlcə az şey öyrənməkdən başlamaqdır. (Con Lokk)
Çox şeyi bilmək ağıl öyrətmir. (Heraklit)
Daş-qaş əvəzinə özünə bilik yığsan daha çox tanınarsan: ən qiymətli daşı salıb itirə bilərsən, ən sadə biliyi isə səndən heç kəs ala bilməz. (Əbül Fərəc)
Dünyada məqamı bilməyən bir kəs
Pərdəli yolları düz gedə bilməz. (Nizami Gəncəvi)
Əgər biliklər qaydaya salınmayıbsa, nə qədər çox bilsən, təfəkkür o qədər zəif olacaqdır. (Herbert Spenser)
Ehtiyac əməyi, əmək biliyi doğurmuşdur. (Onore de Balzak)
Elə əks biliklər var ki, bir-biri ilə qarşılaşdırılanda çaxmaq daşı kimi qığılcım yaradır və bu qığılcımın işığında tamamilə yeni biliklər görünür. (Əbu Turxan)
Elmi bələkdən qəbrədək öyrənmək lazımdır. (Sədi Şirazi)
Əsl bilik – bildiyin şeyi bildiyini, bilmədiyin şeyi isə bilmədiyini bilməkdir. (Konfutsi)
Əsli-nəcabəti bəlli olmayan yeni biliyi heç bir nüfuzlu elmi təlim öz ailəsinə qəbul etmək istəmir. (Əbu Turxan)
Fəlsəfi diskussiyada daha çox qazanan məğlub olandır, çünki o, biliklərini artırmış olur. (Epikür)
Formal məntiq fəlsəfi daltonizmdir. (Tur Xander)
Hafizə iki cür olur: hadisələrin ayrı-ayrılıqda yadda saxlanması və ancaq qaydaların, ümumi prinsiplərin yadda saxlanması. İkinci olanda birinciyə ehtiyac qalmır. (Əbu Turxan)
Hamı bilir ki, bu şey ola bilməz. Amma bu şeyin ola bilmədiyini bilməyən bir nəfər tapılır və həmin şeyi kəşf edir. (Albert Eynşteyn)
Hər dəfə biz hadisələrə təkcə başqa tərəfdən yox, həm də başqa gözlə baxırıq – buna görə də bizə elə gəlir ki, onlar dəyişiblər. (Blez Paskal)
Hər millətin tərəqqisi və fəaliyyətinin başlıca amili elm və əxlaqdır. (Abdulla Şaiq)
Hər qaranlıqda çırpınır bir nur,
Hər həqiqətdə bir xəyal uyuyur. (Hüseyn Cavid)
Hər şeyi bilmək istəyi adamı bütün sahələrdə yarımçıq edər. (Demokrit)
İdrak – dünyanın mübhəmlərini əqlin işığında görmək cəhdidir. (Əbu Turxan)
İki cür mürşid var: öz yolunu mənə təlqin edən və mənim öz yolumu tapmaqda yardımçı olan. (Əbu Turxan)
İki cür qaranlıq var: artıq yanıb külə dönmüşlərin qaranlığı, bir də hələ heç yanmağa başlamayanların qaranlığı! İkinci qaranlıq əslində potensial işıqdır. (Əbu Turxan)
İnsan qılıncının kəskinliyi ilə qəhrəman ola bilməz, ağlın kəskin olması lazımdır. (Məmməd Səid Ordubadi)
İnsanın bildiyi və öyrəndiyi şeylər bilmədiyinin müqabilində heç dərəcəsindədir. (M. T. Sidqi)
İnsanın biliyi artdıqca, narahatlığı da artır. (İohann Volfqanq Göte)
İnsanın zülmət gecədə gizlicə gördüyü bir iş gün işığında onu ələ verir. (Cübran)
İnsanlar adətən onlara məlum olan şeylərin təbiəti haqqında düşünmürlər. Həddindən artıq orijinal zəka tələb olunur ki, özlüyündə aydın olan şeyi təhlil etməyə başlasın. (Uaythed)
İnsanların ən çox inandıqlarışeylər ən az anladıqlarıdır. (Mişel de Monten)
Kim ki bilir, axtarmasına ehtiyac yoxdur, çünki o artıq bilir.
