in

Azərbaycanın müalicəvi bitkiləri və faydaları

Azərbaycanda bir çox bitki və meyvələrin müalicəvi xüsusiyyətləri, təbabətdə istifadəsi, müalicə üsulları ilə insanlara çoxdan məlumdur. Həmin müalicə üsulları zamanın sınağından uğurla çıxaraq müasir elmi-texniki tərəqqi əsrində də öz əhəmiyyətini itirməyib. Məlum olduğu kimi, Azərbaycan florasına daxil olan ali bitkilərin və meyvələrin bir çoxu dərman əhəmiyyətlidir və insanlar hələ qədim zamanlardan bəri onlardan bu və ya digər xəstəliyin müalicəsində istifadə etmişlər. Belə xüsusiyyətə malik bitkilər 1545 növlə təmsil olunurlar ki, bu da Azərbaycan florasına daxil olan ümumi bitki növlərinin 34,3%-ni təşkil edir. Qeyd etmək lazımdır ki, bu saya başqa yerlərdən gətirilərək yerli şəraitə introduksiya edilən növlər də daxildir.

Azərbaycanda daha çox yayılaraq xalq təbabətində geniş istifadə olunan dərman bitkiləri və meyvələri.

Müalicəvi bitkilər

Bir çox bitkiləri insan qidada istifadə edir, digərlərini isə təbiətdə və evdə seyr edirlər. Bundan başqa isə elə möcüzəvi otlar da var ki, müalicəvi xüsusiyyətlərə malikdirlər və insana müxtəlif xəstəlikər zamanı sağalmağa kömək edirlər. Belə bitkiləri müalicəvi bitkilər adlandırırlar. Çox vaxt biz ayaqlarımızın altında belə “yaşıl həkimlər”in bitməsi haqda heç fikirləşmirik. Məsələn, barmağını əzmisənsə, qanın saxlanılmasında görkəmsiz bağayarpağı köməyinə çata bilər. Bağayarpağının sadəcə bir yarpağını yaranın üstünə qoymaq kifayət edər və qanın axması o dəqiqə dayanacaq. Bu kimi bir çox bitkiləri insanlar müalicə üçün istifadə edirlər. Məsələn müalicəvi bitkilərə bunları aid etmək olar:çobanyastığı,yovşan, inciçiçəyi, dazıotu, peyğəmbərçiçəyi, itburnu, moruq, qarğıdalı, gicitkən, zəfəran və s.

Tərxun faydaları

Tərxun insan orqanizmi üçün vacib olan bir çox vitamin və maddələrlə zəngindir. Buna görə də ilk növbədə vitamin çatışmazlığı zamanı tərxundan daha çox istifadə etmək lazımdır. Tərxunun faydalarından biri həzm prosesini yaxşılaşdırmasıdır. Yağlı və ağır yeməklər yeyən zaman tərxundan istifadə etməklə həzm prosesini asanlaşdırmaq mümkündür. O mədənin fəaliyyətini gücləndirir. Tərxunla damar divarlarındakı problemləri də aradan qaldırmaq mümkündür. Bu bitki qanı da təmizləyir. Bu ətirli bitki sidikqovucu xassəyə malikdir. Müntəzəm olaraq tərxundan istifadə etməklə bədəndəki duzları xaric etmək olar.Tərxundan həmdə şirə də hazırlanır.

İtburnu faydaları

Bu bitkiyə dərgil də deyirlər. Respublikamızın ərazisində geniş yayılıb. Onun tərkibi vitaminlərlə, şəkərlərlə, mikroelementlərlə olduqca zəngindir. Bitki aləmində yayılmış vitaminlərin hamısı,xüsusilə S vitamini (oskorbin turşusu) dərgilin tərkibində lap çoxdur. Odur ki , onu “təbii vitamin” kompleksi adlandırırlar. Elə tərkibində olan qiymətli maddələrin zənginliyinə və bir sıra müalicəvi xüsusiyyətlərinə görə ondan xalq təbabətində geniş istifadə olunur.

