in

Bayes teoremi

Bayes teoremi

Bayes teoremi 18-ci ərsdə ingilis riyaziyyatçısı Tomas Bayes (1702-1761) tərəfindən ortaya qoyulmuşdur. Bu teorem şərti və marjinal ehtimallar arasındakı əlaqəni göstərir.

Misal: Qazma şirkəti qazıdıqları quyuların 40%-dən neft çıxacağını ehtimal edirlər. Quyuların qazmadan əvvəl analiz edilməsi statistikasına görə, neft çıxmış quyuların 60%-i, neft çıxmamış quyuların isə 20%-i ətraflı analiz edilmişdir. Bu quyudan neftin çıxması ehtimalı nə qədərdir?

Hesablama sonrası alınan nəticə:
Bayes teoreminə görə: analiz olunmuş quyudan neft çıxma ehtimalı 66.7%-dir.

Bayes teoremi mürəkkəb riyazi düstür olsa da, ondan gündəlik həyatda istifadə etmək üçün heç də riyaziyyatı əla şəkildə bilməyə ehtiyac yoxdur.

Bayes teoremi ehtimal nəzəriyyəsində “Yeni informasiya ilə qarşı-qarşıya qaldıqda həmin informasiya sizin əminliyinizi nə dərəcədə dəyişə bilər?” sualına cavab verən teoremlərdən biridir. Burada söhbət qeyri-müəyyənlik şərtlərində qərar qəbul edilməsindən və yeni faktların yaranması fonunda öz nəzəriyyələrimizi necə nəzərdən keçirməli olduğumuzdan gedir.

Bu qayda həmçinin bizə çox az amillərə etibar edərək qərar verdiyimiz anda kömək edə, həmçinin geniş yayılmış səhvlərdən və düşüncəmizdəki dolaşıqlıqlardan xilas olmağa yardımçı ola bilər.

You May Also Like:  Andre Morua - Yad qadına məktublar əsərindən

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Napoleon Bonapart’ın nizamnamədən kənar addımı

Ahmed Kadırov’un Vladimir Jirinovski’yə cavabı