Amma kim ki, bilmir, onun da axtarması mümkün deyil, çünki nə axtardığını bilmir. (Sokrat)
Kimin ki, həm zikri, həm biliyi var, o, həqiqətən, Nirvanaya yaxındır. (Dhammapada)
Kişi bir sənəti bilər xalis,
Çoxuna meyl edən qalar naqis. (Seyid Əzim)
Lazım olanı bilmək çox bilməkdən daha vacibdir. (Jan Jak Russo)
Mən bir çox şeyi müəllimlərimdən, bundan daha çox isə şagirdlərimdən öyrəndim. (Konfutsi)
Mən-ə gedən yolu göstər,
Mən-dən gedən yolu özüm seçərəm. (Əbu Turxan)
Məni onun ayağı altında basdırın, onun ayağı bildiyini mənim başım bilmir. (Hacı Zeynalabdin Tağıyev)
Məntiq ancaq strukturu açır, daxili məzmuna tətbiq oluna bilmir. (Əbu Turxan)
Müdrik şəxs vəzifəli adamlara möhtac olmaya bilər. Amma vəzifəli şəxslər müdrik adama möhtacdırlar. (Mirzə Şəfi Vazeh)
Nə haqda isə heç nə bilməmək qəbahət deyil, pis mənimsənilmiş bilik daha pisdir. (Platon)
Nursuz göz kimidir elmsiz ürək,
Nadan insanlıqdan uzaqdır gerçək. (Əvhədi Marağayi)
O şey ki, bizlərə lap aşikardır
Orda gizli bir xəzinə vardır. (Nizami Gəncəvi)
Oxuduğuna əməl etməyən alim məşəl gəzdirən kora bənzər. (Sədi Şirazi)
Oxumaq insana bilik, söhbət – hazırcavablıq, yazmaq vərdişi isə dəqiqlik aşılayır. (Frensis Bekon)
Pis müəllim biliyin özünü, yaxşı müəllim onu tapmağı öyrədir. (Disterveq)
Qabınız kiçikdirsə, dəryanı günahlandırmağa haqqınız yoxdur. (Cəlaləddin Rumi)
Qoy kül olum yana-yana…
Mən yanmasam, sən yanmasan, biz yanmasaq,
Necə çıxar qaranlıqlar aydınlığa?! (Nazim Hikmət)
Qüvvət elmdədir, başqa cür heç kəs,
Heç kəsə üstünlük eyləyə bilməz.
Hər uca rütbədən biliniz, fəqət,
Alimin rütbəsi ucadır əlbət. (Nizami Gəncəvi)
Sən ancaq öyrənməklə ucalarsan. (Əvhədi Marağayi)
Səth xarici mühitlə təmasda cilalanır, işıqlanır; iç qat içəridə – qaranlıqda qalır, ta-a o vaxta qədər ki, güclü bir şüa səthdən keçib dərin qatlara nüfuz etsin. (Əbu Turxan)
Şeylərin faktiki necə olduğunu bilənlər təcrübəli, şeylərin əslində necə olmalı olduğunu bilənlər ağıllı, bu dəyişikliyi həyata keçirməyin yollarını bilənlər isə müdrikdirlər. (Deni Didro)
Sonlu olan heç vaxt sonsuz olanı qavraya bilməyəcəkdir. (Yunq)
Sual da, cavab da bilikdən doğulur. (Cəlaləddin Rumi)
Şübhə mənə bilik qədər həzz verir. (Dante Aligyeri)
Tamı mənimsəmək heç də o demək deyil ki, hissəni də mənimsəmişik. (Aristotel)
Tələbəyə bilmədiklərinə görə yox, bildiyini necə bildiyinə görə qiymət vermək lazımdır. (Tur Xander)
Yaddaş da anbar kimidir; qoyduğunu sonra tapmaq istəyirsənsə, gərək müəyyən qayda əsasında qoyasan. (Əbu Turxan)
Yarımçıq bilinən hər nə ki var, bilgiyə əngəl olur. (İohann Volfqanq Göte)
Yeməyi bölüşəndə azalır, biliyi bölüşəndə – artır. (Əbu Turxan)
Yeni bilik daxil olduğu sistemdə təməl kimi qəbul olunmuş ənənəvi biliklərlə dil tapa bilmirsə, sistem onu ya kənarlaşdırır,ya da özü dağılır; ən məqbul yol isə dili dəyişməkdir. (Tur Xander)

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Azadlıq haqqında aforizmlər