Moruq faydaları

Azərbaycanın ərazisində geniş yayılıb. Əsasən 15 növü bitir. Moruğun kimyəvi tərkibi növündən, becərmə şəraitindən asılı olaraq müxtəlifdir. Meyvələrinin tərkibində S, V, E vitamini, karotin, şəkərlər, üzvü turşular, efir yağları və bir sıra aktiv maddələr vardır. Ona görə də böyük müalicəvi xüsusiyyətə malikdir. Podaqra (oynaq və toxuma xəstəliklərində) və nefrit xəstəliklərində moruq yemək olmaz. Tərkibində dəmir olduğu üçün qanəmələgətirməni yaxşılaşdırır. Moruğun payızda yığılmış köklərinin həlimi astma xəstəliyində yaxşı dərmandır: 1 x.qaşığı xırdalanmış kökləri 1 stəkan qaynar suda 15-20 dəq zəif odda qaynatmaq, 1 saat dəmləmək. Bronxial astmada ¼ stəkan gündə 3 dəfə qəbul etmək.

Qarğıdalı faydaları

Böyrək və qara ciyər xəstəlikləri zamanı ondan istifadə edirlər. Belə ki, həmin xəstəliklərə mübtəla olduqda bitkinin saçaqlarını çay kimi dəmləyib gündə bir neçə dəfə içmək məsləhətdir. Saçaqlarının tərkibində efir yağı, saponinlər, K vitamini və sair maddələr var. Qarğıdalı saçağından hazırlanmış dərmanlar elmi təbabətdə də işlədilir. Belə ki, onun saçaqlarından duru ekstrakt hazırlanır və ondan qan kəsici dərman kimi istifadə olunur.

Yemişan faydaları

Yemişanla müalicə qandakı xolestirinin miqdarını aşağı salır, ürək nahiyyəsində xoşagəlməz hissləri aradan qaldırır, mərkəzi sinir sisteminin qıcıqlanmasını azaldır, ürəyin vena damarlarında və beyinin damarlarında qan dövranını gücləndirir, taxikardiyanı (ürəyin tez-tez döyünməsini) və aritmiyanı aradan qaldırır, arterial təzyiqi bir qədər aşağı salır və yuxunu yaxşılaşdırır. Allergiya xəstəliklərinin müalicəsində də yemişan yaxşı nəticə verir. Bunun üçün ondan alınan püreni yeməkdən əvvəl gündə 2 dəfə çay qaşığı miqdarında qəbul edilməsi tövsiyə olunur. Yemişanın meyvələrinin ekstraktı taxikardiyanı və aritmiyanı aradan qaldırır, ağrı hissini azaldır, ürək sahəsində ağırlıq hissini aşağı salır və xəstənin ümumi vəziyyəti yaxşılaşır. Kardiosklerozda məsləhət görülür. Meyvələrinin 15%-li ekstraktı yeməkdən qabaq gündə 3 dəfə 30-50 damcı qəbul edilir. Çiçəklərinin 15%-li arağı gündə 3-4 dəfə 20-30 damcı qəbul edilir.

You May Also Like:  Forex İle Nasıl Para Kazanılır ?

Gicitkən faydaları

Bədən oynaqlarında duz olarsa, onun kötüyünü çıxarıb təmizləyin. Sonra qayçı ilə doğrayıb çaydanda qaynadın. Yeməkdən əvvəl gündə üç dəfə (hər dəfə də 100 qram) için. Oynaqlarda duz çox olarsa, fasilə ilə bunu altı ay davam etdirmək olar. Qarın ağrısı (ishal) zamanı isə onun yarpağından istifadə edilir. Bunun üçün gicitkənin təzə pöhrələnmiş yarpaqlarını yığıb çay kimi dəmləyin və gündə 3-4 stəkan için.

Zəfəran faydaları

Zəfəran-qiymətli dərman bitkisidir. İnsanlara qədim zamanlardan məlumdur. Dünyanın çox az yerində bitir. Abşeronda zəfəran bitir. Vaxtilə xalq təbabətində qıcolmaya, göz ağrısına, göy öskürəyə tutulanları onunla sağaldıblar. Məşhur yunan həkimi Hippokrat da müalicə məqsədi ilə ondan istifadə edib. Zəfəran soyuqdəyməyə qarşı əlac olaraq işlədilir. İnsanın eşitmə, görmə qabiliyyətini artırır, maddələr mübadiləsinin gedişini normal hala salır. Zəfəran mədə-bağırsaq xəstəliyində iltihabı aradan qaldırır, böyrəklərdə baş verən çürümənin qarşısını alır.

