in

Analar üçün 8 mart təbrik mesajları

Analar üçün 8 mart təbrik mesajları

Analar üçün 8 mart təbrik mesajları

Gözəl anam! Bu gün güclü, öz ayaqları üstdə duran, işləyən, qazanan, heç kimə möhtac olmayan bir adamamsa, bunların hamısı sənin sayəndədir. Qadınlar günün mübarək olsun!

Əməyin qiymətini mənə çəkdiyin əziyyətlə sübut edən canım anam. Bu gün sənin günündür. Hər şeyə görə təşəkkür edirəm. Bayramın mübarək.

Dünyaya göz açdıım andan yuvadan qanadlanıb uçduğum ana qədər yanımda oldun. Bildiyim nə varsa səndən öyrəndim, həmişə yanımdasan. Qadınlar gününü təbrik edirəm. Səni çox sevirəm.

Bir ana bir ölkənin taleyini müəyyənləşdirə bilər. Bir ana addımı ilə dünyanı dəyişdirər. Bu gün şükr etdiyimiz nə varsa anaların zəhmətlə böyütdüyü övladların əsəridir. Bu gün qadınların günüdür. Təbrik edirəm, gözəl anam.

Evimizin anası! Bizi xoşbəxt etmək üçün o qədər fədakarlıq etmisən ki… Bu gün xoşbəxt olmağımızın memarı sənsən. Qadınlar günün mübarək olsun.

Ən böyük zəhmət insan yetişdirməkdir. Bu günə qədər nələrisə bacarmısamsa, sanin sayəndə olub. Əziyyətin üçün minnətdaram. Qadınlar bayramın mübarək olsun.

Hər addımımda mənimlə birgə həyəcanlanır, mənimlə gülüb, mənimlə ağlayırsan. Səni qazana bilmək üçün nə etdim, nəyin mükafatısan? 8 Marta ən çox sən layiqsən.

Ana olmaq superqəhrəman olmaq deməkdir. İllərdir həm iş, həm də ev həyatında uğurlu oldun. Bizə əsl örnək oldun. Sənin kimi güclü bir qadının övladı olmaq qürurvericidir. Qadınlar bayramın mübarək!

You May Also Like:  Ramazan bayramınız mübarək - Ramazan bayramı təbrik mesajları

Çıraq kimi yolumu işıqlandırdın. Yıxıldıqda mənə necə qalxmağı göstərən və sevməyi öyrədən ilk müəllimim. Beynəlxalq qadınlar bayramın mübarək.

Sən qocaman, köklü bir çinar kimi bizi kölgəndə saxladın. Yoruldun, bir çox şeydən vaz keçdin bizim üçün. Ana olmağın verdiyi güc bir an belə gözlərindən əksilmədi. Bütün zəhmətinə görə minnətdaram sənə. Bayramın mübarək.

Xəstələndiyimdə başımın üstündən ayrılmadın. Mənə dərsdən qayıdana qədər pəncərənin önündə gözləyən canım anam. Hər zaman qəlbin qəlbimlə həmahəng döyündü. Zəhmətin üçün təşəkkür, bayramın mübarək.

Həmişə, hər şeyə çata bilmək qabiliyyətinə heyranam. Qəlbin o qədər dərindir ki, sevdikcə daha da böyüyür. Yeganə arzum sənin kimi mükəmməl qadın olmaqdır. Bayramın mübarək.

Zəhmətin nə olduğunu soruşsalar, anamı göstərərəm. Dünənimi gözəlləşdirən, bu günümü inşa edən, gələcəyimə işıq olan Anam! Qadınlar günün mübarək!

Gülüşüylə dünyanı yenmək gücündə olduğuna inandığım və yanında özümü güvənli sandığım ilk qəhrəmanım. Güclü qadınlara əsl nümunəsən, sənin işığında böyüməyin qüruru ilə yaşayıram. Qadınlar günün mübarək.

Nə zaman qayğılı, ümidsiz olsam, səsini eşitmək belə mənə kömək olur. Yenidən gücləndiyimi hiss edirəm. Haqqını necə ödəyəcəyimi bilmirəm. Bayramın mübarək.

Heç bir çətinlikdən qorxmayan, övladları üçün hər şey edən canım anam. Bizi bu günə çatdırdığın, yanımızda olduğun üçün təşəkkür edirik. Qadınlar günün mübarək olsun.

Bu gün dünyanı dəyişdirən qadınların günüdür. Əziyyətlərinin qarşılığı üçün hər döyüşə getməyə hazır, güclərinə inanan qadınların günü. Həyatımda gördüyüm ən güclü qadın – Anam, 8 Mart qadınlar günün mübarək!

You May Also Like:  Anaya ad günü təbrikləri

Ən çətin vəzifə analıqdır. İllərdir bizə verdiyin əməyin maddi qarşılığı yoxdur. Üstəlik, nə istirahət istədin, nə də əməkhaqqı. Varlığına şükür olsun, cəfakeş anam. Qadınlar günün mübarək.

Hər sabah oyandıqda ilk əvvəl bizi düşündüyünü və hər gecə yatarkən bizim üçün dua etdiyini bilmək belə öümüzü thlükədən uzaq hiss etməyə bəs edir. Qadınlar bayramını təbrik edirəm. Bütün fədakarlığın üçün təşəkkür.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Huawei Mate 30 Pro Google Play Kurulumu

Evlilik ildönümü mesajları – yubiley sözləri