2017-ci ildə dünyanın ən təhlükəsiz 10 ölkəsi

1 Min Read
Dünya İqtisadi Formunun analitikləri səyahət üçün ən təhlükəsiz ölkələrin siyahısını tərtib edib. İlk pillədə Finlandiya qərarlaşıb.

Sıralamaya cəmi 136 ölkə daxil edilib. Bu sıralama tərtib edilən zaman ölkədə terror təhlükəsinin səviyyəsi, hüquq-mühafizə orqanlarının işi, cinayət, silahlı münaqişənin olması kimi məlumatlar nəzərə alınmışdır.

Ekspertlərin rəyinə görə ən təhlükəsiz Finlandiya oldu. Bu ölkə həmçinin ekoloji cəhətdən ilk beşliyə, effektiv biznes mühitinə görə isə 6-cı yeri tutub.

Səyahət üçün ən təhlükəsiz ilk 10 ölkənin sıralaması belədir:

  1. Finlandiya
  2. BƏƏ
  3. İslandiya
  4. Oman
  5. Honq Konq
  6. Sinqapur
  7. Norveç
  8. İsveçrə
  9. Ruanda
  10. Qətər
Share This Article
Leave a Comment