Şəfalı meyvələr

Albalı faydaları

İştahanı artırır, ağız boşluğunda qurumanın qarşısını alır, üzü şəffaflaşdırır. Albalı və onun şirəsi qan təzyiqini normallaşdırır, öd kisəsindəki ağrıları aradan qaldırır. Hamilə qadınlara yaxşı təsir göstərir. Albalı şirəsi ən zərərsiz yuxu yaradan təbii vasitədir. Bu səbəbdən yuxusuzluqdan əziyyət çəkənlər ondan birmənalı şəkildə istifadə edə bilərlər. Şirəsi susuzluğu, qan təzyiqini və ödün sürətli ifrazını azaldır.

Limon faydaları

Ürək ağrısını kəsir, həzmə kömək edir, iştahanı artırır. Ağız boşluğunda qurumanı aradan qaldırır, qan təzyiqini aşağı alır. Mədədə əmələ gələn şiddətli ağrıları azaldır, öd kisəsinin iltihabının, ürəkbulanmanın və qusmanın qarşısını alır, qan dövranını tənzimləyir. Boğaz ağrısı və onun iltihabının, dişdibi ətinin xəstəliyinə, ağız boşluğunda olan səpgilərin müalicəsində yaxşı effekt verir. Ağızdan gələn pis qoxunu aradan qaldırır, başağrısı, ürəkdöyünməsini tənzimləyir.

Heyva faydaları

Göy, quru öskürək, mədə-bağırsaq iltihabı, ürək-damar fəaliyyətinin artırılmasında, böyrək və sidik-cinsiyyət orqanları iltihabının müalicəsində heyvanın böyük əhəmiyyəti vardır. Heyva toxumunun, cöpünün dəmləməsi mədə-bağırsaqda olan səpgilərin, tənəffus orqanlarının, böyrək ağrılarının müalicəsinə cox yaxşı təsir edir. İnkişaf edən uşaqların sümüklərinin möhkəmlənməsinə kömək edir. o, hər yaşda olan insanların sinir sistemini gücləndirir, mədə-bağırsağı zərərli mikroblardan təmizləyir.Dəriyə və dırnaqlara parlaqlıq qazandırır.

Zoğal faydaları

Zoğal bitkisindən (meyvəsindən) insanların qida kimi istifadə etməsinin qədim tarixi vardır. Zoğalın qabıqlarından hazırlanan ekstraktın arpa unu ilə qarışdırıb pasterizə bənzər maddə hazırlayıb səpgi və cibanların uzərinə yaxıb müalicə edirlər. Qabıq və yarpağından hazırlanan dəmləmə və cövhərlərdən böyrək, qaraciyər və diabetdə istifadə edilir. Şirəsindən damcı kimi göz xəstəliklərində istifadə edilir. Yarpaqlarından surrokat cayı hazırlanır. Meyvəsindən qan azlığında, soyuqdəymələrdə, qızdırmada, mədə-bağırsaq xəstəliklərində, şirəsindən hazırlanan spirtsiz ickilərdən malyariyada, iştahın artırılmasında, şirəsini nişasta ilə qarışdırılıb şəkərli diabetdə, eləcə də iştahartırıcı vasitə kimi istifadə edilir.

Naringi faydaları

Bu meyvənin insan səhhəti üçün böyük xeyiri şübhəsizdir. Mandarin C, B1 və B2, P, K, D vitaminləri, A provitamini, efir yağları, orqanik turşular və s. ilə zəngindir. Bundan əlavə naringidə kalsium, maqnezium, kalium kimi insan orqanizmi üçün çox vacib olan mikroelementləri var. Bütün sitrus meyvələri kimi, naringi də, hətta uzun müddət saxlandıqda belə öz faydalı xüsusiyyətlərini itirmir. Naringi maddələr mübadiləsi proseslərini yaxşılaşdırır, iştahanı və immuniteti artırır, qan damarların divarlarını möhkəmləndirir, ateroskleroz xəstəliyi ilə mübarizədə kömək edir. Naringidə olan xüsusi aminoturşular var ki, bronxları selikdən təmizləməyə kömək edir.

