in

Ən Yaxşı Web Hosting Şirkəti Hansıdır?

İstər kiçik bir bloq-sayt, ya da sayt-vizitka, landing page olsun, istərsə də media portal – hər bir saytın hostingi olmalıdır. Hosting ingiliscədən dilimizə “qonaqlama” kimi çevrilərək hər hansı bir saytın bütün fayllarının yerləşdiyi kompyuterin sərt yaddaşında (HD) yer ayrılmasıdır. Hosting xidməti üçün özəl olaraq server kompyuterlərindən istifadə olunur ki, bunlar da öz növbəsində daha güclü prosessor (CPU), daha çox operativ yaddaş (RAM), ən önəmlisi isə keyfiyyətli HD və fasiləsiz internet ilə təmin edilir. Hosting xidməti sifariş edildiyində data-serverin yaddaşından bir hissəsi ayrılaraq sizə icarəyə verilir. Adətən bu 1-10 GB arasında olur. Aydındır ki, sizin saytınız yüzlərlə, bəlkə də minlərlə saytla birlikdə 1 komputerdə yerləşdiriləcəkdir. Bundan əlavə hər bir hosting xidməti üçün yüklənmə ağırlığı (Traffic) də ayrılır ki, gələcəkdə sayta girənlərin sayı həddindən çox olarsa artıq hostingin ayrılmış hostingə (Dedicated Hosting) dəyişdirilməsini düşünməyə dəyər. Dedicated hostinglə serverdə sizin saytınızdan başqa heç bir sayt yerləşdirilmir və server tamamilə sizin ixtiyarınıza verilir. Aydın məsələdir ki, bu çox bahalı xidmətdir və yeni yaradılan saytlar üçün buna ehtiyac yoxdur.

Hosting xidməti alarkən ən önəmli məsələ ehtiyacların müəyyənləşdirilməsidir.
Saytın işləmə sistemi – Almalı olduğunuz hosting sahəsi Windows, yoxsa Linux sistemində işləyəcəkdir?
Əgər PHP ilə yazılmış bir saytınız varsa Linux hosting paketi, əgər ASP ilə yazılmış bir saytınız varsa Windows hosting paketi almağınız ən yaxşı seçim olacaq. Əğər tamamilə HTML ilə hazırlanmış bir sayt quracaqsınızsa Windows və ya Linux hosting paketi almağın heç bir fərqi yoxdur.

You May Also Like:  Solaxay məşhurlar

Database – Demək olar ki, bütün hosting paketlərində database verilir. Ancaq yenə də database sayına qoyulmuş limitin gələcək ehtiyacınızı qarşılayacağından əmin olun.

Disk Sahəsi – Disk sahəsi hostingin yaddaş tutumunu bildirir. Bu disk tutumu websaytın bütün faylları və emaillərinin ortaq olaraq işlətdiyi bir sahədir. Saytınızın böyüklüyünə görə bir disk sahəsi müəyyən etməlisiniz.

Traffic – Saytınızın səhifələrinin böyüklüyü, saytdakı multimedia fayllarının ağırlığıvə sayta gələn ziyarətçi sayına görə müəyyən edilir. Saytınıza gələn bir ziyarətçi saytda gəzişdiyi səhifələrin həcminə görə trafik limitinizdən işlətmiş olur.

Subdomen – Subdomenlər saytın bir parçası olmaqla birlikdə tam sərbəst bir sayt şəklində çalışa bilir. Ən geniş yayılmış formalarından saytın mobil versiyasının yeni bir subdomendə işlədilməsi (örnək, Facebookda), ya da brend saytın onlayn satış hissəsini yeni subdomendə çalışdırılaraq daha güvənli bir sistemin yaradılmasıdır. Öncədən subdomenlər yaradıb-yaratmayacağınıza qərar verərək paketdəki subdomen sayına qoyulmuş limitləri bilmək lazımdır.

Email Sayı – Saytınız üçün domenlə açabiləcəyiniz email ünvanı sayıdır. Əgər domeninizə uyğun email açmaq və işlətmək istəyirsinizsəehtiyacınız olacaq email sayına uyğun hosting paketi almalısınız.

Yuxarıda saydığımız özəlliklər bir hosting sahəsi üçün ilk başdan diqqət edilməsi gərəkən özəlliklərdir. Əgər saytınızı açmadan öncə bu özəllikləri dəqiqləşdirmisinizsə ortalama özəlliyi olan bir paket ala bilərsiniz. Əgər limitlər yetməzsə hosting firmanız üst paketin qiymət fərqini ödəməyiniz qarşılığında bir üst paketə keçməyinizdə yardımçı olacaqdır.

You May Also Like:  Stoffer Home — jean stoffer design - Kitchen Decoration

Dünyanın Ən Yaxşı Web Hosting Şirkətləri:

1. Bluehost

Yüklənmə zamanı: 425ms (5-ci)
Çalışma müddəti: 99.99% (1-ci)
Məbləğ: $2.75/aylıq (3-illik plan üçün)
Dəstək: Canlı Söhbət (cavab vermə sürəti: ~5dəq)

Dünyanın ən böyük hostinq şirkətlərindən biridir. 2003-cü ildə yaranıb və 2.000.000’dan çox sayt Bluehost‘a güvənir. Şirkət WordPress.org tərəfindən məsləhət bilinir.

Bu linkə toxunaraq, Bluehost’a daxil olub, sizə uyğun hostinq paketini sifariş edə bilərsiniz.

2. Siteground

Yüklənmə zamanı: 714ms (12-ci)
Çalışma müddəti: 99.99% (2-ci)
Məbləğ: $3.95/aylıq (1-illik plan üçün)
Dəstək: Canlı Söhbət (cavab vermə sürəti: ~2dəq)

Siteground 2004-cü ildə yaradılıb və 800.000’dən çox sayt tərəfindən istifadə edilir. Həmçinin şirkət WordPress.org tərəfindən məsləhət bilinir.

Bu linkə toxunaraq, Siteground’a daxil olub, sizə uyğun hostinq paketini sifariş edə bilərsiniz.

Web Hosting

3. Hostgator

Yüklənmə zamanı: 419ms (4-cü)
Çalışma müddəti: 99.97% (12-ci)
Məbləğ: $2.99/aylıq (1, 3 və 6 aylıq plan üçün)
Dəstək: Canlı Söhbət (cavab vermə sürəti: ~3dəq)

Hostgator 2002-ci ildə yaradılıb və 600.000’dən çox sayt tərəfindən istifadə edilir.

Bu linkə toxunaraq, Hostgator’a daxil olub, sizə uyğun hostinq paketini sifariş edə bilərsiniz.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Bağışıklık Sistemi, Stresle Mücadelede Beyne Yardım Ediyor

En iyi web hosting hangisi?