in

Ağıl haqqında aforizmlər



Ağıl haqqında aforizmlər

Ağıl ata kürkü deyil ki, irslə övladına yetişə. (Mirzə Fətəli Axundov)
Ağıla fikir gələr, başa hadisə. (Əbu Turxan)
Ağıllı, səxavətli adamlar mallarını dostlarla yeyərlər, ağılsız xəsislər isə yeməyib, düşmənlərə saxlayarlar. (Əbdürrəhman Cami)

Ağlabatan hər şey gerçəkdir fikri – qadın düşüncəsini, gerçək olan hər şey ağlabatandır fikri – kişi düşüncəsini əks etdirir. (Tur Xander)
Amandır, ağlını unutma ki, sən
Gülünü tikana dəyişməyəsən. (Nizami Gəncəvi)
Axmaqlarla oturub-durmaqdansa, kitabla tənha oturmaq yaxşıdır. (Qasım bəy Zakir)
Bariz şəkildə üzə çıxan çılpaq fikir emosional yaşantının ahəngini pozur. (Əbu Turxan)



Bilik öyrənməyi ar bilən hər kəs
Dünyada mərifət qazana bilməz. (Nizami Gəncəvi)
Daş-qaş əvəzinə özünə bilik yığsan daha çox tanınarsan: ən qiymətli daşı salıb itirə bilərsən, ən sadə biliyi isə səndən heç kəs ala bilməz. (Əbül Fərəc)
Düşünmək – öz-özünlə danışmaq, özün-özünü eşitmək deməkdir… (İmmanuel Kant)
Duyğu ruha ağıldan tez yol tapır. (Cəlaləddin Rumi)
Ədəb sayılsa da məclisdə susmaq
Məsləhət zamanı danışmaq gərək
İki şey ağıla nöqsan sayılır
Yersiz susmaq ilə yersiz söz demək (Sədi Şirazi)
Elə adamlar axtarın ki, onlarla söhbət yaxşı kitaba bərabər olsun.
Elə kitablar da axtarın ki, mütaliəsi filosoflarla söhbətə dəysin. (Əbülhəsən Bəhmənyar)

Əlində yumşalsa dəmir, onu bil,
Tədbirlə yumşalar, hiddətlə deyil. (Nizami Gəncəvi)
Elmi olub, ağlı olmayan adama elm əziyyət verər. (Nuşirəvan Adil Xosrov)
Əsl gözəllik surətdə deyil, ağıl və kamaldadır. (Firidun bəy Köçərli)
Fikir də ancaq münbit mühitdə cücərir. (Əbu Turxan)
Fikir hələ fikir səviyyəsinə çatana qədər hiss halında olur. (K.S.Stanislavski)
Fikir yalnız özünü doğuranda özünü tapır. Və yalnız özünü tapanda mövcuddur və gerçəkdir. (Georq Vilhelm Fridrix Hegel)
Fikirləri yox, fikirləşməyi öyrənmək lazımdır. (İmmanuel Kant)
Gerçək olan hər şey ağlabatandır, ağlabatan hər şey gerçəkdir. (Georq Vilhelm Fridrix Hegel)
İnsan qılıncının kəskinliyi ilə qəhrəman ola bilməz, ağlın kəskin olması lazımdır. (Məmməd Səid Ordubadi)
İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti, malı. (Nizami Gəncəvi)
İstedadlı kor, istedadsız ağıllıdan daha yaxşı görür. (Rəsul Həmzətov)
Müdrik şəxs vəzifəli adamlara möhtac olmaya bilər. Amma vəzifəli şəxslər müdrik adama möhtacdırlar. (Mirzə Şəfi Vazeh)
Oxuduğuna əməl etməyən alim məşəl gəzdirən kora bənzər. (Sədi Şirazi)
Ruhun ruhla təmasa ehtiyacı var. (Əbu Turxan)
Sən ancaq öyrənməklə ucalarsan. (Əvhədi Marağayi)
Təəssüf ki, fikrin ən qanadlı məqamı ilə ən ləngərli məqamı ömrün müxtəlif dövrlərinə təsadüf edir. (Əbu Turxan)
Təfəkkür öz qanunlarını təbiətdən almır, onları təbiətə şamil edir. (İmmanuel Kant)
Zəka insana onun əsl təyinatını, həyatının mənasını açır. (Georq Vilhelm Fridrix Hegel)

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Acgözlük haqqında aforizmlər