You May Also Like:  Eşitsizliklerle Mücadele Edebilir misin? I Vural Çakır ve Asma İle Mesele

Nar faydaları

Nar vitamin (A, C, B, P,E) və mikroelementlərlə (kali, kalsium, yod, mis, dəmir və s.) olduqca zəngindir. Narda olan antioksidantlar orqanizmdə yaranan müxtəlif zərərli maddələrlə (şlaklar, toksinlər) mübarizə aparmağa kömək edir, orqanizmi cavanlaşdırır. Tədqiqatçılar narın xərçəngin profilaktikasında böyük rolu olduğunu sübut edirlər. Nar insanın ürək-damar, mədə-bağırsaq, immun və s. sistemlərinə çox müsbət təsir edir, qanda hemoqlobinin səviyyəsini artırır. Nar qurdqovucu təsirə malikdir. Nar qan təzyiqini və qanda olan qlyükozanın səviyyəsini aşağı salır və bu səbəbdən nar hipertonik və diabetiklər (təbii ki, az miqdarda və turş sortlar) üçün çox xeyirlidir. İnfeksion xəstəliklər və cərrahi əməliyyatlardan sonra nar şirəsinin istifadə edilməsi orqanizmi tez bir zamanda bərpa olunmasına kömək edir. Nar şirəsi insanın iştahasını artırır və immun sistemi möhkəmləndirir.

Xurma faydaları

XIX əsrin axırlarından bu meyvə bütün dünyada tanınır. Xurma ən xeyirli meyvələrdən biri sayılır. Xurmanın bütün növləri kalium, maqnezium, dəmir, fosfor, yod kimi mikroelementlər, A, C,P vitaminlərlə, glükoza və saxaroza ilə zəngindir. Bundan əlavə xurmada karbohidratlar, zülallar, qida lifləri, üzvi turşular, antioksidantlar var. Antioksidantları xüsusən vurğulamaq lazımdır. Antioksidantlar hava, su, qida ilə birlikdə orqanizmimizə düşən şlakları, toksinləri və s. zərərli maddələri orqanizmdən çıxartmağa kömək edir. Xurma müəyyən bakterisid (bakteriyaları öldürən) xüsusiyyətlərinə malikdir.

Feyxoa faydaları

Bu meyvə — təbii yodun mənbəyidir. Bu element, qalxanvari vəzin disfunksiyası halında ona çox yaxşı təsir göstərir. Dəmirin, feyxoanın tərkibində su ilə qatışıq halda olması, orqanizm tərəfindən çox yaxşı mənimsənilməsinin təmin edir. Feyxoanın mineral tərkibi də çox zəngindir. Kaliy, maqniy, dəmir, fosfor, və sink elementləri ilə zəngin olan bu meyvə, orqanizm üçün vacib olan mikroelementlər mənbəyidir. Vitaminlərə gəldikdə, bu meyvədə insan orqanizmi üçün lazım olan bütün vitaminlər toplanmışdır. Xüsusi ilə C vitamini qeyd edildiyindən, bu meyvə, qrip epidemiyası zamanı yaxşı köməkçi sayılır. Bu məhzulla immun sistemi möhkəmləndirmək mümkündür. Meyvənin ətinin tərkibində pektin var, o,isə yüngül qarın işlətmə effektinə malikdir. Bu meyvənin həzm sisteminə də xoş təsir etməsindən xəbər verir.

Badam faydaları

Xalq təbabətində badam ləpəsi qan azlığında, bronxial asmada və yuxusuzluqda işlədilir. Badam yağı ürək və qulaq ağrısında, sətəlcəmdə, iltihabda və boğaz ağrısında faydalıdır. Badamda xüsusi maddə vardır ki, o orqanizmin hüceyrələrini qoruyur və onları sağlam saxlayır. Badam orqanizmdə olan pis xolesterinin miqdarını azaldır. Badam şəkərlə birlikdə asmada, plevritdə, bağırsaq və sidik kisəsində yara olanda çox faydalıdır. Badam kişiliyin qüvvəsini artırır, görməni yaxşılaşdırır. Badam sevənlər üçün yaxınlaşan qocalıq qorxulu deyildir. Badamı sevənlər istənilən yaşda özlərini gümrah, cavan və yüngül hiss edir. Badam yağı badamdan əldə edilən təbii bir yağdır. Aromaterapiya və masaj tətbiqlərində tez-tez istifadə edilir. Badam yağı yağ turşuları baxımından olduqca zəngindir və bu sayədə kirpiklər üçün nəmləndirici funksiyası yerinə yetirərək qırılmalara mane olar. Ayrıca nəmlənən kirpiklər normala nisbətən çox daha tez uzanar və parlaq bir görünüş qazanar.

Bitki çayları

Təbiətin möcüzəsi bitki çaylarının bədənə faydaları saymaqla bitmir. Bitki çayları bir çox xəstəlikdə tamamlayıcı müalicəni təmin edir. İstifadə etməmişdən əvvəl bitkinin tam olaraq o olub olmadığını anlamağınız lazımdır. O bitki isə əgər uyğun zamanda yığılıb saxlanma müddətinə malikdir. Şübhəsiz təzə olanlarını almalıyıq. Bitkinin necə qurudulduğu da əhəmiyyətlidir. Qurutma əsnasında içindəki maddələri itirməmiş olmağı lazımdır. Məsələn köklərin günəşdə qurudulması lazım olarkən, çiçəklərindən yararlanacağımız bitkilərin kölgədə və küləkdə qurudulmuş olmağı əhəmiyyətlidir. Mədəni rahatlaşdıran 5 bitki mənşəli çay! Bu bitki çayları mədəyə çox yaxşı təsir edəcək.

Biyan kökü çayı faydaları

Bu bitki mədə yarası və qəbizliyə xeyirlidir. Böyrəklərin işini aktivləşdirdiyinə görə qum və daşın böyrəklərdən atılmasına kömək edir. Biyan kökü çayı rahatlatıcı təsirə malik olduğu və susuzluğu aradan qaldırdığı üçün bu çayı yayda daha çox içmək məsləhət görülür. Biyan kökü bir çox xəstəlikləri də aradan qaldırmağa kömək edir. Tərkibindəki saponin və qliserizin xam maddələri sayəsində sinəni yumşaldır və bəlğəm gətirir. Bu bitki həm də, bronxit, soyuqdəymə və qrip kimi xəstəliklərdə və boğaz ağrılarında rahatlatıcı təsirə malikdir. Biyan kökü həzm sisteminə də olduqca faydalıdır. Mədə yanması, qastrit və mədə yarasının əmələ gəlməsinin qarşısını alır. Spazmları aradan qaldırır. Böyrəklərin fəaliyyətini yaxşılaşdırdığı üçün boyrək daşlarının və qumun orqanizmdən xaric olunmasına kömək edir. Mədə narahatlığını keçirən adam biyan kökü çayından 2 fincan içmək, mədəyə çox yaxşı təsir edir.

You May Also Like:  Google Chrome'dan Güvenilmeyen Formlara Veri Girişine Engel

Zəncəfil çayı faydaları

Zəncəfil tək ədviyyat deyil, zəncəfil həm də müalicəvi bitkidir. Zəncəfili üyüdülmüş və çiy (zəncəfil kökü) şəklində istifadə etmək olar. Zəncəfilin müalicəvi xüsusiyyətləri olduqca çoxdur. Bu bitki (daha doğrusu onun kökü) iltihabəleyhinə, antibakterial, ağrısazlaşdıran, tonuslaşdırıcı, spazmolitik və s. xüsusiyyətlərinə malikdir. Həzm probleminə çox yaxşı effekti var. Yediklərinizi həzm etməyə kömək edir. Astma xəstəliyi zamanı zəmcəfilin bəlhəmgətirici xüsusiyyətləri onu olduca faydalı edir. Şəkər xəstəliyi zamanı təzə zəncəfilin şirəsi qanda şəkərin səviyyəsini aşağı salır. Zəncəfilin spazmolitik xüsusiyyəti onu ağrılı menstruasiyalar, baş ağrıları, bağırsaq spazmları zamanı olduqca effektli edir. Bütün bu xüsusiyyətlərini zəncəfilin zəngin vitamin-mineral tərkibi təmin edir. Belə ki, zəncəfilin tərkibində B qrupu, A və C vitaminləri, dəmir, sink, kalium, natrium, fosfor, maqnezium, kalsium kimi mikroelementlər, müxtəlif əvəzedilməz aminoturşular, efir yağları və s. var. Zəncəfil çayı arıqlamağa kömək edir.

Nanə çayı faydaları

Nanə ağrı kəsici kimi: Dəriyə tətbiq edilmə üsuluyla ağrı kəsici xüsusiyyəti vardır. Baş ağrılarında suyla qarışdırılmış nanə yağının 10 dəqiqəlik tətbiqi kifayyətdir. Burxulmalarda da nanə yağı ilə masaj olunduqda çox yaxşı faydası olur. Nanənin qoxusu çox ətirli olur. Nanə və Kəklikotu ilə edilən çay çox faydalı və qripə təsirlidir. Həzm yollarına təsiri: Mədə və öd ifrazatını artırır, beləcə həzmi asanlaşdırır. Mədə pozğunluğu, soyuqdəymə və ürək bulantısını aradan qaldırır. Həzmsizlik çəkənlərin pis ağız qoxularını önləyir. Mədə spazmasını aradan qaldırır. Qaraciyərin dostudur: Qaraciyərin müxtəlif xəstəliklərinin yaxşılaşmasını təmin edir. Qaraciyər ağrısını aradan qaldırı,r öd ifrazatını artırır. Öd daşını tədricən tökür. Nanə çayı, bağırsaqları rahatlaşdırır və qarın əzələlərini boşaldır. İçinə damaq zövqünüzə görə limon da qata bilərsiniz.

Razyana çayı faydaları

Razyana (latın dilində “foeniculum”)çətirçiçəklilər fəsiləsindən ikiillik və çoxillik bitki cinsidir. Daha çox iki növü məlumdur. Hündürlüyü 2 metrə çatır. A,C və B qrupu vitaminləri, həmçinin kalium, maqnezium, kalsium mineralları ilə zəngindir. Azərbaycanda yetərincə istifadə edilən çay növlərindəndir. Yeməkdən sonra mədənizi rahatlaşdırar. Yeməklərin üyüdülmə sürətini artırır. Köp zamanı çox yaxşı təsir edər. Bundan başqa razyana sidikqovucu, sakitləşdirici, ağrıkəsici həmçinin antibakterial və antikanserogen təsiri ilə də məlumdur.

Çobanyastığı çayı faydaları

Yuxusuzluğa çox yaxşı təsiri var, sakitləşdirici və antiseptikdir. Allergiyası olanlar üçün tövsiyə edilmir. Çobanyastığı dəmləməsi bağırsaq qazlarını da müsbət təsir edir(südlə birgə içmək daha yaxşıdı). Spazmı aradan qaldırır. Bağırsaqlardan qaz çıxarma xüsusiyyəti olduğu üçün xüsusilə də qastrit və mədə xorası zamanı çox faydalı olan çobanyastığı xəstəliyin sağalmasını tezləşdirir. Çobanyastığının çayı, yağı tibbdə çox istifadə edilir.Çobanyastığı çayı dərini təmizləmək ve fərahlandırmaq üçün faydalıdır. Bu çayla gözə kompres etmək gözdəki şişkinliyi aparır.Çobanyastığı suyu, yəni dəmləməsi ilə vanna qəbul etmək bədənin dərisinə mikroböldürücü təsiriylə bərabər dərini təzələr.Saçları bu dəmləməylə yumaq parlaqlıq verər. Çobanyastığı yağı ağrıların müalicısində də istifadə olunur. Əsasəndə uşaqların qarın nahiyəsindəki sancı,ağrı (ağrı əsasən köp zamanı olur)zamanı çobanyastığı yağı isidilir və əllə qarın nahiyəsi yüngül masaj edilir. Bunu ağrı olmayan zaman da etmək olar faydası var,amma ziyanı yoxdu. Çobanyastığını qaynadıb buxarı ilə tənəffüs etmək soyuqdəymə və sinusitdə(burun ciblərinin iltihabı deməkdir) xeyirlidir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Kronik Ağrı Tedavisi İçin Yeni Bileşik Geliştirildi

İtalyan bilim insanları dünyanın ilk koronavirüs aşısını geliştirdiklerini duyurdu